Menu / Меню

RFCFTS
RFCFTS Doc's  List
|



Powered by
Wikipedia and ASRRGlobal Team.
RFCFTS Manager is
ASRRGlobal Team.
Language support

SITESELF

English

Germany

Ukraine

Byelorussia

France

Lithuania

Latvia

Estonia

Czech

Spain

Poland

Italy

Norway

Hungary

powered by Google
Last incoming
Stats / Статистика
Главная » Архив материалов
Официальные новости ЗАО "АЖД" [24]
Официальные новости ЗАО "АЖД", официально объявленные работниками ЗАО "АЖД".
Особые новости [11]
Особые новости повышенной важности.
Новости RFCFTS [5]
Новости документов RFCFTS, включая информацию об изменениях и дополнениях.
Неофициальные новости ЗАО "АЖД" [3]
Неофициальные новости ЗАО "АЖД" от ASRRGlobal Team.
Официальные новости проекта ADDY: Animated Legends [10]
Официальные новости о ходе строительства маршрута ADDY: Animated Legends (ADDY_958); информация, скриншоты, планы, сообщения, объявления и прочее.

« 1 2 3 4 5
MİLLİ QURTULUŞ GÜNÜNDƏ GƏNCƏ ŞƏHƏR BİLET KASSASINDA AVTOMATLAŞDIRILMIŞ BİLET SATIŞI SİSTEMİ TƏTBİQ EDİLMİŞDİR

          Azərbaycan Dövlət Dəmir Yolunun  Sərnişin Daşıma İstehsalat Birliyi tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar davam edir. Dəmir yolunun xidmətlərindən istifadə edənlərin, son illər ərzində sayının xüsusilə artması xidmət mədəniyyətinin daha da yüksəldilməsini tələb edir. Vətəndaşlarımızın dəmir yoluna olan inamını gücləndirmək üçün bu, çox önəmlidir. Azərbaycan Dövlət Dəmir Yolunun Sərnişin Daşıma İstehsalat Birliyi 15 iyun – Milli Qurtuluş Günü Gəncə şəhərinin sakinlərinə daha bir hədiyyə etmişdir. Belə ki, vətəndaşların sərnişin qatarlarına bilet almaq imkanlarını yaxşılaşdırmaq,  onlara göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək və dəmir yolunda avtomatlaşdırılmış bilet satışı sisteminin gücləndirilməsi məqsədilə 15 iyun 2009-cu ildən Gəncə şəhər bilet kassasında sərnişin qatarlarına avtomatlaşdırılmış bilet satışı sistemi tətbiq edilmişdir.
 
         Bu məqsədlə keçirilən təntənəli mərasimdə SDİB-nin maliyyə-iqtisad şöbəsinin rəisi Cabbar Camalov çıxış etdi. O, bildirdi ki, bugünkü həyatımızda əldə edilən nə varsa, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın müsbət və ali keyfiyyətlərini özündə təcəssüm etdirən xalqın qeyrətli oğlu, ümummilli liderimiz Heydər Əliyev şəxsi iradəsi, ölçüyəgəlməz qeyri-adi fitri istedadı, fenomenal qabiliyyəti, yorulmaq bilməyən zəhmətsevərliyi nəticəsində millətin öndərinə çevrilmişdir.
 
         Əməli işləri ilə Azərbaycanın layiqli adını, millətin şərəfini və ləyaqətini özünə qaytarmış Heydər Əliyev hələ sağlığında ikən nurlu və mənalı ömrünü qızıl hərflərlə nəsillərin qan yaddaşına yazmış, xalqımızın qəlbində müstəqilliyimizin əbədiliyinə parlaq işıq yandırmış, inkişaf və tərəqqi üçün əsas şərt olan əmin-amanlığı təmin etmişdir.
 
         Üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürən Heydər Əliyev Azərbaycanı dünyanın xəritəsindən silinmək təhlükəsindən, ölkəmizi xaos və hərc-mərclikdən qurtardı. Ölkədaxili təlatüm və çəkişməyə son qoydu. Bir sözlə, özünün şah əsəri olan müstəqil Azərbaycanı yaratdı.
 
         Ümummilli liderin zəngin siyasi təcrübəsi, uzaqgörənliyi, dəyanəti və rəşadəti sayəsində ictimai həyatın bütün istiqamətləri üzrə mühüm dəyişikliklər baş verdi. Bazar iqtisadiyyatına keçid sürətləndi. İnsanlara ümid verdi. Müdrik rəhbərimizin başçılıq etdiyi Azərbaycan regionda sülh və əmin-amanlığın qorunması uğrunda mübarizə aparan dövlətə çevrildi. Bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasına səbəb oldu.
 
         Heydər Əliyevin Azərbaycana, onun rəhbərliyinə yenidən qayıdışı xalqın qurtuluşu idi. 9 iyun 1993-cü ildə saat 15:00-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev xalqın ardıcıl təkidlərindən sonra ölkənin paytaxtına gəldi. Və elə həmin gündən başlayaraq ictimai-siyasi vəziyyəti dərindən öyrəndi, təhlillər apardı, vəziyyətin sabitləşməsinə dair danışıqlara başladı. Cəmi dörd gündən sonra o, vahid komadanlığa itaətsizlik göstərərək qiyama qalxmış “N” hərbi hissənin başında duran Surət Hüseynovla, habelə Gəncə ağsaqqalları ilə görüşərək tezliklə vəziyyətin sabitləşməsinə nail oldu. 15 iyunda keçirilən iclasda Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin günkü çıxışda o, üzünü xalqa tutaraq dedi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifə hesab edirəm. Heç kəsdə şübhə olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda oluramsa-olum, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəm…”
 
         Çox keçmədi ki, 1993-cü ilin 3 oktyabrında keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, Heydər Əliyev Azərbaycan Prezidenti kimi mübarizəsinin yeni mərhələsinə qədəm qoydu. Bunun nəticəsində hərc-mərcliyə son qoyuldu. 1994-cü ilin avqust ayının 11-də isə atəşkəs imzalandı. Qarabağ probleminin həlli istiqamətində ciddi addımlar atıldı. Bunlar H.Əliyevin siyasi iradəsi hesabına başa gəldi.
 
         Artıq ölkə daxilində əhalinin sosial rifahı yaxşılaşır, iqtisadiyyatın inkişafına sərmayələr qoyulur, xarici investorlar Azərbaycana cəlb edilirdi. Bütün bunların reallaşması ağır zəhmətlər hesabına başa gəlib.
 
         Heydər Əliyev azərbaycançılığı bir ideologiya olaraq irəli sürməklə, ölkənin dağılması, ərazisinin etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını almaq vəzifəsini həll etdi. Bu, onun çox böyük vətəndaş hünəri idi və şübhəsiz aktual milli vəzifələrin həlli üçün bütün dünya azərbaycanlılarının öz vətənləri olan Azərbaycan ətrafında birləşməsinə töhfəsini verəcəkdir.
 
         Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin zəngin irsi XX əsrin müstəqil dövləti kimi Azərbaycanın gələcək inkişaf və tərəqqi yolunu müəyyən edən etibarlı səmt göstəricisidir və daim belə olacaqdır.
 
         Heydər Əliyevin qurduğu dövlət Aristotelin məşhur “Dövlət ancaq yaşamaq naminə deyil, əsasən xoşbəxt yaşamaq üçün yaradılır”–kəlamındakı ideyanı reallaşdırır. Yeni ictimai-siyasi formasiyaya keçid şəraitində, sabitliyin, təhlükəsizliyin tam bərqərar olmadığı mühitdə vətəndaşların, ona etimad göstərən insanların,–bir sözlə, xalqın xoşbəxt yaşamasının qayğısına qalaraq, Heydər Əliyev Azərbaycanın zəngin ehtiyatlarını bu məqsədlə səfərbər etməyi qərara aldı.
 
         Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində–istər əvvəlki hakimiyyəti dövründə, istərsə də ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti dövlətin inkişafına, xalqın rifah halının yüksəlməsinə və onların sivil qaydalarla yaşam tərzinin formalaşdırılmasına xidmət etmişdir.
 
         Heydər Əliyevin qəbul etdiyi hər bir qərar, atdığı hər bir addım, dediyi hər bir söz konkret tarixi şəraitdəki gerçəkliklərə kompleks yanaşmanın məhsulu olub, həm siyasi, həm iqtisadi, həm mənəvi, həm də tarixi təhlildən sonra gəlinən nəticəyə zəka aydınlığı ilə verilən qiymətdir. Təbii ki, belə bir dəyərləndirmənin nəticəsi olaraq ortaya çıxmış qərarlar, atılmış addımlar, deyilmiş sözlər mütləq mənada doğru, faydalı, səmərəli olur. Bu cür qərarlar qəbul edib, ən doğru yolu seçmək isə yalnız müdrik insanların nəsibidir. Çünki, müdrik insanlar nə əlahiddə şəkildə nəzəriyyəyə, nə də mütləq mənada əməli fəaliyyətə əsaslanırlar, konkret işlər görürlər.
 
         Tarix boyu Azərbaycanın başına olmazın müsibətlər gəlmişdir. Dəfələrlə doğma torpaqlarımız ayrı-ayrı dövlətlər tərəfindən təcavüzə məruz qalmış, istila edilmişdir. Lakin hər dəfə xalqımız özündə qüdrət tapmış, dirçəlmişdir. Cavanşir, Babək, Xətai… Bəli, onların hər biri tariximizdə böyük şəxsiyyətlər, qəhrəmanlar kimi qalmışlar. XX əsrin Azərbaycana bəxş etdiyi şəxsiyyət Heydər Əlirza oğlu Əliyev olmuşdur. Bu şəxsiyyətin gördüyü işlərin miqyasını bu gün ölçmək o qədər də asan deyil. Göz qabağında olan adətən adi görünür. Lakin illər, qərinələr ötdükcə miqyası böyüyür, möhtəşəmləşir. Bu möhtəşəmliyin miqyasını isə bu gün ölkə prezidenti, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev daha da artırır, genişləndirir. Məqsədi də dahi və fenomen şəxsiyyətin–Heydər Əliyevin başa çatdıra bilmədiyi arzularını həyata keçirmək, xalqın yaddaşında onun əməllərini yaşatmaqdır. Belə bir şərəfli və məsuliyyətli vəzifənin həyata keçirilməsi hər bir rəhbərdən böyük səriştə, bilik, savad, təcrübə tələb edir. Bu keyfiyyətlərin hamısı gənc prezidentimiz, Heydər Əliyev məktəbinin layiqli davamçısı cənab İlham Əliyevdə cəmləşib. O, müstəqil Azərbaycanı, xalqımızı işıqlı gələcəyə doğru aparmaqdadır. Bu yolda ona daha böyük uğurlar arzulayırıq.
 
         Məhz dəmir yolu da yuxarıda qeyd etdiyim kimi 90-cı illəri əvvəlinə tamamailə tənazülə uğramışdır. O zamanlar respublikadan kənara hərəkət edən yük və sərnişin qatarlarının hərəkəti tam dayandırılmışıdı. Dəmir yolunda xaos hökm sürürdü. Dəmirolçuar da artıq belə yaşamaqdan və işləməkdən bezmişdirlər və ancaq Heydər Əliyevin yenidən respublikaya siyasi rəhbərliyə qayıtmasında öz nicatlarını görürdülər. Belə də oldu və Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Dövlət Dəmir Yoluna əsil dəmiryolçu, islahatçı, yüksək idarəetmə bacarığı, dəmir yol iqtisadiyyatının bilicisi və qurucusu Z.Məmmədovun rəis təyin olunmasından sonra geniş imkanlar və işlərə başlandı. Respublikadan kənara hərəkət edən sərnişin və yük qatarlarının hərəkəti bərpa edildi.
 
         İlk əvvəl hərəkəti tam dayandırılmış Şimal istiqamətinə hərəkət edən sərnişin qatarlarının bərpası üzərində işlər aparılmış və əvvəlcə 1996-cı ilin oktyabr ayında «Bakı-Mahaçkala» sərnişin qatarının hərəkəti bərpa edilmişdir. 1997-ci ilin may ayından etibarən Bakıdan Moskva, Kiyev şəhərlərinə və sonradan isə Rostov, Xarkov, Həştərxan, Sverdlovsk, Sankt Peterburq, Novosibirsk, Voronej, Tümen, Ulyanovsk, Simferopol, Odessa, Lvov, Samara, Çelyabinsk, Kislovodsk, İjevsk, Kazan, Saransk şəhərlərinə hərəkət edən sərnişin qatarları və qoşma vaqonlar təyin edilmiş, yeni sərnişin vağzalları və platformalar tikilib istifadəyə verilmişdir.
 
         1999-cu ilin oktyabrında yüksək standartlara cavab verən Bakı-Gəncə, 2002-ci ilin mart ayında Bakı-Mingəçevir, 2003-cü ili aprel ayında Bakı-Dərbənd və sentyabr ayında Bakı-Astara «Ekspress» qatarları respulikamızın vətəndaşlarının ixtiyarına verilmişdir. Yalama, Dəvəçi, Astara, Mingəçevir, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Ucar, Lökbatan, Kürdəmir, Bakı-sərnişin stansiyalarında tam yenidənqurma işləri aparılmışdır.
 
         1997-ci ildə Bakı-sərnişin vağzalında bilet satışının kompüterləşməsi reallaşmışdır. 1999-cu ilin sentyabr ayında Gəncə vağzalında, 2005-ci ilin iyul ayında Biləcəri stansiyasında, 2007-ci ildə Sumqayıt və Mərdəkan stansiyalarında, 2008-ci iln may ayında Lökbatan dayanacağında, 2009-cu ildən isə Dəvəçi, Xaçmaz, Xudat, Yalama stansiyalarında bilet satış tam kompüterləşdirilmişdir. Bu da qatarlarına boş yerlə getməsinin qarşısını alır və əldə olunan gəlirə nəzarəti artırır və neqativ hallara yol verilməməsinin qarşısını alır. Artıq bilet kassiri və ya digər rəhbər işçi tərəfindən yerlərin ehtiyyatda saxlanılmasına yol verilmir.
 
         Bu gün Gəncə şəhər bilet kassasında sərnişin qatarlarına avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiqi də bu proseslərin davamıdır. Sərnişinlər eyni zamanda artıq geriyə qayıdış və ya digər istiqamətdə gediş bileti alm aq üçün gedib Bakı şəhərində bilet kassasının qarşısında növbədə dayanmaq lazım gəlməyəcəkdir. Artıq Gəncədən Bakıya getmədən belə bir bileti almaq imkanı olacaqdır.
 
         Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadov, DPİB rəisinin qərb istiqaməti üzrə müavini Füzuli Kərimov və digərləri də öz çıxışlarında Milli Qurtuluş Günündə Gəncə şəhər bilet kassasında sərnişin qatarlarına avtomatlaşdırılmış bilet satışı sisteminin əsl bayram hədiyyəsi olduğunu bildirdilər.
 
         Sonra ilk sərnişinlərə Gəncədən Bakıya və əks istiqamətə, eləcə də müxtəlif istiqamətlərə biletlər satıldı.

            Yazdı: Vasif SÜLEYMAN

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 16.06.2009 | Автор: Vasif SÜLEYMAN

HƏMKARLAR TƏŞKİLATLARI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR

          8-9 iyun 2009-cu il tarixdə Moskva şəhərində Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxlaq Konfederasiya Şurasının növbəti XXXV iclası keçiriləcək. Tədbirdə iclaslaraası dövr ərzində görülən işlər, qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək.
 
         Digər bir tədbir iyunun 10-dan 16-dək isə Çexiya dəmiryolçularının Həmkarlar İttifaqının təcrübəsinin öyrənilməsi üçün Praqa şəhərində keçiriləcək. Hər iki tədbirdə ölkəmizi Azərbaycan Dəmiryolçulranın Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, təşkilat şöbəsinin müdiri Samir Böyükzadə və «Lokomotiv» İstehsalat Birliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Niyaz İsayılovdan ibarət nümayəndə heyəti təmsil edəcək.

            Azərbaycan Dövlət Dəmir Yolunun
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 08.06.2009 | Автор: Nadir Əzməmmədov

ВЛ11-268 и ВЛ11-371
     Сегодня электровозы ВЛ11-268 и ВЛ11-371, недавно вернувшиеся с капремонта, были отправлены в Гянджу для обкатки.
Категория: Неофициальные новости ЗАО "АЖД" | Дата: 05.06.2009 | Автор: RSWST

DYƏT NAZİRLƏR MÜŞAVİRƏSİNİN XXXVII SESSİYASI

          Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) Nazirlər Müşavirəsinin XXXVII sessiyası 2-5 iyun 2009-cu ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilir.

          Sessiyada aşağıdakı məsələlər müzakirə olunacaq:

  • 2008-ci il ərzində DYƏT-in fəaliyyəti haqqında;
  • 2008-ci il ərzində DYƏT-in təftiş komissiyasının hesabatı;
  • DYƏT-in əsaslandırma sənədlərinin təkmilləşirilməsi üzrə müvəqqəti içi qrupunun işi haqqında;
  • DYƏT-in Nizamnaməsi və digər əsas sənədlərinin Layihəsi haqqında;
  • Sərnişin daşınmanın təftişi üzrə Müvəqqəti işçi qrupunun fəaliyyəti haqqında;
  • Yük daşınmalarının təftişi üzrə Müvəqqəti işçi qrupunun fəaliyyəti haqqında;
  • 2010-cu və növbəti illər üçün DYƏT-in fəaliyyət proqramı haqqında;
  • DYƏT üzvlərinin üzvlük haqları üzrə borcu haqqında;
  • DYƏT Komitəsinin büdcəsi (2009-cu il üçün son, 2010-cu il üçün təqribi);
  • DYƏT Komitəsinin məkanı haqqında;
  • DYƏT Nazirlər Müşavirəsinin XXXVIII sessiyasının keçirilmə tarixi,yeri və gündəliyi layihəsi haqqında.

          Tədbirdə Azərbaycan Dövlət Dəmir Yolunun baş mühəndisi Qurban Nəzirovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

            Azərbaycan Dövlət Dəmir Yolunun
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

   YADDAŞ ÜÇÜN:

  • Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində yaradılmışdır. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.
  • DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın digər formada iştirak etməsi də mümkündür.
  • DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.
  • DYƏT-in işçi orqanları Komissiyalar, bundan başqa DYƏT-in daimi işçi qrupları da vardır.
  • Azərbaycan Dövlət Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) üzvüdür.
Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 04.06.2009 | Автор: Nadir Əzməmmədov

MAY AYININ 31-dən SƏRNİŞİN QATARLARI YAY HƏRƏKƏT CƏDVƏLİNƏ KEÇƏCƏK

          2009-cu ilin may ayının 31-dən etibarən Azərbaycan Dövlət Dəmir Yolunun Respublikadan kənara şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişikliklər ediləcəkdir:

  • 55/56 saylı Bakı-Moskva qatarı həftədə 3 dəfə olmaqla həftənin birinci, üçüncü və beşinci günləri, saat 19-10-da Bakıdan yola düşür, həftənin bazar, ikinci və dördüncü günləri saat 9-15-də Bakıya gəlir. Sərnişin axının artarsa Bakıdan həftənin altıncı günləri əlavə qatar təyin olunacaqdır.
  • 31/32 saylı Bakı-Kiyev qatarı həftədə 1 dəfə olmaqla həftənin ikinci (birinci günləri əvəzində) günləri, saat 22-45-də Bakıdan yola düşür, həftənin birinci (bazargünləri əvəzində) günləri saat 22-32-də Bakıya gəlir.
  • 369/370 saylı Bakı-Xarkov qatarı həftədə 1 dəfə olmaqla həftənin dördüncü günləri, saat 22-45-da Bakıdan yola düşür, həftənin ikinci günləri saat 22-32-də Bakıya gəlir.
  • Yeni hərəkət cədvəlində Azərbaycan Dövlət Dəmir Yoluna məxsus heyətlə hərəkət edən 391/392 saylı Bakı-Rostov qatarı ləğv olunur, əvəzinə Şimali Qafqaz dəmir yoluna məxsus yeni 391/392 saylı Bakı-Rostov qatarı təyin olunacaqdır. Qatar Bakıya həftənin birinci və altıncı günləri saat 9-15 çatıb həmin gün saat 22-45-də yola düşəcəkdir.
  • 373/374 saylı Bakı-Tümen qatarı hərəkətdə hər gün olmaqla, saat 16-10-da Bakıdan yola düşür, saat 19-36-da Bakıya gəlir.
  • 313/314 saylı Bakı-Sankt-Peterburq qatarı həftədə 1 dəfə olmaqla həftənin üçüncü günləri, saat 22-45-də Bakıdan yola düşür, həftənin üçüncü günləri saat 9-15-də Bakıya gəlir.
  • 621/622 saylı Bakı-Mahaçqala «Ekspress» qatarı günaşrı olmaqla ayın cüt tarixləri, saat 7-00-da Bakıdan yola düşür, ayın tək tarixləri saat 4-52-də Bakıya gəlir.
  • May ayının 25-dən başlayaraq birbaşa Bakı-Simferopol (yalnız yay mövsümündə), Lvov-Bakı, Odessa-Bakı və qoşma Dnepropetrovsk-Bakı vaqonları 31/32 saylı Bakı-Kiyev qatarının heyətində; qoşma Samara -Bakı, Ufa-Bakı, Çelyabinsk-Bakı, Saratov-Bakı və birbaşa Saransk-Bakı (yay mövsümündə), İjevsk-Bakı (payız-qış mövsümündə), Novosibirsk-Bakı, Ulyanovsk-Bakı, Kazan-Bakı vaqonları 373/374 Bakı-Tümen qatarının heyətində, Həştərxan-Bakı vaqonu 313/314 Bakı-Sankt-Peterburq qatarının heyətində hərəkət edəcəklər.
    Birbaşa İjevsk-Bakı, Kazan-Bakı və Ulyanovsk-Bakı Bakıya 56/55 Moskva-Bakı qatarının tərkibində gəlir və geriyə 373/374 Bakı-Tümen qatarının tərkibində yola düşəcəkdir.
  • 38/37 saylı Bakı-Tbilisi qatarı hərəkətdə hər gün olmaqla, saat 22-00-da (20-35 əvəzinə) Bakıdan yola düşür, saat 9-26-da Bakıya gəlir.

   Yerli istiqamətdə:

  • Yeni hərəkət cədvəlindən texniki səbəblərə görə yerli istiqamətində hərəkət edən 678/677 Bakı-Gəncə sərnişin qatarı ləğv olunur.
  • 96/97 saylı Bakı-Ağstafa «firma» qatarı hərəkətdə hər gün olmaqla, saat 23-05-də (23-00 əvəzinə) Bakıdan yola düşəcəkdir.
  • 662-666/661-665 saylı Bakı-Qazax-Böyük/Kəsik qatarı hərəkətdə hər gün olmaqla, saat 22-35-də (21-50 əvəzinə) Bakıdan yola düşəcəkdir.

            Azərbaycan Dövlət Dəmir Yolunun
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov



31 мая пассажирские поезда переходят на летнее расписание

          31 мая 2009 года в расписание пассажирских поездов Азербайджанских Государственных Железных Дорог, следующих за границу республики в северном направлении, будут внесены следующие изменения:
  • Поезд №№ 55/56 сообщением Баку – Москва отправляется из Баку 3 раза в неделю в понедельник, среду и пятницу в 19:10, каждое воскресенье, вторник и четверг в 9:15 прибывает в Баку. При увеличении количества пассажиров будет назначен дополнительный поезд в субботу.
  • Поезд №№ 31/32 сообщением Баку – Киев отправляется из Баку 1 раз в неделю во вторник (вместо понедельника) в 22:45, каждый понедельник (вместо воскресенья) в 22:32 прибывает в Баку.
  • Поезд №№ 369/370 сообщением Баку – Харьков отправляется из Баку 1 раз в неделю в четверг в 22:45, каждый вторник в 22:32 прибывает в Баку.
  • В соответствии с новым расписанием поезд специального назначения АГЖД №№ 391/3392 сообщением Баку – Ростов отменен; вместо него введен новый специальный поезд Северо-Кавказской железной дороги №№ 391/392 сообщением Баку – Ростов. Поезд прибывает в Баку каждый понедельник и субботу в 9:15 и в те же дни в 22:45 отправляется.
  • Поезд №№ 373/374 сообщением Баку – Тюмень отправляется из Баку каждый день в 16:10 и прибывает в Баку в 19:36.
  • Поезд №№ 313/314 сообщением Баку – Санкт-Петербург отправляется из Баку 1 раз в неделю в среду в 22:45 и каждую среду в 9:15 прибывает в Баку.
  • Поезд «Экспресс» №№ 621/622 сообщением Баку – Махачкала отправляется из Баку через день в четные числа месяца в 7:00 и прибывает в Баку по нечетным числам в 4:52.
  • Начиная с 25 мая прицепные вагоны, следующие прямым сообщением Баку – Симферополь (только в летний сезон), Львов – Баку, Одесса – Баку и Днепропетровск – Баку включены в состав поезда №№ 31/32 сообщением Баку – Киев; прицепные вагоны, следующие прямым сообщением Самара – Баку, Уфа – Баку, Челябинск – Баку, Саратов – Баку и Саранск – Баку (летний сезон), Ижевск – Баку (осенний и зимний сезон), Новосибирск – Баку, Ульяновск – Баку, Казань – Баку включены в состав поезда №№ 373/374 сообщением Баку – Тюмень; вагон, следующий сообщением Астрахань – Баку включен в состав поезда №№ 313/314 сообщением Баку – Санкт-Петербург. Вагоны, следующие прямым сообщением Ижевск – Баку, Казань – Баку и Ульяновск – Баку прибывают в Баку в составе поезда №№ 56/55 Москва – Баку, и отправляются из Баку в составе поезда №№ 373/374 Баку – Тюмень.
  • Поезд №№ 38/37 сообщением Баку – Тбилиси отправляется из Баку каждый день в 22:00 (вместо 20:35) и прибывает в 9:26 в Баку.

          Поезда местного сообщения:
  • По техническим причинам нового расписания движения пассажирский поезд №№ 678/677 сообщением Баку – Гянджа отменен.
  • Фирменный поезд №№ 96/97 сообщением Баку – Акстафа отправляется из Баку каждый день в 23:05 (вместо 23:00).
  • Поезд №№ 662-666/661-665 сообщением Баку – Газах – Беюк-Кясик отправляется из Баку каждый в 22:35 (вместо 21:50).

          Начальник пресс-службы АГЖД
          Надир Азмамедов.

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 27.05.2009 | Автор: Nadir Əzməmmədov

MDB VƏ BALTİKYANI ÖLKƏLƏRİN DƏMİR YOLU NƏQLİYYATI ŞURASININ 50-Cİ TOPLANTISI MİNSKDƏ KEÇİRİLƏCƏKDİR

   MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 49-cu toplantısının qərarı ilə Şuranın 50-ci toplantısı 21-22 may 2009-cu ildə Minsk şəhərində keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur:

  • Şuranın 49-cu iclasının qərarlarının yerinə yetirilməsi;
  • 2008-ci və 2009-cu ilin I kvartalı ərzində dəmir yolları üzrə istismar işlərinin yekunları haqqında;
  • Yük qatarları üzrə hərəkət cədvəlinin, onların və Beynəlxalq daşınmada konteynerli vaqonların tərtibat planlırının işlənib hazırlanması haqqında;
  • 2008-ci ildə konteynerlərin siyahıyaalınması və 2009-cu il üçün yük vaqonlarının qabaqcadan siyahıyaalınmasının yekunları haqqında;
  • MDB dövlətlərinə, Latviya, Litva və Estoniya Respublikalarının dəmir yolu administrasiyalarına məxsus konteynerlərin zədələnməsi üzrə məsuliyyət Qaydalarına dəyişikliklərin və əlavələrin edilməsi və təmir məbləğinin ödənilməsi haqqında;
  • Birlik üzvü olan dövlətlərin dəmir yolu xətlərində yüklərin vaqon və konteynerlərlə daşınmasında plomblama qurğularının tətbiqi Qaydalarına əlavə və dəyişikliklərin edilməsi haqqında;
  • 2008-ci il və 2009-cu ilin I kvartalı üçün dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti haqqında;
  • MDB dövlətləri və Latviya, Litva, Estoniya Respublikaları üzrə Dəmir Yolu Nəqliyyatı Şurasının islahat və struktur dəyişiklikləri məsələləri Komissiyasının Təlimatının təsdiq edilməsi haqqında;
  • 2008-ci il noyabrın 14-də Müstəqil Dövlətlər Birliyi Hökumət başçıları Şurasının qərarı ilə təsdiq olunmuş “2020-ci ilədək MDB dövlətlərinin əməkdaşlıq prioritetlərinin istiqamətləri” proqramının həyata keçirilməsi haqqında;
  • Dövlətlərarası qovuşuq məntəqələrində sərnişin qatarlarının təhvil verilməsində gecikmələrə görə iqtisadi məsuliyyət haqqında;
  • 2008-ci il üçün 1996-cı il oktyabrın 18-də MDB hökumət başçıları Şurasının dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti Konsepsiyası üzrə qərarının yerinə yetirilməsi haqqında;
  • Sertifikatlaşdırma sahəsində dəmir yolunda texniki vasitələrin istismarı və təmiri, təhlükəsizliyi üzrə Dövlətlərarası texniki komitənin işi haqqında;
  • MDB dövlətlərinin dəmir yolu nəqliyyatı işçilərinin və onların ailə üzvlərinin sanator-kurort müalicəsinin təmin olunmasında dəmir yolu administrasiyalarının qarşılıqlı əməkdaşlıq Reqlamenti haqqında;
  • Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin dəmir yolu nəqliyyatı Şurasının sədri və müavinləri haqqında;
  • 2009-cu il üçün dəmir yolu adminstrasiyalarının və Şuranın fəaliyyətinin koordinasıyası üzrə “RDY” ASC-nin filialının xərclərinin ödənilməsi üzrə Smeta haqqında; 2008-ci il üçün Şuranın fəaliyyətinin təmin olunmasına yönəldilmiş Smetanın icra edilməsi üzrə Təftiş komissiyasının hesabatı haqqında;
  • Dəmir Yolu administrasiyalarının 2008-ci il üçün Məlumat-hesablama mərkəzinin fəaliyyətinin təmin olunmasına yönəldilmiş Smeta xərclərinin yerinə yetirilməsi haqqında;
  • 2009-cu il üçün “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü haqqında;
  • Dəmir yolu nəqliyyatı Şurasının Fəxri fərmanla təltif edilməsi haqqında;
  • Dəmir yolu nəqliyyatı Şurasının 51-ci iclasının keçirilmə yeri, tarixi və gündəliyi haqqında.
  • Tədbirdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcəkdir.

            Azərbaycan Dövlət Dəmir Yolunun
            Mətbuat Xidmətinin rəisi  
Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 27.05.2009 | Автор: Nadir Əzməmmədov

PROFİLAKTİK TƏDBİRLƏR GENİŞLƏNDİRİLİR
  
          Son vaxtlar dünyanın müxtəlif ölkələrində A(H1N1) virusunun yayılması diqqət mərkəzində olan əsas mövzulardandır. Belə hallarda, bir qayda olaraq, dəmir yolu ərazisində və sərnişin qatarlarında xəstəliklərin qarşısını almaq üçün müvafiq əksepidik və profilaktik tədbirlər planı hazırlanıb həyata keçirilir. Bununla bağlı Yolun baş sanitar həkimi Dilşad Əsgərovadan görülən işlər haqqında məlumat verməsini xahiş etdik. O, dedi:
          -A(H1N1) virusunun müxtəlif ölkələrdə yayılması bütün bəşəriyyəti narahat edən məsələdir. Ona görə də istənilən halda bu virusdan əziyyət çəkməyən ölkələrdə də güclü profilaktik tədbirlər aparılır.
          Bilirsiniz ki, belə hallarda dəmir yolunun Həkim-Sanitar Xidməti, sanitar orqanları həmişə qabaqlayıcı tədbirlər görürlər. Yenə də fəaliyyətsiz qalmamışıq. Çünki dəmir yolunun xidmətlərindən minlərlə sərnişin istifadə edir. Ona görə də həmişə olduğu kimi, yenə də insanlar arasında maarifləndirmə işlərinin apırlmasına daha çox üstünlük vermişik.çünki belə hallarda əhalinin maarifləndirilməsi və şəxsi gigiyena qaydalarına riayət edilməsi ən mühüm amillərdən hesab olunur. Yol üzrə aparılacaq kompleks işlər haqqında tədbirlər planı hazırlanmış və həyata keçirilməsinə başlanmışdır. Görülən işlər haqqında mütəmadi olaraq «Azərbaycan dəmiryolçusu» qəzeti vasitəsilə oxuculara məlumat çatdıracağıq.
 
          Yazdı: Vasif SÜLEYMAN
 
          P.S. Məlumat üçün bildirək ki, Azərbaycan Respublkasında «quş qripi» xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin dəyərləndirilməsi üzrə Dövlət Komissiyası» A(H1N1) tipli qriplə bağlı məlumat yayıb.
          Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, mayın 1-dək dünyanın 11 ölkəsində - Meksika, ABŞ, Kanada, Yeni Zelandiya, İsrail, İspaniya, Avstriya, Almaniya, BirləşmişKrallıq, İsveçrə və Niderlandda 331 laborator təsdiq olunmuş A(H1N1) tipli qrip hadisəsi qeydə alınıb. Bunlardan Meksikada 9, ABŞ-da 1 hadisə ölümlə nəticələnib. Bu xəstəliyə şübhəli hadisələrin sayı Meksiyada 2500-dən, ABŞ-da isə 70-dən artıqdır. Bundan əlavə, Meksikanın tibb mütəxəssisləri pnevmoniyadan ölmüş 159 nəfərin ölüm səbəblərini araşdırır.
          Mövcud vəziyyəti nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan pandemiyanın həyəcan səviyyəsinin 4-cü fazadan 5-ci fazaya qaldırılması barədə qərar qəbul edib ki, bu da ÜST-nin bir regional bürosunun ən azı, 2 ölkəsinin ərazisində virusun insandan-insana keçməsinin təsdiqi deməkdir.
          Xəstəliyin əlamətləri baş ağrısı, əzələ ağrıları, hərarətin qalxması, öskürək, angina, rinit, bəzi hallarda diareya və qusmadır. Xəstələrin müalicəsi üçün tamiflü (oseltavimir, zanamivir) tövsiyə olunur.
          Məlumatda qeyd edilir ki, Azərbaycanda bu xəstəliyə şübhəli hallar qeyd olunmayıb. Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən artıq xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsi üçün müvafiq ehtiyatlar yaradılıb. Bununla bağlı Dövlət Komissiyası əhaliyə tövsiyə edir ki, şübhəli hallar baş verdikdə, dərhəl ərazi tibb müəssisəsinə müraciət və ya təcili tibbi yardıma çağırış etsin, şəxsi gigiyena qaydalarına riayət olunsun, xəstəlik təsdiq olunmuş ölkələrə səyahətlərdən imkan daxilində çəkinsin.



          Расширение профилактических мероприятий.

 

          В последнее время в разных странах мира в центре внимания в основном распространение вируса A(H1N1). В таких условиях, как правило, на территории железной дороги и в пассажирских поездах в качестве предупредительных мер проводятся соответствующие профилактические мероприятия в соответствии с подготовленным планом. В связи с этим мы попросили главного санитарного врача АГЖД Дильшада Аскерова предоставить нам информацию о своих действиях. Он сообщил:           - Распространение вируса A(H1N1) в различных странах – это вопрос, который волнует все человечество. Поэтому во всех странах проводятся серьезные профилактические мероприятия.
          В таких случаях санитарная служба железной дороги, различные санитарные органы заранее предпринимают необходимые меры. Как и всегда, мы не бездействовали и на этот раз, потому что услугами железной дороги пользуются миллионы пассажиров. В связи с этим мы увеличили количество информации среди людей, так как в таких случаях информирование населения и соблюдение правил личной гигиены считаются самыми существенными факторами. Был подготовлен план по проводимым комплексным работам по всей железной дороге, который в данный момент уже выполняется. Все сведения о ходе работ мы будем постоянно извещать в газете «Азербайджанский железнодорожник».

 

         Написал: Васиф Сулейманов.

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 27.05.2009 | Автор: Vasif SÜLEYMAN

«Express-AZ» sistemində aparılan profilaktik tədbir
 
 
   05.05.2009 il tarixində saat 17:40 - da Bakı-sərnişin stansiyasının bilet satışı sistemində fasilə olmuşdur. Mətbuatda gedən bəzi yanlış məlumatlara cavab olaraq bildiririk ki, fasilənin yaranmasına səbəb 2009/2010-cu illər üçün yeni hərəkət cədvəlinə keçilməsi və Şimal istiqamətində sərnişin kassalarının avtomatlaşdırılması ilə əlaqədar planlaşdırılmış profilaktik tədbirlər olmuşdur. Profilaktik tədbirlər mütəxəsisslər tərəfindən 2 saat müddətində keçirilmişdir və saat 19:30-da satış bərpa olunmuşdur.
 
    Azərbaycan Dövlət Dəmir Yolunun
   Mətbuat Xidmətinin rəisi  
Nadir Əzməmmədov



    Профилактические мероприятия по системе «Express-AZ»

 

   5-ого мая 2009-ого года в 17:40 на станции Баку пассажирский была приостановлена продажа билетов. Отвечая на некоторые неверные данные, поступающие в прессу, объявляем, что причина в создании перерыва заключается в переходе на новое расписание 2009/2010 годов и автоматизации пассажирских касс Северного направления, в связи с чем были проведены профилактические мероприятия. Профилактические мероприятия были проведены специалистами в течении 2-х часов и в 19:30 продажа билетов была возобновлена.  

   Начальник пресс-службы АГЖД

   Надир Азмамедов.

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 27.05.2009 | Автор: Nadir Əzməmmədov

Четверг, 25.04.2024, 02:25
Search / Поиск
Frequency used key
ВЛ11м-462 ВЛ11м-275 ВЛ11к ВЛ11к-101 ВЛ11 ВЛ11-268 ВЛ11-371 TЭM2-7286 Э2М62у Э2М62у-0158 E4s-345 ВЛ10у ЭР2-1288 ВЛ8-1677 ВЛ11м-365 ВЛ11м-274 ЭР2-940 ТЭМ2у ЭР2-3038 ВЛ11м4 ВЛ11м-350 ВЛ11м4-467 ВЛ8-1499 ВЛ11м-332 ТЭМ2-3223 ТЭМ2-6086 ВЛ8 ВЛ8-1320 ВЛ11м-262 ТЭМ2т ТЭМ2т-027 ВЛ8-1253 ЭР2-942 ВЛ11м-456 ВЛ8-1590 ВЛ23-151 ВЛ8-468 ЭР2-1298 ТЭМ2-8042 ВЛ8-1374 ЭР2-1296 ЭР2-1297 ВЛ8-237 ВЛ8-1125 ВЛ8-1312 E4s-277 ТЭМ2 ТЭМ2-8189 ВЛ11м ВЛ11м-286 ВЛ11м-367 ВЛ8-168 ТЭМ2-6400 ВЛ11м4-465 ТЭМ2-5501 ВЛ11м-463 ТЭМ2у-9016 ТГМ4 ТГМ4-2853 2ТЭ10м 2ТЭ10м-3407 ВЛ11м-461 ВЛ23-176 эр2 ВЛ8-1295 Л-2033 ВЛ10у-1031 ВЛ11м-334 ВЛ11м-362 ВЛ8-1114 ТЭМ2-6691 ВЛ11м-273 ВЛ11м-370 ВЛ11м-351 ТЭМ2-2133 ВЛ23 ТГМ4а ТГМ4а-2669 ВЛ8-548 ВЛ8-1239 ТГМ23 ТГМ23-2165 ТЭМ2-7561 ВЛ11м-353 ВЛ11м-369 E4s E4s-333 E4s-333B E4s-333A ТЭМ2-2519 ВЛ11м-331 ЭР2-3046 ЭР2-3052 ТЭМ2м ТЭМ2м-046 ВЛ11м-326 ВЛ11м-464 ТЭМ2-2900 ЭР2-1201 Природа Набрани с железной дороги
RSS News
Et cetera
Cogito ergo sum...

ASRR
RWC
Виртуальные Российские Железные дороги. Мультиплееры МСТС
Internet Map


Our button / Наша кнопка (88х31)


© information
ASRRGlobal, 2009-2024.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).