Yolun strukturu
Rəhbərlik
Cəmiyyətin sədri
Nəsirov Qurban Hadı oğlu
Süleymanov Əlirza Məmməd oğlu
Mehdiyev Mehdi Musa oğlu
Hüseynov İqbal Əli oğlu
Hümbətov Xeyrulla İman oğlu
Daşıma proseslərini idarəetmə birliyi
Sərnişin daşıma istehsalat birliyi
Maddi-texniki təchizat birliyi
Fəhlə təchizatı birliyi
Lokomotiv istehsalat birliyi
Birliyin rəisi: Qasımov Asim Qasım oğlu
Lokomotiv təsərrüfatı daşıma proseslərində, xüsusi ilə xalq təsərrüfatı yüklərinin və sərnişin dasımalarında mühüm və həlledici yer tutur.Gəncə - Böyük-Kəsik elektroqatarı
Bakı - Mingəçevir Ekspress qatarının elktovozu
Bakı lokomotiv deposunun təmir sexi
Vaqonservis istehsalat birliyi
Birliyin sərəncamında yük vaqonlarının təmiri üzrə beş ixtisaslaşdırılmış vaqon deposu, universal konteynerlərin təmiri üzrə bir ixtisaslaşdırılmış vaqon deposu, yuk vaqonlarının əsaslı təmirini təşkil edən vaqon təmiri zavodu, neftbenzin sisternlərin yuyulmasını və buxarlanmasını təmin edən bir yuyucu-buxarlayıcı stansiya var. Hal-hazırda stansiyanın istehsalat gücü sutkada 150 vaqon təşkil edir, gələcəkdə bu rəqəmi 250-yə catdırmaq nəzərdə tutulub.
- yolun inventar parkının və yük vaqonlarının vaxtında təmiri və texniki xidmətin göstərilməsi;
- boş vaqonların vaxtında yüklənməyə verilməsi
Yol təsərrüfatı istehsalat birliyi
Yoldüzəldən maşın 09-32 CSM
Yoldüzəldən maşın 09-32 CSM
Elektrik təchizatı istehsalat birliyi
İşarəvermə və Rabitə İstehsalat birliyi
Maliyyə xidməti
Xarici əlaqələr xidməti
Statistika və iqtisadi təhlil xidməti
Tarif və Nəqliyyat Servis xidməti
Yolun texniki-istehsalat xidməti
İqtisadiyyat və əmək xidməti
Təhlükəsizlik xidməti
Həkim-sanitar xidməti
Xüsusi şöbə
Yolun kadrlar şöbəsi
Hüquq şöbəsi
Yolun təsərrüfat şöbəsi
Məktublar və şikayətlər şöbəsi
Dəmir-beton konstruksiyalar zavodu
Vaqon təmiri zavodu
Qırmadaş zavodu
Rels qaynaq qatarı
Baş su təchizatı və sanitar-texniki qurguları distansiyası
Texniki-inzibatı binaların istismarı müəssisəsi
Dəmir yolu nəqliyyat vasitələrinin təminatı müəssisəsi
Məlumat Hesablama Mərkəzi
Yolun elmi-texniki məlumat və təbliğat mərkəzi
Bakı Uşaq Dəmir Yolu
Dəmir yolunda dövlət baytarlıq nəzarəti idarəsi
Yol mətbəəsi və "Azərbaycan dəmiryolçusu" qəzeti redaksiyası
Hərbiləşdirilmiş Mühafizə dəstəsi
İnzibati təsərrüfat şöbəsi
Mətbuat Xidməti
Neftin daşınması uzun illər primitiv karvan üsulları ilə arabalarda yerləşdirilmiş taxta çəlləklərlə və tuluqlarla yerinə yetirilirdi. Belə üsul baha başa gəlməsi ilə yanaşı neft işinin inkişaf etdirilməsinə də maneə yaradırdı. Bunun üçün də neft istehsalçıları böyük gəlirlər əldə edilməsi üçün dəmir yol xəttlərinin çəkilişinə yüksək maraq göstərməyə başladılar. Beləliklə, demək olar ki, Bakı nefti və onun sənaye istehsalı əvvəl Bakıda sonra isə bütün Azərbaycanda rels yolunun yaranmasına səbəb oldu.
1878-ci ildə Dövlət fərmanına əsasən Azərbaycanda ilk dəmir yolunun, uzunluğu 20 km olan Bakı - Suraxanı - Sabunçu xəttinin çəkilişinə başlanıldı. Tikinti 20 yanvar 1880-ci ildə başa çatdırıldı.
Dünyada ilk dəfə olaraq nefti sisternlərdə daşımağa başladılar. Bu gün, tarixə Azərbaycanda dəmir yolunun əsasının qoyulması kimi düşdü. Sonrakı 20 il dəmir yol tikinitisinin yüksək inkişafı ilə qeyd olunmuşdur. 1883-cü ildə neftin Qara dəniz limanlarına çatdırılması üçün Bakı - Tiflis - Batumi, 1890-cı ildə isə Biləcəri - Dərbənd magistral xətləri çəkildi. 1900-cu ildə Dərbənd - Tixoretskaya xəttinin tikintisinin başa çatdırılmasından sonra Bakı şimal istiqamətində ümumrusiya dəmir yolları şəbəkəsi ilə birləşdirildi, bu da Bakı neftinin dəmir yolu ilə Rusiyanın mərkəzi və qərb rayonlarına çatdırılmasına imkan yaratdı.
Hal-hazırda baş yolların açıq uzunluğu 2932 km-ə, istismar uzunluğu 2117 km-ə bərabərdir, onlardan 815 km ikixəttli yollardır. Yolun ümumi istismar uzunluğundan 1272 km, yəni 60%-i elektrikləşdirilmiş, 845 km, yəni 40%-i teplovoz dartısı ilə işləyir. Burada qeyd etmək lazımdır ki, keçmiş Sovet İttifaqında dəmir yollarının elektrikləşdirilməsi 1926-cı ildə başlamışdır və ilk dəfə olaraq Azərbaycanda, Bakı - Sabunçu xəttində həyata keçirilmişdir.
Dəmir yolu xətlərinin yarısından çoxu, yəni 1126 km avtoblokirovka, 479 km mərkəzləşdirlmiş tənzimləmə ilə, qalanı isə yarımavtomatik blokirovka ilə təchiz edilmişdir. Yolun 176 stansiyası vardır, onlardan ikisi - Biləcəri və Şirvan iri avtomatlaşdırılmış təpə-çeşidləmə stansiyasıdır. 12 stansiya zəruri maşın və mexanizmlərlə təchiz edilmiş konteyner meydançalarına, 3 stansiya (Keşlə, Gəncə və Xırdalan) iri həcmli konteynerlərlə əməliyatlar aparmaq qabiliyyətinə malikdirlər.
Müstəqilliyin ilk illərində işarəvermə və rabitə qurğularının köhnəliyi, yeniləri və təmir-bərpa işləri üçün ehtiyat hissələri və material almaqdan ötrü maliyyə imkanlarının olmaması vəziyyəti daha da ağırlaşdırırdı. Yol rəhbərliyinin uğurla həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində işarəvermə və rabitə xidmətinin bazasında İşarəvermə və rabitə İstehsalat Birliyinin yaradılması və ona daha çox müstəqillik verilməsi təsərrüfatın dirçəldilməsi yönündə atılmış əhəmiyyətli addım oldu.
Təsərrüfatın tabeçiliyində olan 9 işarəvermə və rabitə distansiyaları 480 km-ə yaxın dispetçer mərkəzləşməsi, 1137 km. ikiyollu və 663km. biryollu avtobloklama, 448km. yarımavtomat qurğularına və s. xidmət edəcək yolumuzda qatarların təhlükəsiz hərəkətini təmin etmək işini uğurla yerinə yetirir. Eyni zamanda 5700-dək svetofor, avtomat yol keçidləri, vaqon sürətinin yavaşıdıcıları və s. qurğulara lazımi qulluq göstərilməsi də bu həmin məqsədə xidmət edir.
İstehsalat birliyində Bakı işarəvermə və rabitə distansiyası kollektivi paytaxtdakı hərəkət müəssisələrinin sabit işinin təmin olunması yönündə daha böyük işlər görmüşdür. Qala stansiyasında üçüncü yolun faydalı uzunluğunun artırılması ilə əlaqədar İMB qurğuları yenidən qurulmuş, EM postunda ştativ quraşdırılmış, pult-tabloda müvafiq dəyişikliklər edilmişdir. Bakı rabitəçiləri İMB qurğularını öz güclərinə quraşdırmış, Dübəndi stansiyasında 6 manevr və 4 qəbul-göndərmə yolunda 12 işarə göstəricisi, 12 qatar quraşdırılaraq işə salınmışdır. Burada həmçinin operativ-texnoloji rabitə şəbəkəsinin yaradılması üçün park rabitəsi təşkil edilərək 11 danışıq məntəqəsi, 12 səsucaldan quraşdırılmışdır.
Biləcəri, Şirvan, Qazıməmməd, Gəncə, Salyan və başqa distansiyalar da öz xidmət sahələrində illərlə həllini gözləyən məsələləri həll etməyə müvəffəq olmuşlar. Gəncə, Ağstafa, Lənkəran, Şəki və Xanabad stansiyalarında rabitə avadanlıqlarının ehtiyat qida mənbələri ilə təmin etmək məqsədilə dizel-generatorların quraşdırılması da qatarların təhlükəsiz hərəkətinin təmin olunması yönündə rabitəçilərin uğurlu addımı kimi dəyərləndirilmişdir.
Salyan, Yevlax, Dəvəçi stansiyalarında kilometrlərlə köhnəlmiş rabitə xətləri dəyişdirilmiş və həmin qovşaqlarda istər müəssisələrə, istərsə də abunəçilərə rabitə xidməti yaxşılaşdırılmışdır.
Bakı-Gəncə və Bakı-Böyük-Kəsik dolayı rabitə kanallarının quraşdırılması da uğurlu addım kimi qiymətləndirilmişdir.
Yol rəhbərliyinin Qədim İpək yolunun dirçəldilməsi yönündə beynəlxalq nəqliyyat qurumları ilə apardığı danışıqlar bizim birliyin işinə də müsbət təsirini göstərmişdir. Belə ki, TRASEKA proqramı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına 2001-ci ildən çəkilişinə başlanan Bakı-Böyük-Kəsik sahəsində optik fiberli rabitə xəttinin çəkilişi artıq başa çatmışdır.