Son vaxtlar dünyanın müxtəlif ölkələrində A(H1N1) virusunun yayılması diqqət mərkəzində olan əsas mövzulardandır. Belə hallarda, bir qayda olaraq, dəmir yolu ərazisində və sərnişin qatarlarında xəstəliklərin qarşısını almaq üçün müvafiq əksepidik və profilaktik tədbirlər planı hazırlanıb həyata keçirilir. Bununla bağlı Yolun baş sanitar həkimi Dilşad Əsgərovadan görülən işlər haqqında məlumat verməsini xahiş etdik. O, dedi: -A(H1N1) virusunun müxtəlif ölkələrdə yayılması bütün bəşəriyyəti narahat edən məsələdir. Ona görə də istənilən halda bu virusdan əziyyət çəkməyən ölkələrdə də güclü profilaktik tədbirlər aparılır. Bilirsiniz ki, belə hallarda dəmir yolunun Həkim-Sanitar Xidməti, sanitar orqanları həmişə qabaqlayıcı tədbirlər görürlər. Yenə də fəaliyyətsiz qalmamışıq. Çünki dəmir yolunun xidmətlərindən minlərlə sərnişin istifadə edir. Ona görə də həmişə olduğu kimi, yenə də insanlar arasında maarifləndirmə işlərinin apırlmasına daha çox üstünlük vermişik.çünki belə hallarda əhalinin maarifləndirilməsi və şəxsi gigiyena qaydalarına riayət edilməsi ən mühüm amillərdən hesab olunur. Yol üzrə aparılacaq kompleks işlər haqqında tədbirlər planı hazırlanmış və həyata keçirilməsinə başlanmışdır. Görülən işlər haqqında mütəmadi olaraq «Azərbaycan dəmiryolçusu» qəzeti vasitəsilə oxuculara məlumat çatdıracağıq.
Yazdı: Vasif SÜLEYMAN
P.S. Məlumat üçün bildirək ki, Azərbaycan Respublkasında «quş qripi» xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin dəyərləndirilməsi üzrə Dövlət Komissiyası» A(H1N1) tipli qriplə bağlı məlumat yayıb. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, mayın 1-dək dünyanın 11 ölkəsində - Meksika, ABŞ, Kanada, Yeni Zelandiya, İsrail, İspaniya, Avstriya, Almaniya, BirləşmişKrallıq, İsveçrə və Niderlandda 331 laborator təsdiq olunmuş A(H1N1) tipli qrip hadisəsi qeydə alınıb. Bunlardan Meksikada 9, ABŞ-da 1 hadisə ölümlə nəticələnib. Bu xəstəliyə şübhəli hadisələrin sayı Meksiyada 2500-dən, ABŞ-da isə 70-dən artıqdır. Bundan əlavə, Meksikanın tibb mütəxəssisləri pnevmoniyadan ölmüş 159 nəfərin ölüm səbəblərini araşdırır. Mövcud vəziyyəti nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan pandemiyanın həyəcan səviyyəsinin 4-cü fazadan 5-ci fazaya qaldırılması barədə qərar qəbul edib ki, bu da ÜST-nin bir regional bürosunun ən azı, 2 ölkəsinin ərazisində virusun insandan-insana keçməsinin təsdiqi deməkdir. Xəstəliyin əlamətləri baş ağrısı, əzələ ağrıları, hərarətin qalxması, öskürək, angina, rinit, bəzi hallarda diareya və qusmadır. Xəstələrin müalicəsi üçün tamiflü (oseltavimir, zanamivir) tövsiyə olunur. Məlumatda qeyd edilir ki, Azərbaycanda bu xəstəliyə şübhəli hallar qeyd olunmayıb. Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri tərəfindən artıq xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsi üçün müvafiq ehtiyatlar yaradılıb. Bununla bağlı Dövlət Komissiyası əhaliyə tövsiyə edir ki, şübhəli hallar baş verdikdə, dərhəl ərazi tibb müəssisəsinə müraciət və ya təcili tibbi yardıma çağırış etsin, şəxsi gigiyena qaydalarına riayət olunsun, xəstəlik təsdiq olunmuş ölkələrə səyahətlərdən imkan daxilində çəkinsin.
Расширение профилактических мероприятий.
В последнее время в разных странах мира в центре внимания в
основном распространение вируса A(H1N1). В таких условиях, как правило, на
территории железной дороги и в пассажирских поездах в качестве
предупредительных мер проводятся соответствующие профилактические мероприятия в
соответствии с подготовленным планом. В связи с этим мы попросили главного
санитарного врача АГЖД Дильшада Аскерова предоставить нам информацию о своих
действиях. Он сообщил:- Распространение
вируса A(H1N1)в различных странах – это вопрос, который волнует все человечество. Поэтому
во всех странах проводятся серьезные профилактические мероприятия. В таких
случаях санитарная служба железной дороги, различные санитарные органы заранее
предпринимают необходимые меры. Как и всегда, мы не бездействовали и на этот
раз, потому что услугами железной дороги пользуются миллионы пассажиров. В
связи с этим мы увеличили количество информации среди людей, так как в таких
случаях информирование населения и соблюдение правил личной гигиены считаются
самыми существенными факторами. Был подготовлен план по проводимым комплексным
работам по всей железной дороге, который в данный момент уже выполняется. Все
сведения о ходе работ мы будем постоянно извещать в газете «Азербайджанский
железнодорожник».
ASRRGlobal, 2009-2025.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).