Главная » 2009»Май»27 » MDB VƏ BALTİKYANI ÖLKƏLƏRİN DƏMİR YOLU NƏQLİYYATI ŞURASININ 50-Cİ TOPLANTISI MİNSKDƏ KEÇİRİLƏCƏKDİR
MDB VƏ BALTİKYANI ÖLKƏLƏRİN DƏMİR YOLU NƏQLİYYATI ŞURASININ 50-Cİ TOPLANTISI MİNSKDƏ KEÇİRİLƏCƏKDİR
01:31
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 49-cu toplantısının qərarı ilə Şuranın 50-ci toplantısı 21-22 may 2009-cu ildə Minsk şəhərində keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur:
Şuranın 49-cu iclasının qərarlarının yerinə yetirilməsi;
2008-ci və 2009-cu ilin I kvartalı ərzində dəmir yolları üzrə istismar işlərinin yekunları haqqında;
Yük qatarları üzrə hərəkət cədvəlinin, onların və Beynəlxalq daşınmada konteynerli vaqonların tərtibat planlırının işlənib hazırlanması haqqında;
2008-ci ildə konteynerlərin siyahıyaalınması və 2009-cu il üçün yük vaqonlarının qabaqcadan siyahıyaalınmasının yekunları haqqında;
MDB dövlətlərinə, Latviya, Litva və Estoniya Respublikalarının dəmir yolu administrasiyalarına məxsus konteynerlərin zədələnməsi üzrə məsuliyyət Qaydalarına dəyişikliklərin və əlavələrin edilməsi və təmir məbləğinin ödənilməsi haqqında;
Birlik üzvü olan dövlətlərin dəmir yolu xətlərində yüklərin vaqon və konteynerlərlə daşınmasında plomblama qurğularının tətbiqi Qaydalarına əlavə və dəyişikliklərin edilməsi haqqında;
2008-ci il və 2009-cu ilin I kvartalı üçün dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti haqqında;
MDB dövlətləri və Latviya, Litva, Estoniya Respublikaları üzrə Dəmir Yolu Nəqliyyatı Şurasının islahat və struktur dəyişiklikləri məsələləri Komissiyasının Təlimatının təsdiq edilməsi haqqında;
2008-ci il noyabrın 14-də Müstəqil Dövlətlər Birliyi Hökumət başçıları Şurasının qərarı ilə təsdiq olunmuş “2020-ci ilədək MDB dövlətlərinin əməkdaşlıq prioritetlərinin istiqamətləri” proqramının həyata keçirilməsi haqqında;
Dövlətlərarası qovuşuq məntəqələrində sərnişin qatarlarının təhvil verilməsində gecikmələrə görə iqtisadi məsuliyyət haqqında;
2008-ci il üçün 1996-cı il oktyabrın 18-də MDB hökumət başçıları Şurasının dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti Konsepsiyası üzrə qərarının yerinə yetirilməsi haqqında;
Sertifikatlaşdırma sahəsində dəmir yolunda texniki vasitələrin istismarı və təmiri, təhlükəsizliyi üzrə Dövlətlərarası texniki komitənin işi haqqında;
MDB dövlətlərinin dəmir yolu nəqliyyatı işçilərinin və onların ailə üzvlərinin sanator-kurort müalicəsinin təmin olunmasında dəmir yolu administrasiyalarının qarşılıqlı əməkdaşlıq Reqlamenti haqqında;
Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin dəmir yolu nəqliyyatı Şurasının sədri və müavinləri haqqında;
2009-cu il üçün dəmir yolu adminstrasiyalarının və Şuranın fəaliyyətinin koordinasıyası üzrə “RDY” ASC-nin filialının xərclərinin ödənilməsi üzrə Smeta haqqında; 2008-ci il üçün Şuranın fəaliyyətinin təmin olunmasına yönəldilmiş Smetanın icra edilməsi üzrə Təftiş komissiyasının hesabatı haqqında;
Dəmir Yolu administrasiyalarının 2008-ci il üçün Məlumat-hesablama mərkəzinin fəaliyyətinin təmin olunmasına yönəldilmiş Smeta xərclərinin yerinə yetirilməsi haqqında;
2009-cu il üçün “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü haqqında;
Dəmir yolu nəqliyyatı Şurasının Fəxri fərmanla təltif edilməsi haqqında;
Dəmir yolu nəqliyyatı Şurasının 51-ci iclasının keçirilmə yeri, tarixi və gündəliyi haqqında.
Tədbirdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcəkdir.
Azərbaycan Dövlət Dəmir Yolunun Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov
ASRRGlobal, 2009-2026.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).