Menu / Меню

RFCFTS
RFCFTS Doc's  List
|



Powered by
Wikipedia and ASRRGlobal Team.
RFCFTS Manager is
ASRRGlobal Team.
Language support

SITESELF

English

Germany

Ukraine

Byelorussia

France

Lithuania

Latvia

Estonia

Czech

Spain

Poland

Italy

Norway

Hungary

powered by Google
Last incoming
Stats / Статистика
Главная » Официальные новости ЗАО "АЖД"
Официальные новости ЗАО "АЖД" [24]
Официальные новости ЗАО "АЖД", официально объявленные работниками ЗАО "АЖД".
Особые новости [11]
Особые новости повышенной важности.
Новости RFCFTS [5]
Новости документов RFCFTS, включая информацию об изменениях и дополнениях.
Неофициальные новости ЗАО "АЖД" [3]
Неофициальные новости ЗАО "АЖД" от ASRRGlobal Team.
Официальные новости проекта ADDY: Animated Legends [10]
Официальные новости о ходе строительства маршрута ADDY: Animated Legends (ADDY_958); информация, скриншоты, планы, сообщения, объявления и прочее.

« 1 2 3 »
«AZƏRBAYCAN DƏMİR YOLLARI» QAPALI SƏHMDAR CƏMİYYƏTİ POLAD MAGİSTRALIN İNKİŞAF TARİXİNİN YENİ DÖNƏMİ
           13 OKTYABR – DƏMİR YOLU İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR

           Bir neçə gündən sonra ölkəmizdə dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunacaq. Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Əliyev 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən artıq beş ildir ki, oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün-Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

          Bu əziz bayram ərəfsində ölkə dəmiryolçularını ürəkdən təbrik edir, polad magistralın yaranma tarixi haqqında qısa məlumatı oxucuların nəzərinə çatdırırıq.
          Azərbaycan polad magistralının təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu SSRİ Nazirlər Sovetinin qərarı ilə 13 oktyabr 1955-ci ildə SSRİ Yollar Nazirliyinin tərkibindən ayrılaraq müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirmişdir.
          129 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçmişdir. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə bu sahə daima inkişafda olmuş və Ümummilli Lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatmışdır.
          O dövrlərdə respublikaya rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyevin ölkənin inkişafına verdiyi önəmli diqqətdən nəqliyyatın bir qolu olan dəmir yolu da qalmamışdır. Ulu öndər keçən əsrin 80-cı illərinin əvvəllərində istər Azərbaycan Respublikasına, istərsə də Sovetlər İttifaqında hökumətə rəhbərlik etdiyi dövrdə də, ümumilikdə, Sovet respublikalarının nəqliyyat sistemini, o cümlədən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir.
          Keçən əsrin həmin dövrlərində məhz Ümummilli liderimizin rəhbərliyi altında o zamanki Sovetlər İttifaqının ən böyük çeşidləyici stansiyalarından biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Dəmir yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyəti olan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılmışdır.          Məlumdur ki, XX əsrin 90-cı illərinin əvvələrində Sovetlər İttifaqı dağıldıqdan sonra, bütövlükdə Azərbaycanda olduğu kimi, bu sahə də tənəzzülə uğramış, qonşu ölkələrlə iqtisadi əlaqələr kəsilmiş, istər yük, istərsə də sərnişin daşınması minimum həddə enmiş, bəzi istiqamətlərdə daşımalar tamamilə dayandırılmış və bunun nəticəsində dəmir yolu infrastrukturu, demək olar ki, tamamilə dağıdılmış, ixtisaslı kadrlar dəmir yolundan uzaqlaşmış və ölkə polad magistralı tamamilə iflic vəziyyətinə düşmüşdü.
          15 iyun 1993-cü ildə ümummilli lider H.Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və öz qayıdışı ilə ölkədə baş verən tənəzzülü dayandırmağa müvəffəq ola bilmişdir. O vaxtdan başlayaraq dəmir yolunda dönüş nöqtəsinin əsası qoyulmuş və ölkə polad magistralı dirçəliş dövrünə başlamışdır. Belə ki, Ümummilli lider H.Əliyevin tövsiyyə və göstərişlərini əldə rəhbər tutan Nəqliyyat Naziri, o vaxtkı Yol rəisi Ziya Məmmədovun rəhbərliyi ilə bir sıra iqtisadi islahatlar aparıldı. Dəmir yolunun idarəetmə strukturları dəyişdirilərək xidmət və şöbələrin bazasında müstəqil idarə edilən İstehsalat Birlikləri, müəssisə və təşkilatlar yaradıldı.
          Bu dövrlərdə, istər ölkədaxili, istərsə də qonşu ölkələrdə sərnişin daşınmasının yüksək səviyyədə təşkil olunması üçün xüsusi tədbirlər görülmüş, dəmir yolu öz daxili imkanları hesabına sərnişin vaqonlarının təmirinə başlamış və qısa vaxt ərzində yüksək standartlara cavab verə bilən sərnişin vaqonları hazırlanaraq istismara vermişdir.
          Azərbaycan tarixində ilk dəfə olaraq MDB-yə daxil olan ölkələrin dəmir yollarında analoqu olmayan "Ekspress” tipli yumşaq oturacaqlı sərnişin vaqonlarının hazırlanması və əhalinin xidmətinə verilməsi ölkə ictimaiyyəti tərəfindən böyük razılıq, yüksək əhval-ruhiyyə ilə qarşılanmışdır.
          Həmin dövrlərdə dəmir yolunun rəhbərliyi tərəfindən qonşu ölkələrin dəmir yolları ilə iqtisadi əlaqələr bərpa edilmiş və bunun nəticəsində Rusiya Federasiyasınin Moskva, Sankt-Peterburq, Rostov, Mahaçqala, Ukraynanın Kiyev, Xarkov, qonşu Gürcüstan Respublikasının Tbilisi şəhərlərinə, İran İslam Respublikasnının Təbriz şəhərinə sərnişin qatarları və eləcə də yük və baqaj daşımaları bərpa edilmişdir. Hazırda ölkəmizdən Uzaq Sibirin yurddaşlarımızın sıx məskunlaşdığı Tümen şəhərinə sərnişin qatarının hərəkət etməsi də bunun bariz nümunəsidir.
          Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyini əldə rəhbər tutan dəmir yolu rəhbərliyi tranzit yüklərin daşınmasına da böyük əhəmiyyət vermişdir. Məhz görülən tədbirlər nəticəsində 1996-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində dəmir yolu vasitəsilə daşınan tranzit yük dövriyyəsi ilbəil artmaqda davam etmişdir.
          Bir faktı da xüsusi olaraq nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycan coğrafi mövqeyinə görə bütün tranzit daşımaların mərkəzində yerləşir. Buna görə də nəqliyyat sektorunun tərkib hissəsi olan dəmir yolu beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində də yaxından iştirak edir. Məlumdur ki, ki, Azərbaycan Respublikasının Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmasına ümummilli lider Heydər Əliyev tərəfindən razılıq verildikdən sonra, həmin istiqamətdə bir sıra vacib addımlar atılmışdır.
          Görülən işlərin məntiqi nəticəsi kimi Milli Məclis «Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulması barədə» qanun layihəsini təsdiq etmiş, ölkə başçısı İlham Əliyev 10 sentyabr 2005-ci ildə həmin qanunu imzalamışdır. Həmin dövrdən başlayan işlər indi də davam etdirilməkdədir.
          2008-ci il iyun ayının 17-19 Bakı şəhərində «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində növbəti görüş keçirilmişdir. Görüşdə üçtərəfli əməkdaşlağın daha da genişləndirilməsi, «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara-(İran)-Astara (Azərbaycan) xəttinin tikintisi layihəsi və digər məsələlər müzakirə edimişdir.
          Bizim üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin reallaşması üzərində müvafiq işlərin görülməsi də tarixi hadisədir. Belə ki, 7 fevral 2007-ci ildə Tbilisi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Regional əməkdaşlığa ümumi baxış haqqında Tbilisi Bəyannaməsi"ni imzalamışlar. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin zəruriliyindən danışaraq demişdir ki, bu, bizi daha sıx birləşdirəcək, regional əməkdaşlığı daha da genişləndirəcəkdir. Bu layihənin həyata keçirilməsi həm də regiona sabitlik, sülh gətirəcək və ümumiyyətlə ölkələrimizin, xalqlarımızın iqtisadi maraqlarına cavab verir.
          2007-ci il noyabrın 21-də Gürcüstanın Tetri-Skaro rayonunda – Marabda stansiyasında Bakı – Tbilisi – Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlinin qoyulmasına həsr olunmuş mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül və Gürcüstan Prezidenti Mixail Saakaşvili, habelə Avropa İttifaqından, Amerika Birləşmiş Ştatlarından və digər ölkələrdən qonaqlar iştirak edirdilər. Təməlqoyma münasibətilə keçirilən mərasimi Prezident Mixail Saakaşvili, Türkiyə Prezidenti Abdullah Gül və Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləmişlər.
           2008-ci il İyulun 24-də Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasına həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül və Gürcüstan Prezidenti Mixail Saakaşvili iştirak etmişlər.
          Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Bu amillər müasir ölkə iqtisadiyyatının vacib sahələrindən biri olan dəmir yolunun tərəqqisinə də öz müsbət təsirini göstərmişdir.
          Məlumdur ki, ümummilli lider Heydər Əliyev keçmiş sovetlər məkanında işləyərkən əsrin tikintisi olan Baykal-Amur Magistralının tikintisinə şəxsən rəhbərlik etmişdir. Rusiya hökuməti ulu öndərin xatirəsini əbədiləşdirmək qərarına gəlmişdir. 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralının (BAM) Anqoya stansiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan vağzalın təntənəli açılışı olmuşdur.
          Bu dövrdə görülmüş işlərin sayəsində dəmiryolçuların sosial rifah halının yaxşılaşdırılması istiqamətində əməli tədbirlər görülmüşdür. Dəmir yolunun rəhbərliyi və Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi birgə səyi ilə son illər ərzində dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində bir çox layihələr həyata keçirilib. 1 avqust 2008-ci ildə dəmiryolçular Xaçmaz rayonunun Nabran qəsəbəsində «Lokomotiv» İstirahət Mərkəzi tikilib istifadəyə verildi. Açılış mərasimində Hörmətli nəqliyyat naziri Ziya Məmmədov şəxsən iştirak etmişdir. Hər biri 20 nəfərlik olan 3 korpus istifadəyə veril mişdir.
          Sevindirici haldır ki, Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır.
          Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq stansdartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu il tarixli «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yaradadılması haqqında sərəncam imzalamışdır. Bu sərəncam gələcəkdəAzərbaycan Dəmir Yolunun yeni təşkilati-hüquqi forması və fəaliyyətinin hüquqi əsasları, dəmir yolunda islahatların aparılması və restrukturizasiyası, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturu və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə imkan verəcəkdir.
            
            «Azərbaycan Dəmir Yolları»
            Qapalı Səhmdar Cəmiyyətinin
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov


Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 30.09.2009 | Автор: Nadir Əzməmmədov

TƏBİİ FƏLAKƏTİN NƏTİCƏLƏRİ TAM ARADAN QALDIRILIB
          20 sentyabr 2009-cu il tarixdə təxminən saat 15.00 radələrində yağan güclü yağış nəticəsində sel suları Pirsaat-Hacıqabul mənzilinin 524-523-cü kilometrində cüt yolun 0,8 km (800 metr) yol yatağını yuyub aparmışdır.
          Bundan başqa Şirvan-Qaragünə mənzilinin 37-ci kilometrində tək yolda 0,2 kilometr (200 metr) yol yatağını sel basmışdır. Hadisə nəticəsində Hacıqabul–Şirvan, Hacıbaqul-Pirsaat, Şirvan-Qaragünə-Xıdırlı mənzillərində yol təsərrüfatı və texniki qurğular, işarəvermə və rabitə sistemi sıradan çıxmış, Hacıqabul, Nəvahi, Ələt və Sığırlı yarımstansiyalarında xətlərə enerji verilməsi dayandırılmış, dəmir yolunun digər təsərrüfatlarına da güclü ziyan dəymiş, rabitə əlaqəsi tamam kəsilmişdir.
          Təbii fəlakətin ziyan vurduğu mənzillərdə hərəkət tam dayanmış, dəmiryolçuların gərgin səyi nəticəsində Hacıqabul – Pirsaat və Şirvan-Ələt sahəsində saat 22.00-da biryollu hərəkət manevr teplovozlarından istifadə etməklə bərpa olunmuş, 23.32-dən başlayaraq sərnişin qatarlarının göndərilməsi müəyyən olunmuş məhdudiyyətlərlə həyata keçirilmişdir.
          Təbii fəlakətin nəticələrini aradan tam qaldırmaq məqsədilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin bütün təsərrüfatlarının əməkdaşları üçün fövqəladə vəziyyət elan edilmişdir. Artıq qatarların hərəkəti tam bərpa olunub. Diqqətinizə çatdırırıq ki, 20 sentyabr 2009-cu ildə Şimal istiqamətində də yağan güclü leysan nəticəsində qatarların hərəkətində fasilələr yaranmış, bu istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkəti dayandırılmışdır. Belə ki, 374-373 saylı Tümen –Bakı və 32-31 saylı Kiyev –Bakı sərnişin qatarları Şimali Qafqaz Dəmir Yolunun Qızılyurd stansiyasında, 373-374 saylı Bakı-Tümen qatarı isə Şimali Qafqaz Dəmir Yolunun Mahaçqala stansiyasında dayanmışdır.
          Şimali Qafqaz Dəmir Yolu rəhbərliyinin təklifinə əsasən Bakıdan Tümenə gedən və Mahaçqala stansiyasında dayanan 373-374 saylı Bakı-Tümen sərnişin qatarının sərnişinləri avtobuslarla Qızılyurt stansiyasına, orada dayanan 374-373 saylı Tümen –Bakı və 32-31 saylı Kiyev –Bakı sərnişin qatarlarının sərnişinləri isə avtobusla Mahaçqala stansiyasına gətiriləcək və oradan sərnişin qatarları ilə təyinatı üzrə mənzil başına çatdırılmışdır.          
 
            «Azərbaycan Dəmir Yolları»
            Qapalı Səhmdar Cəmiyyətinin
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 24.09.2009 | Автор: Nadir Əzməmmədov

RAMAZAN BAYRAMINDA AĞSTAFA STANSİYASININ BİLET KASSASINDA AVTOMATLAŞDIRILMIŞ BİLET SATIŞI SİSTEMİ TƏTBİQ EDİLMİŞDİR
          «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşıma İstehsalat Birliyi tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar davam edir. Dəmir yolunun xidmətlərindən istifadə edənlərin, son illər ərzində sayının xüsusilə artması xidmət mədəniyyətinin daha da yüksəldilməsini tələb edir. Vətəndaşlarımızın dəmir yoluna olan inamını gücləndirmək üçün bu, çox önəmlidir.



          «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşıma İstehsalat Birliyi tərəfindən 20 sentyabr – Ramazan bayramı günü Ağstafa rayonunun sakinlərinə daha bir hədiyyə edilmişdir.
          Belə ki, vətəndaşların sərnişin qatarlarına bilet almaq imkanlarını yaxşılaşdırmaq, onlara göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək və dəmir yolunda avtomatlaşdırılmış bilet satışı sisteminin gücləndirilməsi məqsədilə 20 sentyabr 2009-cu ildən Ağstafa stansiyasının bilet kassasında sərnişin qatarlarına avtomatlaşdırılmış bilet satışı sistemi tətbiq edilmişdir.
          Bu məqsədlə keçirilən təntənəli mərasimdə SDİB-nin maliyyə-iqtisad şöbəsinin rəisi Cabbar Camalov çıxış etdi. O, ilk öncə mərasim iştirakçılarına «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin salamlarını və bayram təbriklərini çatdırdı. Natiq bildirdi ki, bu, Ramazan bayramında Ağstafa sakinlərinə dəmiryolçuların əsl hədiyyəsidir. Sərnişinlər Kompüterləşmiş sistemlə bilet kassasından Bakı sərnişin stansiyasından hərəkət edən digər qatarlara və geriyə bilet satışı həyata keçiriləcəkdir. Belə ki, bu regionda yaşayan vətəndaşlarımız Ağstafadan Bakıya və Bakıdan geriyə bilet almaqla yanaşı, ölkə daxilində hərəkət edən Bakı-Astara, Bakı-Bərdə-Balakən, Bakı-Tbilisi və digər sərnişin qatarlarına bilet ala biləcəklər.
          C. Camalov öz çıxışında onu da bildirdi ki, ilin sonuna kimi Qərb istiqamətində bilet satışı həyata keçirən bütün stansiyalarda kompüterləşmiş bilet satışı sistemi tətbiq ediləcəkdir. Bunun üçün proqram təminatı, demək olar ki, həll olunub, lazımi texniki avadanlıqların alınması başa çatmaq üzrədir. Tovuz və Qovlar stansiyalarında artıq işlər tamamlanmaq üzrədir və dəmiryolçuların peşə bayramı günü avtomatlaşdırılmış bilet satışı sistemi bu iki stansiyada reallaşacaq. Ondan sonra Qazax, Böyük Kəsik, Zəyəm, Dəllər və Şəmkir stansiyalarında bilet satışının kompüterləşməsi həyata keçiriləcək.
          Natiq çıxışının sonunda bildirdi ki, rəhbərlik sərnişin təsərrüfatının işini müasir beynəlxalq normalar səviyyəsinə çatdırılması üçün bütün labüd imkanlardan istifadə edir, bu sahənin inkişafını daim diqqətdə saxlayır. Ağstafa stansiyasında görülən işlər bunun bariz nümunəsidir.
          Sonra stansiyanın rəisi Lətif Nağıyev çıxış edərək bildirdi ki, Ağstafa stansiyasının bilet kassasında sərnişin qatarlarına avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilməsi əsl bayram hədiyyəsi oldu. Bizə göstərilən bu qayğıya görə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə Ağstafa ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk. Biz də çalışacağıq ki, göstərilən etimad və qayğıya öz əməli işimizlə cavab verək.
          Sonra ilk sərnişinlərə Ağstafadan Bakıya və əks istiqamətə, eləcə də müxtəlif istiqamətlərə biletlər satıldı.
         
 
           
«Azərbaycan Dəmir Yolları»

            Qapalı Səhmdar Cəmiyyətinin
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 24.09.2009 | Автор: Nadir Əzməmmədov

BAKI-ABŞERON SAHƏSİNİN ZABRAT II-QALA MƏNZİLİNDƏ DƏMİR YOLU XƏTTİ SÖKÜLƏCƏK
         Son illərdə Bakı-Abşeron sahəsinin dairəvi elektrik xətti üzrə elektrik qatarlarında sərnişin daşımanın həcmi tam aşağı düşmüş və sərnişin daşınmasından, demək olar ki, gəlir əldə edilməmişdir. Nəticədə dəmir yolunun iqtisadi vəziyyətinə ciddi ziyan dəymişdir.
         Bu sahədə dəmir yolunun iqtisadi cəhətdən səmərəsizliyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2005-ci il tarixli 73 saylı «Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri haqqında» Qərarına uyğun olaraq, yolun və digər texniki qurğuların sökülərək yararlı materiallardan Yolun digər sahələrində istifadəsinin təmin edilməsi məqsədilə 10.08.2009-cu il tarixdən Zabrat II - Qala sahəsində yol təsərrüfatının tikili və qurğularının hüquqi normativ sənədlər əsasında sökülməsi təmin ediləcəkdir.
         Uzunluğu 30 kilometr olan Zabrat II stansiyasından Maştağa – Bağlar – Buzovna – Zuğulba – Sahil – Mərdəkan – Qala stansiyasına kimi birxətli dəmir yolunun sökülməsi mərhələli şəkildə həyata keçiriləcəkdir.
         Sökülmədən əldə olunan yolun üst quruluşu materiallarından ilk növbədə Zazalı-Gəncə mənzilinin cüt, Heybət-Biləcəri mənzilinin tək, Güzdək-baş-Xırdalan mənzilinin cüt yolunun əsaslı təmirində istifadə olunacaqdır.           
            «Azərbaycan Dəmir Yolları»
            Qapalı Səhmdar Cəmiyyətinin
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov



          На Апшероне будет разобрана железнодорожная линия
Забрат 2 – Гала.

          В последние годы объем перевозок пассажиров в электропоездах по Апшеронскому электрифицированному железнодорожному кольцу очень сильно сократился. В результате экономическому состоянию железной дороги был нанесен серьезный ущерб.
          Учитывая результат экономического ущерба указанного участка железной дороги Кабинет Министров Азербайджанской Республики в соответствии с приказом от 20 апреля 2005 года «О показателях специальных важных основных ресурсов (фондов)» для создания обеспечения в других участках железной дороги из пригодных для использования разобранных путей и прочих технических сооружений постановлением от 10 августа 2009 года принял решение о разборке участка Забрат 2 – Гала в соответствии с юридическими нормативными документами.
          30 километровый однопутный железнодорожный участок Забрат 2 – Гала со станциями Маштаги, Баглар, Бузовны, Загульба, Сахил (Приморский), Мардакян будет разобран.
          Материалы верхнего строения пути разобранного участка будут использованы для ремонта в первую очередь перегона Зазалы – Гянджа (оба пути), Эйбат – Баладжары (один путь), Гюздек – Хырдалан Главный (оба пути).

          ЗАО «Азербайджанские Железные Дороги»
          Начальник пресс-службы   Надир Азмамедов.
Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 11.08.2009 | Автор: Nadir Əzməmmədov

«LOKOMOTİV» İSM-nin YETİRMƏSİ DÜNYA ÇEMPİONU OLDU

          Ankarada keçirilən güləş üzrə gənclər arasında dünya birinciliyində «Lokomotiv» İdman-Sağlamlıq Mərkəzinin yetirməsi, Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, idman ustası Orxan Əhmədov 55 kiloqram çəki dərəcəsində dünya çempionu olmuşdur. Belə ki, idmançımız qızıl medal uğrunda mübarizədə iranlı Məhəmməd Hatəmini məğlub edərək fəxri kürsünün birinci pilləsinə yüksəlmişdir.

         Gənclər və İdman Nazirliyinin internet saytında yayılan məlumatda bildirilir ki, bu növ üzrə mübarizənin 2-ci günündə Azərbaycan yığma komandası daha bir qızıl medal qazandı. 55 kq çəki dərəcəsində çıxış edən son Avropa Birinciliyinin qalibi Orxan Əhmədov öz çəkisində dünyanın da ən güclüsü olduğunu sübut edib. Mübarizəyə 1/8 finaldan qoşulan Orxan əvvəlcə estoniyalı Dmitri Qorjuskonu məğlubiyyətə uğradıb (6-0, 8-1). Növbəti mərhələdə qazaxıstanlı Madi Zarbolovla görüşün ilk hissəsi Orxan üçün yaxşı alınmayıb (0-6). amma 2-ci və 3-cü hissələrdə özünü toparlayan təmsilçimiz rəqibə heç bir şans verməyib (6-0, 7-0). Yarımfinalda qırğızıstanlı Kanibek Yolçubekov da Orxanın qarşısında duruş gətirə bilməyib (0-2, 6-0, 7-1). Nəhayət Dünya Çempionu adı uğrunda iranlı Məhəmməd Hatəmi ilə üz-üzə gələn pəhləvanımız qələbə qazanmaqla (2-0, 2-0) Avropa Çempionluğunun ardınca Dünya Çempionluğunu da bayram edib.

         İlk yarış günü Həsən Əliyev (60 kq) qızıl, Xurşud Babaşov (50 kq) isə bürünc medal qazanmışdı. Komanda hesabında Azərbaycan 40 xalla Rusiya (60 xal) və İrandan (49 xal) geri qalmaqla 3-cü yeri tutub.
 
        «Lokomotiv» İdman-Sağlamlıq Mərkəzinin idmançıları artıq neçə illərdir ki, ölkə və beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Biz «Azərbaycan dəmiryolçusu» olaraq idmançılarımızın qələbələri haqqında mütəmadi olaraq məlumat veririk.
 
        Xatırladırıq ki, «Lokomotiv» İSM-nin idmançısı, idman ustası Orxan Əhmədov 2-3 iyul Tbilisidə keçirilən yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən Avropa birinciliyində (55 kiloqram çəki dərəcəsində) I yerə çıxmışdır.
 
        Avropa çempionunu Yol rəisinin müavini Əlirza Süleymanov qəbul etmiş, idmançımızı Yol rəhbərliyi adından təbrik etmiş, ona daha böyük uğurlar diləmişdir. İdmançımızın məşqçisi Mürsəl Qafarovdur. Bu yüksək qələbə münasibətilə idmançımızı təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.           

            «Azərbaycan Dəmir Yolları»
            Qapalı Səhmdar Cəmiyyətinin
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 06.08.2009 | Автор: Nadir Əzməmmədov

«AZƏRBAYCAN DƏMİR YOLLARI» QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN SANİTAR ORQANLARI GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNƏ KEÇİB
         A(H1N1) virusunun simptomları Azərbaycanda da aşkarlanıb. İki Azərbaycan vətəndaşının bu virusun daşıyıcı olması artıq təsdiqlənib. Onlar 27 iyul 2009-cu ildə Fransadan, 29 iyul 2009-cu ildə Böyük Britaniyadan gəlmiş Azərbaycan vətəndaşlarıdırlar.
         A(H1N1) virusunun simptomlarının ölkəmizdə aşkarlanması müvafiq qurumlardan daha ciddi tədbirlər görməyi tələb edir. Yolun baş sanitar həkimi Dilşad Əsgərova bizimlə söhbətində bildirdi ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun müvafiq sərəncamı ilə aparılacaq kompleks işlər haqqında tədbirlər planı hazırlanmış və həyata keçirilməsi davam edir. Həkim-Sanitar Xidməti və digər sanitar orqanları həmişə qabaqlayıcı tədbirlər görürlər.
         Tədbirlər proqramına əsasən sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır, dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Taun Əleyhinə stansiyasında profilaktik preparatların, dezinfeksiya maddələrinin, fərdi qoruyucu vasitələrinin ehtiyatı yaradılır ki, lazım olanda istifadə edilsin, dəmir yolu sərhəd-keçid məntəqələrində fəaliyyət göstərmək üçün, lazım olan anda sərnişin qatarlarının ölkə ərazisində müşayiət etmək üçün tibb briqadaları yaradılıb, sərnişin qatarında çalışan briqadalar arasında yol boyu A(H1N1) virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin aparılması barədə təlimatlar aparılır. Çünki belə hallarda əhalinin maarifləndirilməsi və şəxsi gigiyena qaydalarına riayət edilməsi ən mühüm amillərdən hesab olunur.
         Bununla əlaqədar «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sanitar orqanları gücləndirilmiş iş rejiminə keçib. Sanitar-Karantin Müfəttişliyində qaynar xətt yaradılıb. Sərnişin qatarlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində A(H1N1) virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduğu halda 24 saat ərzində qaynar xəttə məlumatlar daxil olacaq. Cəmiyyətin birlik və xidmətlərinə, hazırda eləcə də beynəlxalq istiqamətdə hərəkətdə olan sərnişin qatarlarının heyətlərinə teleqraf-göstərişi verilib.
Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 31.07.2009 | Автор: Vasif SÜLEYMAN

A(H1N1) VİRUSU TƏHLÜKƏSİNİN QARŞISINI ALMAQ ÜÇÜN QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR

          A(H1N1) virusunun yayılması dünya mediasının diqqət mərkəzindədir. Son vaxtlar, demək olar ki, dünyanın müxtəlif ölkələrində bu virusun daşıyıcılarının sayının artması Ümumdünya Səhiyyə Təşkilatını ciddi rejimdə işləməyə vadar edib. Demək olar ki, bu xoşagəlməz statistka hər gün dəyişir və ondan əziyyətçəkən ölkələrin sayı durmadan artır.
         Azərbaycan bu virusdan əziyyət çəkməyən ölkələr sırasında olmasına baxmayaraq, ondan qorunmaq üçün genişhəcmli işlər görülür. Səhiyyə Nazirliyi əhali arasında maarifləndirmə işini genişləndirmək üçün bütün imkanları səfərbər edib.
 
        Oxuculara yaxşı məlumdur ki, belə situasiyalar yarananda, hər yerdə olduğu kimi, dəmir yolu ərazisində və xüsusilə də sərnişin qatarlarında xəstəliklərin qarşısını almaq üçün müvafiq əksepidik və profilaktik tədbirlər planı hazırlanıb həyata keçirilir. A(H1N1) virusunun müxtəlif ölkələrdə yayılması indi bütün bəşəriyyəti narahat edən məsələdir. Ona görə də istənilən halda bu virusdan əziyyət çəkməyən ölkələrdə də güclü profilaktik tədbirlər aparılır.
 
        Bilirsiniz ki, belə hallarda dəmir yolunun Həkim-Sanitar Xidməti, sanitar orqanları həmişə qabaqlayıcı tədbirlər görürlər. Yenə də fəaliyyətsiz qalmamışıq. Çünki dəmir yolunun xidmətlərindən minlərlə sərnişin istifadə edir. Ona görə də həmişə olduğu kimi, yenə də insanlar arasında maarifləndirmə işlərinin aparılmasına daha çox üstünlük vermişik. Çünki belə hallarda əhalinin maarifləndirilməsi və şəxsi gigiyena qaydalarına riayət edilməsi ən mühüm amillərdən hesab olunur. Yol rəisi Arif Əsgərovun müvafiq sərəncamı ilə aparılacaq kompleks işlər haqqında tədbirlər planı hazırlanmış və Yolun baş mühəndisi Qurban Nəzirovun rəhbərliyi ilə həyata keçirilməsi davam edir.
 
        Tədbirlər proqramına əsasən sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır, dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır, ADDY Taun Əleyhinə stansiyada profilaktik preparatların, dezinfeksiya maddələrinin, fərdi qoruyucu vasitələrinin ehtiyatı yaradılır ki, lazım olanda istifadə edilsin, dəmir yolu sərhəd-keçid məntəqələrində fəaliyyət göstərmək üçün, lazım olan anda sərnişin qatarlarının ölkə ərazisində müşayiət etmək üçün tibb briqadaları yaradılıb, sərnişin qatarında çalışan briqadalar arasında yol boyu A (H1N1) virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin aparılması barədə təlimatlar aparılır.

            Azərbaycan Dövlət Dəmir Yolunun
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 24.07.2009 | Автор: Nadir Əzməmmədov

MİLLİ QURTULUŞ GÜNÜNDƏ GƏNCƏ ŞƏHƏR BİLET KASSASINDA AVTOMATLAŞDIRILMIŞ BİLET SATIŞI SİSTEMİ TƏTBİQ EDİLMİŞDİR

          Azərbaycan Dövlət Dəmir Yolunun  Sərnişin Daşıma İstehsalat Birliyi tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar davam edir. Dəmir yolunun xidmətlərindən istifadə edənlərin, son illər ərzində sayının xüsusilə artması xidmət mədəniyyətinin daha da yüksəldilməsini tələb edir. Vətəndaşlarımızın dəmir yoluna olan inamını gücləndirmək üçün bu, çox önəmlidir. Azərbaycan Dövlət Dəmir Yolunun Sərnişin Daşıma İstehsalat Birliyi 15 iyun – Milli Qurtuluş Günü Gəncə şəhərinin sakinlərinə daha bir hədiyyə etmişdir. Belə ki, vətəndaşların sərnişin qatarlarına bilet almaq imkanlarını yaxşılaşdırmaq,  onlara göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək və dəmir yolunda avtomatlaşdırılmış bilet satışı sisteminin gücləndirilməsi məqsədilə 15 iyun 2009-cu ildən Gəncə şəhər bilet kassasında sərnişin qatarlarına avtomatlaşdırılmış bilet satışı sistemi tətbiq edilmişdir.
 
         Bu məqsədlə keçirilən təntənəli mərasimdə SDİB-nin maliyyə-iqtisad şöbəsinin rəisi Cabbar Camalov çıxış etdi. O, bildirdi ki, bugünkü həyatımızda əldə edilən nə varsa, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın müsbət və ali keyfiyyətlərini özündə təcəssüm etdirən xalqın qeyrətli oğlu, ümummilli liderimiz Heydər Əliyev şəxsi iradəsi, ölçüyəgəlməz qeyri-adi fitri istedadı, fenomenal qabiliyyəti, yorulmaq bilməyən zəhmətsevərliyi nəticəsində millətin öndərinə çevrilmişdir.
 
         Əməli işləri ilə Azərbaycanın layiqli adını, millətin şərəfini və ləyaqətini özünə qaytarmış Heydər Əliyev hələ sağlığında ikən nurlu və mənalı ömrünü qızıl hərflərlə nəsillərin qan yaddaşına yazmış, xalqımızın qəlbində müstəqilliyimizin əbədiliyinə parlaq işıq yandırmış, inkişaf və tərəqqi üçün əsas şərt olan əmin-amanlığı təmin etmişdir.
 
         Üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürən Heydər Əliyev Azərbaycanı dünyanın xəritəsindən silinmək təhlükəsindən, ölkəmizi xaos və hərc-mərclikdən qurtardı. Ölkədaxili təlatüm və çəkişməyə son qoydu. Bir sözlə, özünün şah əsəri olan müstəqil Azərbaycanı yaratdı.
 
         Ümummilli liderin zəngin siyasi təcrübəsi, uzaqgörənliyi, dəyanəti və rəşadəti sayəsində ictimai həyatın bütün istiqamətləri üzrə mühüm dəyişikliklər baş verdi. Bazar iqtisadiyyatına keçid sürətləndi. İnsanlara ümid verdi. Müdrik rəhbərimizin başçılıq etdiyi Azərbaycan regionda sülh və əmin-amanlığın qorunması uğrunda mübarizə aparan dövlətə çevrildi. Bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasına səbəb oldu.
 
         Heydər Əliyevin Azərbaycana, onun rəhbərliyinə yenidən qayıdışı xalqın qurtuluşu idi. 9 iyun 1993-cü ildə saat 15:00-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev xalqın ardıcıl təkidlərindən sonra ölkənin paytaxtına gəldi. Və elə həmin gündən başlayaraq ictimai-siyasi vəziyyəti dərindən öyrəndi, təhlillər apardı, vəziyyətin sabitləşməsinə dair danışıqlara başladı. Cəmi dörd gündən sonra o, vahid komadanlığa itaətsizlik göstərərək qiyama qalxmış “N” hərbi hissənin başında duran Surət Hüseynovla, habelə Gəncə ağsaqqalları ilə görüşərək tezliklə vəziyyətin sabitləşməsinə nail oldu. 15 iyunda keçirilən iclasda Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin günkü çıxışda o, üzünü xalqa tutaraq dedi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifə hesab edirəm. Heç kəsdə şübhə olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda oluramsa-olum, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəm…”
 
         Çox keçmədi ki, 1993-cü ilin 3 oktyabrında keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, Heydər Əliyev Azərbaycan Prezidenti kimi mübarizəsinin yeni mərhələsinə qədəm qoydu. Bunun nəticəsində hərc-mərcliyə son qoyuldu. 1994-cü ilin avqust ayının 11-də isə atəşkəs imzalandı. Qarabağ probleminin həlli istiqamətində ciddi addımlar atıldı. Bunlar H.Əliyevin siyasi iradəsi hesabına başa gəldi.
 
         Artıq ölkə daxilində əhalinin sosial rifahı yaxşılaşır, iqtisadiyyatın inkişafına sərmayələr qoyulur, xarici investorlar Azərbaycana cəlb edilirdi. Bütün bunların reallaşması ağır zəhmətlər hesabına başa gəlib.
 
         Heydər Əliyev azərbaycançılığı bir ideologiya olaraq irəli sürməklə, ölkənin dağılması, ərazisinin etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını almaq vəzifəsini həll etdi. Bu, onun çox böyük vətəndaş hünəri idi və şübhəsiz aktual milli vəzifələrin həlli üçün bütün dünya azərbaycanlılarının öz vətənləri olan Azərbaycan ətrafında birləşməsinə töhfəsini verəcəkdir.
 
         Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin zəngin irsi XX əsrin müstəqil dövləti kimi Azərbaycanın gələcək inkişaf və tərəqqi yolunu müəyyən edən etibarlı səmt göstəricisidir və daim belə olacaqdır.
 
         Heydər Əliyevin qurduğu dövlət Aristotelin məşhur “Dövlət ancaq yaşamaq naminə deyil, əsasən xoşbəxt yaşamaq üçün yaradılır”–kəlamındakı ideyanı reallaşdırır. Yeni ictimai-siyasi formasiyaya keçid şəraitində, sabitliyin, təhlükəsizliyin tam bərqərar olmadığı mühitdə vətəndaşların, ona etimad göstərən insanların,–bir sözlə, xalqın xoşbəxt yaşamasının qayğısına qalaraq, Heydər Əliyev Azərbaycanın zəngin ehtiyatlarını bu məqsədlə səfərbər etməyi qərara aldı.
 
         Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində–istər əvvəlki hakimiyyəti dövründə, istərsə də ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti dövlətin inkişafına, xalqın rifah halının yüksəlməsinə və onların sivil qaydalarla yaşam tərzinin formalaşdırılmasına xidmət etmişdir.
 
         Heydər Əliyevin qəbul etdiyi hər bir qərar, atdığı hər bir addım, dediyi hər bir söz konkret tarixi şəraitdəki gerçəkliklərə kompleks yanaşmanın məhsulu olub, həm siyasi, həm iqtisadi, həm mənəvi, həm də tarixi təhlildən sonra gəlinən nəticəyə zəka aydınlığı ilə verilən qiymətdir. Təbii ki, belə bir dəyərləndirmənin nəticəsi olaraq ortaya çıxmış qərarlar, atılmış addımlar, deyilmiş sözlər mütləq mənada doğru, faydalı, səmərəli olur. Bu cür qərarlar qəbul edib, ən doğru yolu seçmək isə yalnız müdrik insanların nəsibidir. Çünki, müdrik insanlar nə əlahiddə şəkildə nəzəriyyəyə, nə də mütləq mənada əməli fəaliyyətə əsaslanırlar, konkret işlər görürlər.
 
         Tarix boyu Azərbaycanın başına olmazın müsibətlər gəlmişdir. Dəfələrlə doğma torpaqlarımız ayrı-ayrı dövlətlər tərəfindən təcavüzə məruz qalmış, istila edilmişdir. Lakin hər dəfə xalqımız özündə qüdrət tapmış, dirçəlmişdir. Cavanşir, Babək, Xətai… Bəli, onların hər biri tariximizdə böyük şəxsiyyətlər, qəhrəmanlar kimi qalmışlar. XX əsrin Azərbaycana bəxş etdiyi şəxsiyyət Heydər Əlirza oğlu Əliyev olmuşdur. Bu şəxsiyyətin gördüyü işlərin miqyasını bu gün ölçmək o qədər də asan deyil. Göz qabağında olan adətən adi görünür. Lakin illər, qərinələr ötdükcə miqyası böyüyür, möhtəşəmləşir. Bu möhtəşəmliyin miqyasını isə bu gün ölkə prezidenti, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev daha da artırır, genişləndirir. Məqsədi də dahi və fenomen şəxsiyyətin–Heydər Əliyevin başa çatdıra bilmədiyi arzularını həyata keçirmək, xalqın yaddaşında onun əməllərini yaşatmaqdır. Belə bir şərəfli və məsuliyyətli vəzifənin həyata keçirilməsi hər bir rəhbərdən böyük səriştə, bilik, savad, təcrübə tələb edir. Bu keyfiyyətlərin hamısı gənc prezidentimiz, Heydər Əliyev məktəbinin layiqli davamçısı cənab İlham Əliyevdə cəmləşib. O, müstəqil Azərbaycanı, xalqımızı işıqlı gələcəyə doğru aparmaqdadır. Bu yolda ona daha böyük uğurlar arzulayırıq.
 
         Məhz dəmir yolu da yuxarıda qeyd etdiyim kimi 90-cı illəri əvvəlinə tamamailə tənazülə uğramışdır. O zamanlar respublikadan kənara hərəkət edən yük və sərnişin qatarlarının hərəkəti tam dayandırılmışıdı. Dəmir yolunda xaos hökm sürürdü. Dəmirolçuar da artıq belə yaşamaqdan və işləməkdən bezmişdirlər və ancaq Heydər Əliyevin yenidən respublikaya siyasi rəhbərliyə qayıtmasında öz nicatlarını görürdülər. Belə də oldu və Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Dövlət Dəmir Yoluna əsil dəmiryolçu, islahatçı, yüksək idarəetmə bacarığı, dəmir yol iqtisadiyyatının bilicisi və qurucusu Z.Məmmədovun rəis təyin olunmasından sonra geniş imkanlar və işlərə başlandı. Respublikadan kənara hərəkət edən sərnişin və yük qatarlarının hərəkəti bərpa edildi.
 
         İlk əvvəl hərəkəti tam dayandırılmış Şimal istiqamətinə hərəkət edən sərnişin qatarlarının bərpası üzərində işlər aparılmış və əvvəlcə 1996-cı ilin oktyabr ayında «Bakı-Mahaçkala» sərnişin qatarının hərəkəti bərpa edilmişdir. 1997-ci ilin may ayından etibarən Bakıdan Moskva, Kiyev şəhərlərinə və sonradan isə Rostov, Xarkov, Həştərxan, Sverdlovsk, Sankt Peterburq, Novosibirsk, Voronej, Tümen, Ulyanovsk, Simferopol, Odessa, Lvov, Samara, Çelyabinsk, Kislovodsk, İjevsk, Kazan, Saransk şəhərlərinə hərəkət edən sərnişin qatarları və qoşma vaqonlar təyin edilmiş, yeni sərnişin vağzalları və platformalar tikilib istifadəyə verilmişdir.
 
         1999-cu ilin oktyabrında yüksək standartlara cavab verən Bakı-Gəncə, 2002-ci ilin mart ayında Bakı-Mingəçevir, 2003-cü ili aprel ayında Bakı-Dərbənd və sentyabr ayında Bakı-Astara «Ekspress» qatarları respulikamızın vətəndaşlarının ixtiyarına verilmişdir. Yalama, Dəvəçi, Astara, Mingəçevir, Yevlax, Gəncə, Ağstafa, Böyük Kəsik, Ucar, Lökbatan, Kürdəmir, Bakı-sərnişin stansiyalarında tam yenidənqurma işləri aparılmışdır.
 
         1997-ci ildə Bakı-sərnişin vağzalında bilet satışının kompüterləşməsi reallaşmışdır. 1999-cu ilin sentyabr ayında Gəncə vağzalında, 2005-ci ilin iyul ayında Biləcəri stansiyasında, 2007-ci ildə Sumqayıt və Mərdəkan stansiyalarında, 2008-ci iln may ayında Lökbatan dayanacağında, 2009-cu ildən isə Dəvəçi, Xaçmaz, Xudat, Yalama stansiyalarında bilet satış tam kompüterləşdirilmişdir. Bu da qatarlarına boş yerlə getməsinin qarşısını alır və əldə olunan gəlirə nəzarəti artırır və neqativ hallara yol verilməməsinin qarşısını alır. Artıq bilet kassiri və ya digər rəhbər işçi tərəfindən yerlərin ehtiyyatda saxlanılmasına yol verilmir.
 
         Bu gün Gəncə şəhər bilet kassasında sərnişin qatarlarına avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiqi də bu proseslərin davamıdır. Sərnişinlər eyni zamanda artıq geriyə qayıdış və ya digər istiqamətdə gediş bileti alm aq üçün gedib Bakı şəhərində bilet kassasının qarşısında növbədə dayanmaq lazım gəlməyəcəkdir. Artıq Gəncədən Bakıya getmədən belə bir bileti almaq imkanı olacaqdır.
 
         Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadov, DPİB rəisinin qərb istiqaməti üzrə müavini Füzuli Kərimov və digərləri də öz çıxışlarında Milli Qurtuluş Günündə Gəncə şəhər bilet kassasında sərnişin qatarlarına avtomatlaşdırılmış bilet satışı sisteminin əsl bayram hədiyyəsi olduğunu bildirdilər.
 
         Sonra ilk sərnişinlərə Gəncədən Bakıya və əks istiqamətə, eləcə də müxtəlif istiqamətlərə biletlər satıldı.

            Yazdı: Vasif SÜLEYMAN

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 16.06.2009 | Автор: Vasif SÜLEYMAN

HƏMKARLAR TƏŞKİLATLARI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR

          8-9 iyun 2009-cu il tarixdə Moskva şəhərində Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxlaq Konfederasiya Şurasının növbəti XXXV iclası keçiriləcək. Tədbirdə iclaslaraası dövr ərzində görülən işlər, qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək.
 
         Digər bir tədbir iyunun 10-dan 16-dək isə Çexiya dəmiryolçularının Həmkarlar İttifaqının təcrübəsinin öyrənilməsi üçün Praqa şəhərində keçiriləcək. Hər iki tədbirdə ölkəmizi Azərbaycan Dəmiryolçulranın Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, təşkilat şöbəsinin müdiri Samir Böyükzadə və «Lokomotiv» İstehsalat Birliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Niyaz İsayılovdan ibarət nümayəndə heyəti təmsil edəcək.

            Azərbaycan Dövlət Dəmir Yolunun
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 08.06.2009 | Автор: Nadir Əzməmmədov

DYƏT NAZİRLƏR MÜŞAVİRƏSİNİN XXXVII SESSİYASI

          Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) Nazirlər Müşavirəsinin XXXVII sessiyası 2-5 iyun 2009-cu ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilir.

          Sessiyada aşağıdakı məsələlər müzakirə olunacaq:

  • 2008-ci il ərzində DYƏT-in fəaliyyəti haqqında;
  • 2008-ci il ərzində DYƏT-in təftiş komissiyasının hesabatı;
  • DYƏT-in əsaslandırma sənədlərinin təkmilləşirilməsi üzrə müvəqqəti içi qrupunun işi haqqında;
  • DYƏT-in Nizamnaməsi və digər əsas sənədlərinin Layihəsi haqqında;
  • Sərnişin daşınmanın təftişi üzrə Müvəqqəti işçi qrupunun fəaliyyəti haqqında;
  • Yük daşınmalarının təftişi üzrə Müvəqqəti işçi qrupunun fəaliyyəti haqqında;
  • 2010-cu və növbəti illər üçün DYƏT-in fəaliyyət proqramı haqqında;
  • DYƏT üzvlərinin üzvlük haqları üzrə borcu haqqında;
  • DYƏT Komitəsinin büdcəsi (2009-cu il üçün son, 2010-cu il üçün təqribi);
  • DYƏT Komitəsinin məkanı haqqında;
  • DYƏT Nazirlər Müşavirəsinin XXXVIII sessiyasının keçirilmə tarixi,yeri və gündəliyi layihəsi haqqında.

          Tədbirdə Azərbaycan Dövlət Dəmir Yolunun baş mühəndisi Qurban Nəzirovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

            Azərbaycan Dövlət Dəmir Yolunun
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

   YADDAŞ ÜÇÜN:

  • Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində yaradılmışdır. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.
  • DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın digər formada iştirak etməsi də mümkündür.
  • DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.
  • DYƏT-in işçi orqanları Komissiyalar, bundan başqa DYƏT-in daimi işçi qrupları da vardır.
  • Azərbaycan Dövlət Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) üzvüdür.
Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 04.06.2009 | Автор: Nadir Əzməmmədov

1-10 11-20 21-24
Пятница, 19.04.2024, 20:37
Search / Поиск
Frequency used key
ВЛ11м-462 ВЛ11м-275 ВЛ11к ВЛ11к-101 ВЛ11 ВЛ11-268 ВЛ11-371 TЭM2-7286 Э2М62у Э2М62у-0158 E4s-345 ВЛ10у ЭР2-1288 ВЛ8-1677 ВЛ11м-365 ВЛ11м-274 ЭР2-940 ТЭМ2у ЭР2-3038 ВЛ11м4 ВЛ11м-350 ВЛ11м4-467 ВЛ8-1499 ВЛ11м-332 ТЭМ2-3223 ТЭМ2-6086 ВЛ8 ВЛ8-1320 ВЛ11м-262 ТЭМ2т ТЭМ2т-027 ВЛ8-1253 ЭР2-942 ВЛ11м-456 ВЛ8-1590 ВЛ23-151 ВЛ8-468 ЭР2-1298 ТЭМ2-8042 ВЛ8-1374 ЭР2-1296 ЭР2-1297 ВЛ8-237 ВЛ8-1125 ВЛ8-1312 E4s-277 ТЭМ2 ТЭМ2-8189 ВЛ11м ВЛ11м-286 ВЛ11м-367 ВЛ8-168 ТЭМ2-6400 ВЛ11м4-465 ТЭМ2-5501 ВЛ11м-463 ТЭМ2у-9016 ТГМ4 ТГМ4-2853 2ТЭ10м 2ТЭ10м-3407 ВЛ11м-461 ВЛ23-176 эр2 ВЛ8-1295 Л-2033 ВЛ10у-1031 ВЛ11м-334 ВЛ11м-362 ВЛ8-1114 ТЭМ2-6691 ВЛ11м-273 ВЛ11м-370 ВЛ11м-351 ТЭМ2-2133 ВЛ23 ТГМ4а ТГМ4а-2669 ВЛ8-548 ВЛ8-1239 ТГМ23 ТГМ23-2165 ТЭМ2-7561 ВЛ11м-353 ВЛ11м-369 E4s E4s-333 E4s-333B E4s-333A ТЭМ2-2519 ВЛ11м-331 ЭР2-3046 ЭР2-3052 ТЭМ2м ТЭМ2м-046 ВЛ11м-326 ВЛ11м-464 ТЭМ2-2900 ЭР2-1201 Природа Набрани с железной дороги
RSS News
Et cetera
Cogito ergo sum...

ASRR
RWC
Виртуальные Российские Железные дороги. Мультиплееры МСТС
Internet Map


Our button / Наша кнопка (88х31)


© information
ASRRGlobal, 2009-2024.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).