Menu / Меню

RFCFTS
RFCFTS Doc's  List
|



Powered by
Wikipedia and ASRRGlobal Team.
RFCFTS Manager is
ASRRGlobal Team.
Language support

SITESELF

English

Germany

Ukraine

Byelorussia

France

Lithuania

Latvia

Estonia

Czech

Spain

Poland

Italy

Norway

Hungary

powered by Google
Last incoming
Stats / Статистика
Главная » 2010 » Май » 14
Официальные новости ЗАО "АЖД" [24]
Официальные новости ЗАО "АЖД", официально объявленные работниками ЗАО "АЖД".
Особые новости [11]
Особые новости повышенной важности.
Новости RFCFTS [5]
Новости документов RFCFTS, включая информацию об изменениях и дополнениях.
Неофициальные новости ЗАО "АЖД" [3]
Неофициальные новости ЗАО "АЖД" от ASRRGlobal Team.
Официальные новости проекта ADDY: Animated Legends [10]
Официальные новости о ходе строительства маршрута ADDY: Animated Legends (ADDY_958); информация, скриншоты, планы, сообщения, объявления и прочее.

«DƏMİR YOLU TİCARƏTİNİN VƏ NƏQLİYYATININ DƏSTƏKLƏNMƏSİ LAYİHƏSİ» ÜZRƏ TENDER KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
          Ötən həftə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi» üzrə Tender Komissiyasının iclası keçirilmişdir.
          Tədbiri giriş sözü ilə Tender Komissiyasının sədri, Nəqliyyat Nazirliyinin Maliyyə və Kredit şöbəsinin müdiri Faiq Ələkbərov açdı. O, bildirdi ki, gündəlikdə aşağıdakı məsələ durur: «Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi» çərçivəsində Bakı-Böyük-Kəsik dəhlizi boyu enerji təchizatının əvəz edilməsi, işarəvermə sisteminin yenilənməsi və lokomotivlərin alınması xidmətləri ilə bağlı məsləhətçi şirkətin cəlb edilməsi məqsədi ilə təkliflər sorğusu proseduru üzrə təqdim olunmuş texniki təkliflərin açılışı».
addy_n_14510.jpg
          F. Ələkbərov layihə haqqında məlumat verərək bildirdi ki, təkliflərin təqdim edilməsi üçün ilkin olaraq son tarix 15 aprel 2010-cu il Bakı vaxtı ilə saat 15:00-a qədər nəzərdə tutulmuş, lakin iştirakçıların xahişi ilə son tarix uzadılmış və 3 may 2010-cu il Bakı vaxtı ilə saat 15:00-a təyin olunmuşdur. Keyfiyyət və dəyər əsasında seçimə əsaslanan tender proseduru üzrə texniki və maliyyə təklifləri təqdim etmiş iddiaçıların texniki təkliflərin təqdim edilməsi üçün təyin olunmuş son vaxt bitdikdən dərhal sonra, maliyyə təklifləri isə yalnız texniki cəhətdən qiymətləndirmə başa çatdıqdan və tələb olunan minimum 70 bal toplamış iddiaçıların maliyyə təklifləri Dünya Bankının xüsusi razılığından sonra açılır.
          Komissiya sədri bildirdi ki, bu layihədə iştirak etmək üçün 14 ölkədən 20 şirkət öz maraqlarını ifadə etmişdir. Dünya Bankının meyarlarına uyğun olan 6 iddiaçı şirkətə təkliflər sorğusu prosedurunda iştirak etmək üçün dəvətnamələr göndərilmişdir. Bir şirkət məktubla müraciət edərək öz təkliflərini göndərməkdən imtina etmişdir.
          Sonra layihənin meneceri Fərrux Heybətov təqdim olunan texniki təklifləri iştirakçılara təqdim etdi və müvafiq olaraq «Qısa siyahı»ya daxil edilmiş təkliflər daxil olduğu ardıcıllıqla açılaraq hər bir iddiaçının adı, ölkəsi və təqdim etdiyi dəstlərin sayı elan olundu: EGİS BCEOM İnternational (Fransa) - EGİS Rail (Fransa); Italferr S.p.A (Italiya) – Lengiprotrans JSC (Rusiya) - SGI S.p.A (Italiya) – ICON Int. (Türkiyə) – Consulint S.p.A (İtaliya); Korea Rail Network Authority (Koreya) Chungsuk Engineering Co.Ltd. (Koreya) – Pyungwa Engineering Consultants Ltd. (Koreya) – Seoyeong Engineering Co.Ltd. (Koreya); İDOM ingeniera y S.A. (İspaniya) – WYG (İngiltərə) – Ardanuy İngeneriya S.A. (İspaniya) – İnnova Construction & Contracting MMC (İspaniya)- AZTRANREIL MMC (Azərbaycan); Kaspi-EL (Azərbaycan) – KwangMyung Electric Co.LTD (Koreya) – "EMH Electro Mechanic service Ltd” (Türkiyə) – "Sibgiproptans”JSC (Rusiya) – "Niiefa Energo” LLC (Rusiya) – "Energoatomengineering” CJSC (Rusiya) – "Lenpromtrasproekt” JSC (Rusiya).
          Tender Komissiyasının sədr müavini, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, Qurban Nəzirov çıxış edərək öz fikir və mülahizələrini bildirdi.
          Sonda texniki təkliflərin açılışında iştirak edən Tender Komissiyasının sədri, Nəqliyyat Nazirliyinin Maliyyə və Kredit şöbəsinin müdiri Faiq Ələkbərov, Tender Komissiyasının sədr müavini, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, Qurban Nəzirov, Komissiyanın üzvləri - Nəqliyyat Nazirliyinin Maliyyə və Kredit şöbəsinin müdir müavini İlham Daşdəmirov, İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsinin müdir müavini Əli Hacıyev, Maliyyə Nazirliyinin İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin sektor müdiri Azər Məmmədli, Nəqliyyat Nazirliyinin Maliyyə və Kredit şöbəsinin sektor müdiri Arif Əbdüləzizov, Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdir müavini Fərman Səfərov, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları Departamentinin baş mühəndisi Nəriman Nağıyev tender təkliflərinə dair elan olunan məlumatları əks etdirən protokolu imzaladılar.
         
         
Vasif SÜLEYMAN
         
Ziya ZAKİROĞLU (foto)
Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 14.05.2010 | Автор: Vasif SÜLEYMAN

«AZƏRBAYCAN DƏMİR YOLLARI» QSC SERBİYANIN KRALYEVO VAQONQAYIRMA ZAVODUNUN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ İKİTƏRƏFLİ GÖRÜŞ KEÇİRİLMİŞDİR
          «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində Serbiyanın Kralyevo Vaqonqayırma Zavodunun nümayəndələri ilə ikitərəfli görüş keçirilmişdir. Görüşdə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov qonaqlara dəmir yolunda aparılan islahatlar, əldə olunan nəticələr, beynəlxalq nəqliyyat layihələrində iştirak barədə geniş məlumat vermişdir.
addy_n_13510.jpg
          Kralyevo Vaqonqayırma Zavodunda keyfiyyətinə görə dünya standartlarına cavab verən enerji daşıyıcı vasitəsi olan vaqon və sisternlər istehsal edilir.
          Fikir mübadiləsi zamanı qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Serbiyanın Kralyevo Vaqonqayırma Zavodunun baş direktorunun vəzifəsini icra edən Voşko Slavkoviç, «QOŞA» dəmir yolu zavodunun satış üzrə meneceri Uros Vljiç çıxış edərək rəhbərlik etdikləri vaqonqayırma zavodlarında istehsal olunan müxtəlif təmayüllü vaqonlar haqqında geniş məlumat verdilər.
          Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Azərbaycanla Serbiya arasındakı mövcud əlaqələrdən, bu əlaqələrin daha da genişləndirilməsi istiqamətdə hər iki ölkə başçısının gördüyü böyük işlərdən danışdı.

          «Azərbaycan Dəmir Yolları»
          Qapalı Səhmdar Cəmiyyətinin
          Mətbuat Xidmətinin rəisi  Nadir Əzməmmədov
Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 14.05.2010 | Автор: Nadir Əzməmmədov

Пятница, 03.05.2024, 04:16
Search / Поиск
Frequency used key
ВЛ11м-462 ВЛ11м-275 ВЛ11к ВЛ11к-101 ВЛ11 ВЛ11-268 ВЛ11-371 TЭM2-7286 Э2М62у Э2М62у-0158 E4s-345 ВЛ10у ЭР2-1288 ВЛ8-1677 ВЛ11м-365 ВЛ11м-274 ЭР2-940 ТЭМ2у ЭР2-3038 ВЛ11м4 ВЛ11м-350 ВЛ11м4-467 ВЛ8-1499 ВЛ11м-332 ТЭМ2-3223 ТЭМ2-6086 ВЛ8 ВЛ8-1320 ВЛ11м-262 ТЭМ2т ТЭМ2т-027 ВЛ8-1253 ЭР2-942 ВЛ11м-456 ВЛ8-1590 ВЛ23-151 ВЛ8-468 ЭР2-1298 ТЭМ2-8042 ВЛ8-1374 ЭР2-1296 ЭР2-1297 ВЛ8-237 ВЛ8-1125 ВЛ8-1312 E4s-277 ТЭМ2 ТЭМ2-8189 ВЛ11м ВЛ11м-286 ВЛ11м-367 ВЛ8-168 ТЭМ2-6400 ВЛ11м4-465 ТЭМ2-5501 ВЛ11м-463 ТЭМ2у-9016 ТГМ4 ТГМ4-2853 2ТЭ10м 2ТЭ10м-3407 ВЛ11м-461 ВЛ23-176 эр2 ВЛ8-1295 Л-2033 ВЛ10у-1031 ВЛ11м-334 ВЛ11м-362 ВЛ8-1114 ТЭМ2-6691 ВЛ11м-273 ВЛ11м-370 ВЛ11м-351 ТЭМ2-2133 ВЛ23 ТГМ4а ТГМ4а-2669 ВЛ8-548 ВЛ8-1239 ТГМ23 ТГМ23-2165 ТЭМ2-7561 ВЛ11м-353 ВЛ11м-369 E4s E4s-333 E4s-333B E4s-333A ТЭМ2-2519 ВЛ11м-331 ЭР2-3046 ЭР2-3052 ТЭМ2м ТЭМ2м-046 ВЛ11м-326 ВЛ11м-464 ТЭМ2-2900 ЭР2-1201 Природа Набрани с железной дороги
RSS News
Et cetera
Cogito ergo sum...

ASRR
RWC
Виртуальные Российские Железные дороги. Мультиплееры МСТС
Internet Map


Our button / Наша кнопка (88х31)


© information
ASRRGlobal, 2009-2024.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).