Menu / Меню

RFCFTS
RFCFTS Doc's  List
|



Powered by
Wikipedia and ASRRGlobal Team.
RFCFTS Manager is
ASRRGlobal Team.
Language support

SITESELF

English

Germany

Ukraine

Byelorussia

France

Lithuania

Latvia

Estonia

Czech

Spain

Poland

Italy

Norway

Hungary

powered by Google
Last incoming
Stats / Статистика
Главная » 2010 » Февраль » 24
Официальные новости ЗАО "АЖД" [24]
Официальные новости ЗАО "АЖД", официально объявленные работниками ЗАО "АЖД".
Особые новости [11]
Особые новости повышенной важности.
Новости RFCFTS [5]
Новости документов RFCFTS, включая информацию об изменениях и дополнениях.
Неофициальные новости ЗАО "АЖД" [3]
Неофициальные новости ЗАО "АЖД" от ASRRGlobal Team.
Официальные новости проекта ADDY: Animated Legends [10]
Официальные новости о ходе строительства маршрута ADDY: Animated Legends (ADDY_958); информация, скриншоты, планы, сообщения, объявления и прочее.

"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC MÜƏSSİSƏLƏRİ ARASINDA "SAĞLAM ƏTRAF MÜHİT, TƏMİZ HAVA, TƏMİZ SU" MÜSABİQƏSİNƏ START VERİLDİ
          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili” elan edilmişdir. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə böyük diqqət və qayğı göstərən dövlət başçısının bu təklifi ilə respublikamızda çox əhəmiyyətli genişmiqyaslı aksiya başlanmışdır.
          Dövlət Başçısının bu təşəbbüsünü dəstəkləyərək, dəmir yolu nəqliyyatında ətraf mühitin qorunması istiqamətində məqsədyönlü işlərin görülməsi, təsərrüfatların fəaliyyəti nəticəsində əmələ gələn tullantıların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazılığın təmin olunması, bu sahə ilə bağlı vəziyyətin mütəmadi olaraq öyrənilməsi və yaxşılaşdırılması, dəmir yolu ərazisində aparılan abadlıq və yaşıllaşdırma işlərinin gücləndirilməsi və bunun üçün qanunvericiliklə müəyyən edilmiş qaydada iqtisadi həvəsləndirmənin və tullantılarla əlaqədar iqtisadi stimullaşdırmanın tətbiqilə əlaqədar, səmərəli fəaliyyət göstərən və yüksək nailiyyətləri ilə fərqlənən müəssisələrin əməyinin qiymətləndirilməsi məqsədilə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov «Sağlam ətraf mühit, təmiz hava, təmiz su” müsabiqəsinin keçirilməsi haqqında» əmr imzalamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ”Ekologiya İli” elan olunmuş 2010-cu il üçün "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin olunmasına dair Tədbirlər Proqramını təsdiq etmişdir.
          "Sağlam ekoloji mühit, təmiz hava, təmiz su” müsabiqəsinin keçirilməsinin təşkili və təmini və həmin müsabiqənin nəticələrinə görə təsis edilmiş mükafatların təltif edilməsi üçün «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun rəhbərliyi ilə Komissiya yaradılıb.
          Tədbirlər proqramına əsasən yerlərdə, ətraf mühitin qorunub mühafizə edilməsi istiqamətində görülən işlərin səmərəliliyin təmin edilməsi, vəziyyətinin öyrənilməsi və bu məqsədlə müvafiq işlərin aparılması, müəssisə ərazilərinin ekoloji və sanitar- gigiyena tələblərinə cavab verməsinin müəyyənləşdirilməsi, abadlaşdırma və yaşıllaşdırma sahəsində görülən işlərə nəzər yetirməklə vaxtaşırı baxışlarin keçirilməsi, " Sağlam ekoloji mühit, təmiz hava, təmiz su” müsabiqəsinin ədalətli keçirilməsini və nominantların ən layiqlilərinin seçilməsini təmin edərək, Komissiyanın iclas protokolu əsasında müsabiqənin qaliblərini təyin etmək və onlarin, tutduqları yerlərə görə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində təntənəli surətdə mükafatların təqdim olunması nəzərdə tutulur.
          Müsabiqədə qalib gəlmiş müəssisələr üçün aşağıdakı yerlər və mükafatlar təsis edilib:
          I - yer üçün - Fəxri Fərman və 1000 manat məbləğində pul mükafatı;
          II - yer üçün - Fəxri Fərman və 500 manat məbləğində pul mükafatı;
          III - yer üçün - Fəxri Fərman və 300 manat məbləğində pul mükafatı.
          "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müəssisələri arasında keçirilən «Sağlam ətraf mühit, təmiz hava, təmiz su” müsabiqəsinə dekabr ayında yekun vurulacaq.
         
          «Azərbaycan Dəmir Yolları»
          Qapalı Səhmdar Cəmiyyətinin
          Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 24.02.2010 | Автор: Nadir Əzməmmədov

Пятница, 03.05.2024, 03:42
Search / Поиск
Frequency used key
ВЛ11м-462 ВЛ11м-275 ВЛ11к ВЛ11к-101 ВЛ11 ВЛ11-268 ВЛ11-371 TЭM2-7286 Э2М62у Э2М62у-0158 E4s-345 ВЛ10у ЭР2-1288 ВЛ8-1677 ВЛ11м-365 ВЛ11м-274 ЭР2-940 ТЭМ2у ЭР2-3038 ВЛ11м4 ВЛ11м-350 ВЛ11м4-467 ВЛ8-1499 ВЛ11м-332 ТЭМ2-3223 ТЭМ2-6086 ВЛ8 ВЛ8-1320 ВЛ11м-262 ТЭМ2т ТЭМ2т-027 ВЛ8-1253 ЭР2-942 ВЛ11м-456 ВЛ8-1590 ВЛ23-151 ВЛ8-468 ЭР2-1298 ТЭМ2-8042 ВЛ8-1374 ЭР2-1296 ЭР2-1297 ВЛ8-237 ВЛ8-1125 ВЛ8-1312 E4s-277 ТЭМ2 ТЭМ2-8189 ВЛ11м ВЛ11м-286 ВЛ11м-367 ВЛ8-168 ТЭМ2-6400 ВЛ11м4-465 ТЭМ2-5501 ВЛ11м-463 ТЭМ2у-9016 ТГМ4 ТГМ4-2853 2ТЭ10м 2ТЭ10м-3407 ВЛ11м-461 ВЛ23-176 эр2 ВЛ8-1295 Л-2033 ВЛ10у-1031 ВЛ11м-334 ВЛ11м-362 ВЛ8-1114 ТЭМ2-6691 ВЛ11м-273 ВЛ11м-370 ВЛ11м-351 ТЭМ2-2133 ВЛ23 ТГМ4а ТГМ4а-2669 ВЛ8-548 ВЛ8-1239 ТГМ23 ТГМ23-2165 ТЭМ2-7561 ВЛ11м-353 ВЛ11м-369 E4s E4s-333 E4s-333B E4s-333A ТЭМ2-2519 ВЛ11м-331 ЭР2-3046 ЭР2-3052 ТЭМ2м ТЭМ2м-046 ВЛ11м-326 ВЛ11м-464 ТЭМ2-2900 ЭР2-1201 Природа Набрани с железной дороги
RSS News
Et cetera
Cogito ergo sum...

ASRR
RWC
Виртуальные Российские Железные дороги. Мультиплееры МСТС
Internet Map


Our button / Наша кнопка (88х31)


© information
ASRRGlobal, 2009-2024.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).