Menu / Меню

RFCFTS
RFCFTS Doc's  List
|



Powered by
Wikipedia and ASRRGlobal Team.
RFCFTS Manager is
ASRRGlobal Team.
Language support

SITESELF

English

Germany

Ukraine

Byelorussia

France

Lithuania

Latvia

Estonia

Czech

Spain

Poland

Italy

Norway

Hungary

powered by Google
Last incoming
Stats / Статистика
Главная » 2010 » Февраль » 19
Официальные новости ЗАО "АЖД" [24]
Официальные новости ЗАО "АЖД", официально объявленные работниками ЗАО "АЖД".
Особые новости [11]
Особые новости повышенной важности.
Новости RFCFTS [5]
Новости документов RFCFTS, включая информацию об изменениях и дополнениях.
Неофициальные новости ЗАО "АЖД" [3]
Неофициальные новости ЗАО "АЖД" от ASRRGlobal Team.
Официальные новости проекта ADDY: Animated Legends [10]
Официальные новости о ходе строительства маршрута ADDY: Animated Legends (ADDY_958); информация, скриншоты, планы, сообщения, объявления и прочее.

TƏHLÜKƏSİZLİYİN TƏMİN OLUNMASINDA VƏTƏNDAŞLARIMIZ ÖZLƏRİ DƏ MARAQLI OLMALIDIRLAR
          Məlum olduğu kimi, «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə»nin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 2005-ci il fevralın 23-də «Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları»nın və «Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları»nın təsdiq edilməsi haqqında 33 saylı qərar qəbul etmişdir.
image002_19022010.jpg
          Keçmiş İttifaq parçalandıqdan sonra müstəqil respublikamızda ölkə polad magistralının ahəngdar fəaliyyətinin təmin olunması yönündə hökumət səviyyəsində qəbul edilən ilk və olduqca gərəkli bir direktiv sənəddir. Bu qaydalarda respublika Nəqliyyat Nazirliyinin razılığı ilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən həyata keçirilən vacib tədbirlər də öz əksini tapmış, dəmir yolları və onun sanitariya və mühafizə zonası üçün torpaqayırma normaları da müəyyənləşdirilmişdir.
         
«Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları»nda dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının, həmçinin sanitariya-mühafizə zonasının saxlanmasının şəhərsalma, ekoloji, sanitar-gigiyena, yanğın təhlükəsizliyi tələblərinə və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş tələblərə uyğun olması göstərilmişdir.
         
Sənəddə həmçinin idarə və müəssisələrə verilən torpaq sahələrinin sanitariya və mühafizə zonası üçün normaları müəyyən edilmişdir. Belə ki, bu gərəkli sənəddə dəmir yolu ilə daşımaların həyata keçirilməsi və dəmir yolunun digər obyektlərinin normal istismarı ilə bağlı nəqliyyat və başqa texniki vasitələrin istismarı ilə əlaqədar əhalinin həyat və sağlamlığının qorunması, mühəndis qurğularının təhlükəsizliyinin və qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin və dalan yollarına malik olan təşkilatların, müəssisələrin və ya idarələrin üzərinə düşən konkret vəzifələr də öz əksini tapmışdır.
         
«Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları»na əsasən dəmir yolunun xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlılığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün fiziki və hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Lakin bu sənədlərə məhəl qoymayan vətəndaşlar dəmir yolunun bir neçə metrliyində evlər inşa edib ki, bu da həm qatarlar, həm də sakinlərin özləri üçün təhlükə yaradır.
         
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən keçirilən reydlər zamanı 2007-ci ildə Bakı və paytaxt ətrafı yaşayış massivlərində 400-dək qanunsuz tikili və hasar sökülmüşdür. Abşeron yarımadasında dəmir yolunun mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərə ən çox aşağıdakı ərazilərdə rast gəlinir: Nərimanov-Bakıxanov dəmir yolu sahəsinin 4,5,6,7,8,9,10-cu kilometrləri, Maştağa stansiyasının ərazisi, Səngəçal qəsəbəsi ətrafı dəmir yolu sahəsinin 484-cü kilometri, Xırdalan stansiyası ərazisinin 2638,2640-cı kilometrləri, Bakı-yük-Əhmədli dəmir yolu sahəsinin 7,8,9,10,11,12,13,14,15,16-cı kilometrləri, Bakı-sərnişin-Nərimanov dəmir yolu sahəsinin 1,2,3,4-cü kilometrləri, Bakı-sərnişin-Biləcəri dəmir yolu sahəsinin 2651,2653, 2646-cı kilometrləri, Keşlə-Biləcəri dəmir yolu sahəsinin 2648, 2649-cu kilometrləri, Yeni Neftayırma Zavodu-Əhmədli mənzilləri və stansiya yollarının kənarı, Yeni Suraxanı-Hövsan mənzili və stansiya yollarının kənarı, Qala-Mərdəkan, Binə-Qala-Pirallahı mənzilləri və stansiya yollarının kənarı, Fioletov-Nərimanov-Böyük Şor, Böyük Şor-II blok-post mənzilləri və stansiya yollarının kənarı, Bakı-Biləcəri, Biləcəri-Xırdalan, Bakı-Sumqayıt, Sabunçu- Zabrat-2-Mərdəkan, Yeni Suraxanı-Hövsan, Qala-Pirallahı, Bakı-yük-Keşlə-Əhmədli, Güzdək mənzilləri, 8-ci km-Bakıxanov, Bakıxanov-Sabunçu-Zabrat II mənzilləri və stansiya yollarının kənarı. Respublikanın digər yaşayış məntəqələrindən keçən dəmir yollarının ətrafında qeyri-qanuni tikililər və yaşayış və ticarət obyektləri mövcuddur.
         
Bununla əlaqədar müvafiq icra strukturlarına dəfələrlə müraciətlər edilmişdir. Belə ki, 2003-2007-ci illər Yol rəhbərliyi tərəfindən Bakı şəhərinin Binəqədi, Qaradağ, Abşeron, Nizami, Sabunçu, Xətai, eləcə də Dəvəçi, Siyəzən, Lənkəran, Tovuz, Şəmkir, Goranboy rayonlarının İcra Hakimiyyəti başçılarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Gigiyena və Epidemiologiya mərkəzitnə məktublar göndərilmişdir. Buna baxmayaraq dəmir yollarına və mühafizə zolaqlarına məişət və çirkab su tullantılarının sakinlər tərəfindən atılmasının qarşısı alınmayıb.
image004_19022010.jpg
          «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin «Yol təsərrüfatı» İstehsalat Birliyinin işçiləri Bakı, Sumqayıt və digər şəhərlərdə, eləcə də rayonlarda dəmir yolu və onun ətrafına sakinlər tərəfindən atılan məişət tullantılarını mütəmadi olaraq kran-dreyferlə vaqon platformalara yığılması işlərini həyata keçirir. Xüsusilə yaz və payız baxışları zamanı bu təmizlik işlərinə ciddi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər nazirinə bir neçə dəfə (№669-22.10.2004-cü il, 220-14.04.2005-ci il) müraciət etməyimizə baxmayaraq, xüsusi yer ayrılmadığından məişət tullantıları yüklənmiş platforma vaqonları stansiyalarda yığılıb qalır.
          Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmi icazə verilə bilər.
          Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazilərdə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazilərdən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı obyektlərin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu boyu görünməni pisləşdirən obyektlərin tikintisinə və yerləşdirilməsinə yol verilmir.
          Dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə olunmasına, həmin işlərin icrası zamanı torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarəti gücləndirmək sənəddə xüsusi cədvəllər də verilmişdir ki, orada təhkim zolağı üçün ayrılan torpaq sahələrinin eni kateqoriyalara görə öz əksini tapmışdır. Belə ki, müxtəlif kateqoriyadan olan dəmir yolları üçün tökmə yatağının hündürlüyü və qazma yatağının dərinliyindən asılı olaraq yerin eninə mailliyi müəyyənləşdirilib. Qaydalara əsasən dəmir yolu xəttindən maksimum və minimum məsafədə tikililərin aparılması normaları da müəyyənləşmişdir.
          Burada təhkim zolağı üçün ayrılmalı torpaq sahələrinin eni (metrlə) tökmə yatağın hündürlüyü (metrlə) və qazma yatağının gərəkliliyi (metrlə) I,II,III,IV və V kateqoriyalı dəmir yolları üçün xüsusi cədvəldə öz əksini tapmışdır. Həmçinin dəmir yoluna, fiziki və hüquqi şəxslərə məxsus obyektlərin harada və dəmir yolundan hansı məsafədə tikilməsinə icazə verildiyi əks olunmuşdur. Bir faktı da deyək ki, şəraitdən, dəmir yolu stansiyasının kateqoriyasından və dəmir yolu mənzilinin coğrafi mövqeyindən asılı olaraq dəmir yolunun kənar oxundan təhkim zolağının kənarına qədər müxtəlif məsafələrdə müəyyənləşdirilmişdir.
          Qeyd edək ki, bu problem təkcə mərkəzdə deyil, dəmir yolunun xətt boyu keçdiyi rayonların ərazisində də qanunsuz tikililər çoxdur. Təhlükəsizliyin təmin olunmasında təkcə dəmiryolçular deyil, hər bir vətəndaş məsuliyyət hiss etməlidir.
          Azərbaycan Respublikası Nazirlər Kabinetində keçirilən iclasda respublika əhəmiyyətli infrastrukturların mühafizə zolağında qanunsuz inşa olunmuş tikililərin inventarlaşdırılması və yekun siyahının hazırlanması və Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı cavabdeh orqanlara müvafiq tapşırıqlar verilib.
          Dəmir yolunda hərəkətin təhlükəsizliyin təmin edilməsi, baş verəcək qəza hallarının tez aradan qaldırılması üçün bu sahədə müəyyən işlərin görülməsi planlaşdırılır.
          Bununla bağlı «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində xüsusi komissiya yaradılıb və təhkim zolağındakı qanunsuz tikililərin siyahıya alınması prosesinə başlanılıb. 15 gün müddətində siyahıya alınma işləri başa çatmalıdır.


          «Azərbaycan Dəmir Yolları»
          Qapalı Səhmdar Cəmiyyətinin
          Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 19.02.2010 | Автор: Nadir Əzməmmədov

Пятница, 03.05.2024, 06:02
Search / Поиск
Frequency used key
ВЛ11м-462 ВЛ11м-275 ВЛ11к ВЛ11к-101 ВЛ11 ВЛ11-268 ВЛ11-371 TЭM2-7286 Э2М62у Э2М62у-0158 E4s-345 ВЛ10у ЭР2-1288 ВЛ8-1677 ВЛ11м-365 ВЛ11м-274 ЭР2-940 ТЭМ2у ЭР2-3038 ВЛ11м4 ВЛ11м-350 ВЛ11м4-467 ВЛ8-1499 ВЛ11м-332 ТЭМ2-3223 ТЭМ2-6086 ВЛ8 ВЛ8-1320 ВЛ11м-262 ТЭМ2т ТЭМ2т-027 ВЛ8-1253 ЭР2-942 ВЛ11м-456 ВЛ8-1590 ВЛ23-151 ВЛ8-468 ЭР2-1298 ТЭМ2-8042 ВЛ8-1374 ЭР2-1296 ЭР2-1297 ВЛ8-237 ВЛ8-1125 ВЛ8-1312 E4s-277 ТЭМ2 ТЭМ2-8189 ВЛ11м ВЛ11м-286 ВЛ11м-367 ВЛ8-168 ТЭМ2-6400 ВЛ11м4-465 ТЭМ2-5501 ВЛ11м-463 ТЭМ2у-9016 ТГМ4 ТГМ4-2853 2ТЭ10м 2ТЭ10м-3407 ВЛ11м-461 ВЛ23-176 эр2 ВЛ8-1295 Л-2033 ВЛ10у-1031 ВЛ11м-334 ВЛ11м-362 ВЛ8-1114 ТЭМ2-6691 ВЛ11м-273 ВЛ11м-370 ВЛ11м-351 ТЭМ2-2133 ВЛ23 ТГМ4а ТГМ4а-2669 ВЛ8-548 ВЛ8-1239 ТГМ23 ТГМ23-2165 ТЭМ2-7561 ВЛ11м-353 ВЛ11м-369 E4s E4s-333 E4s-333B E4s-333A ТЭМ2-2519 ВЛ11м-331 ЭР2-3046 ЭР2-3052 ТЭМ2м ТЭМ2м-046 ВЛ11м-326 ВЛ11м-464 ТЭМ2-2900 ЭР2-1201 Природа Набрани с железной дороги
RSS News
Et cetera
Cogito ergo sum...

ASRR
RWC
Виртуальные Российские Железные дороги. Мультиплееры МСТС
Internet Map


Our button / Наша кнопка (88х31)


© information
ASRRGlobal, 2009-2024.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).