Menu / Меню

RFCFTS
RFCFTS Doc's  List
|



Powered by
Wikipedia and ASRRGlobal Team.
RFCFTS Manager is
ASRRGlobal Team.
Language support

SITESELF

English

Germany

Ukraine

Byelorussia

France

Lithuania

Latvia

Estonia

Czech

Spain

Poland

Italy

Norway

Hungary

powered by Google
Last incoming
Stats / Статистика
Главная » 2010 » Февраль » 12
Официальные новости ЗАО "АЖД" [24]
Официальные новости ЗАО "АЖД", официально объявленные работниками ЗАО "АЖД".
Особые новости [11]
Особые новости повышенной важности.
Новости RFCFTS [5]
Новости документов RFCFTS, включая информацию об изменениях и дополнениях.
Неофициальные новости ЗАО "АЖД" [3]
Неофициальные новости ЗАО "АЖД" от ASRRGlobal Team.
Официальные новости проекта ADDY: Animated Legends [10]
Официальные новости о ходе строительства маршрута ADDY: Animated Legends (ADDY_958); информация, скриншоты, планы, сообщения, объявления и прочее.

BEYNƏLXALQ SƏRNİŞİN QATARLARINDA GÖMRÜK VƏ SƏRHƏD YOXLAMALARI TƏKMİLLƏŞDİRİLMİŞDİR
          9 dekabr 2009-cu ildə saat 12.00-da Yalama sərhəd-keçid məntəqəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
image003_news.jpg
          «Beynəlxalq sərnişin qatarlarında sərhəd-keçid şərtlərinin sadələşdirilməsi haqqında Konvensiya»nın tələblərinin yerinə yetirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi, sərhəd-keçid şərtlərinin sadələşdirilməsi istiqamətində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyətinin gördüyü işlər davam edir.
          9 dekabr 2009-cu ildə Yalama stansiyasında keçirilən tədbir də yeni texnologiyanın tətbiq olunmasına həsr olunmuşdur. Tədbiri giriş sözü ilə baş mühəndis Qurban Nəzirov açdı. O, bildirdi ki, bu gün təkcə dəmir yolunun deyil, eləcə də ölkəmizin ictimai həyatında mühüm bir hadisədir. Bilirsiniz ki, iyirminci əsrin sonlarından başlayaraq, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, dəmir yolunda da əsaslı islahatlar aparılmağa başlandı. Həmin uğurlu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dəmir yolunda aparılan islahatların tərkib hissələrindən biri də beynəlxalq sərnişin qatarlarında sərhəd-keçid şərtlərinin sadələşdirilməsi idi.
         
Bu məqsədlə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi bir sıra mühüm işləri həyata keçirdi. Onlardan biri də «Beynəlxalq sərnişin qatarlarında sərhəd-keçid şərtlərinin sadələşdirilməsi haqqında Konvensiya»nın tələblərinin yerinə yetirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi, Yalama sərhəd-keçid məntəqəsinin işinin təkmilləşdirilməsi məqsədilə burada müasir tələblərə cavab verən sərhəd-nəzarət məntəqəsi inşa edilməsi idi.
         
Məlum olduğu kimi, 7 yanvar 2009-cu ildə «Yalama stansiyasının sərnişin və yük qatarları üzərində sərhəd-keçid məntəqəsi» obyekti istismara verilmişdir. Sərhəd-keçid məntəqəsində bir sıra tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. O cümlədən, stansiyasının vağzal binası əsaslı təmir olunmuş, 1463 metr uzunluğunda stansiya sahəsinin hasarlanmış və abadlıq işləri yerinə yetirimişdir.
         
Bir sözlə, Yalama və Xaçmaz stansiyalarında sərhəd və gömrük işçiləri üçün iş otaqları təmir edilərək yeni avadanlıqlarla təchiz edilmişdir.
         
Bilirsiniz ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə birlikdə «Azərbaycan Respublikasının dövlət sərhəddindən Rusiya Federasiyasına və geriyə hərəkət edən sərnişin qatarlarının rəsmiləşdirilməsi və baxılması Texnologiyası»nı işləyib hazırlamışdır. Bu texnologiya artıq 30 noyabr 2009-cu ildən etibarən tətbiq edilir.
         
Yeni texnologiyanın tətbiqi və bununla əlaqədar olaraq beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində edilən dəyişikliklərlə bağlı qatar heyətləri, əlaqədar təsərrüfatların işçiləri, eləcə də ictimaiyyət məlumatlandırılmışdır. Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəisi Şahin Bağırov tədbirdə çıxış edərək Azərbaycanın Rusiya ilə sərhəd məntəqəsində tətbiq edilən yeni texnologiyanın əhəmiyyətindən danışdı. O, bildirdi ki, görülən işlər birinci növbədə sərnişinlərinin rahatlığının təmin olunmasına istiqamətlənib.
         
Dövlət Sərhəd Xidməti Xaçmaz Regional Sərhəd Məntəqəsinin rəisi Aydın Nəcəfov bildirdi ki, Sərhəd xidmətinin əməkdaşları quraşdırılmış monitorlar vasitəsilə 1500 məsafədə Yalama stansiyasının parkını tam müşahidə edə biləcək, istənilən xoşagəlməz hadisənin qarşısını təxirəsalınmadan alacaqlar. Sərhəd işçiləri üçün tikilib istifadəyə verilmiş blok-postda rahat iş şəraiti yaradılmışdır. Sərhəd məntəqəsində quraşdırılan video-kameralar, sərhəd-keçid məntəqəsində və stansiyanın ərazisində işıqlandırma sisteminin yeniləşdirilməsi müşahidə proseslərinin aparılmasına hər cür imkan yaratmışdır.
         
Sərnişin Daşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, əvvəllər 2455-ci kilometrdəki blok-postda sərhəd-keçib yoxlaması prosesi 1,5 saat vaxt tələb edirdi. Amma indi yeni texnologiyanın tətbiqi nəticəsində sərhəd-keçid şərtləri sadələşdirilmiş, sərnişinlərin rahatlığı təmin edilmişdir. Sərhəd-keçid məntəqələrində gömrük və sərhəd yoxlamalarının vaxtının azaldılması məqsədi ilə Bakıdan gedəndə sərnişin qatarlarında yoxlamalar Xaçmaz stansiyasında başlayacaq Yalama stansiyasında başa çatacaq, Bakıya gələndə isə yoxlamalar Yalama stansiyasında başlayacaq və Xaçmaz stansiyasında yekunlaşacaq.
         
Sonra tədbir iştirakçıları və KİV nümayəndələri Yalama stansiyasında 374-373 saylı Tümen-Bakı qatarına baxış keçirib Xaçmaz stansiyasına qədər sərhəd-keçid prosesini müşahidə etdilər.
         
          Vasif SÜLEYMAN

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 12.02.2010 | Автор: Vasif SÜLEYMAN

Четверг, 02.05.2024, 21:59
Search / Поиск
Frequency used key
ВЛ11м-462 ВЛ11м-275 ВЛ11к ВЛ11к-101 ВЛ11 ВЛ11-268 ВЛ11-371 TЭM2-7286 Э2М62у Э2М62у-0158 E4s-345 ВЛ10у ЭР2-1288 ВЛ8-1677 ВЛ11м-365 ВЛ11м-274 ЭР2-940 ТЭМ2у ЭР2-3038 ВЛ11м4 ВЛ11м-350 ВЛ11м4-467 ВЛ8-1499 ВЛ11м-332 ТЭМ2-3223 ТЭМ2-6086 ВЛ8 ВЛ8-1320 ВЛ11м-262 ТЭМ2т ТЭМ2т-027 ВЛ8-1253 ЭР2-942 ВЛ11м-456 ВЛ8-1590 ВЛ23-151 ВЛ8-468 ЭР2-1298 ТЭМ2-8042 ВЛ8-1374 ЭР2-1296 ЭР2-1297 ВЛ8-237 ВЛ8-1125 ВЛ8-1312 E4s-277 ТЭМ2 ТЭМ2-8189 ВЛ11м ВЛ11м-286 ВЛ11м-367 ВЛ8-168 ТЭМ2-6400 ВЛ11м4-465 ТЭМ2-5501 ВЛ11м-463 ТЭМ2у-9016 ТГМ4 ТГМ4-2853 2ТЭ10м 2ТЭ10м-3407 ВЛ11м-461 ВЛ23-176 эр2 ВЛ8-1295 Л-2033 ВЛ10у-1031 ВЛ11м-334 ВЛ11м-362 ВЛ8-1114 ТЭМ2-6691 ВЛ11м-273 ВЛ11м-370 ВЛ11м-351 ТЭМ2-2133 ВЛ23 ТГМ4а ТГМ4а-2669 ВЛ8-548 ВЛ8-1239 ТГМ23 ТГМ23-2165 ТЭМ2-7561 ВЛ11м-353 ВЛ11м-369 E4s E4s-333 E4s-333B E4s-333A ТЭМ2-2519 ВЛ11м-331 ЭР2-3046 ЭР2-3052 ТЭМ2м ТЭМ2м-046 ВЛ11м-326 ВЛ11м-464 ТЭМ2-2900 ЭР2-1201 Природа Набрани с железной дороги
RSS News
Et cetera
Cogito ergo sum...

ASRR
RWC
Виртуальные Российские Железные дороги. Мультиплееры МСТС
Internet Map


Our button / Наша кнопка (88х31)


© information
ASRRGlobal, 2009-2024.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).