A(H1N1) virusunun simptomları Azərbaycanda da aşkarlanıb. İki Azərbaycan
vətəndaşının bu virusun daşıyıcı olması artıq təsdiqlənib. Onlar 27 iyul
2009-cu ildə Fransadan, 29 iyul 2009-cu ildə Böyük Britaniyadan gəlmiş
Azərbaycan vətəndaşlarıdırlar.
A(H1N1) virusunun simptomlarının ölkəmizdə aşkarlanması müvafiq qurumlardan
daha ciddi tədbirlər görməyi tələb edir. Yolun baş sanitar həkimi Dilşad
Əsgərova bizimlə söhbətində bildirdi ki, «Azərbaycan Dəmir Yolları» Qapalı
Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun müvafiq sərəncamı ilə aparılacaq
kompleks işlər haqqında tədbirlər planı hazırlanmış və həyata keçirilməsi
davam edir. Həkim-Sanitar Xidməti və digər sanitar orqanları həmişə
qabaqlayıcı tədbirlər görürlər.
Tədbirlər proqramına əsasən sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və
tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı
yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə
ciddi əməl edilməsi yoxlanılır, dəmir yolu ərazisində yerləşən bütün
obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır, «Azərbaycan Dəmir
Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Taun Əleyhinə stansiyasında profilaktik
preparatların, dezinfeksiya maddələrinin, fərdi qoruyucu vasitələrinin
ehtiyatı yaradılır ki, lazım olanda istifadə edilsin, dəmir yolu
sərhəd-keçid məntəqələrində fəaliyyət göstərmək üçün, lazım olan anda
sərnişin qatarlarının ölkə ərazisində müşayiət etmək üçün tibb briqadaları
yaradılıb, sərnişin qatarında çalışan briqadalar arasında yol boyu A(H1N1)
virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin
aparılması barədə təlimatlar aparılır. Çünki belə hallarda əhalinin
maarifləndirilməsi və şəxsi gigiyena qaydalarına riayət edilməsi ən mühüm
amillərdən hesab olunur.
Bununla əlaqədar «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin
sanitar orqanları gücləndirilmiş iş rejiminə keçib. Sanitar-Karantin
Müfəttişliyində qaynar xətt yaradılıb. Sərnişin qatarlarında, vağzallarda,
sərhəd-keçid məntəqələrində A(H1N1) virusunun yoluxduğu şübhəli bilinən
xəstələr olduğu halda 24 saat ərzində qaynar xəttə məlumatlar daxil olacaq.
Cəmiyyətin birlik və xidmətlərinə, hazırda eləcə də beynəlxalq istiqamətdə
hərəkətdə olan sərnişin qatarlarının heyətlərinə teleqraf-göstərişi verilib.
ASRRGlobal, 2009-2025.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).