Официальные новости о ходе строительства маршрута ADDY: Animated Legends (ADDY_958); информация, скриншоты, планы, сообщения, объявления и прочее.
A(H1N1) VİRUSU TƏHLÜKƏSİNİN QARŞISINI ALMAQ ÜÇÜN QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR
A(H1N1) virusunun yayılması dünya mediasının diqqət mərkəzindədir. Son
vaxtlar, demək olar ki, dünyanın müxtəlif ölkələrində bu virusun
daşıyıcılarının sayının artması Ümumdünya Səhiyyə Təşkilatını ciddi rejimdə
işləməyə vadar edib. Demək olar ki, bu xoşagəlməz statistka hər gün dəyişir
və ondan əziyyətçəkən ölkələrin sayı durmadan artır. Azərbaycan bu virusdan əziyyət çəkməyən ölkələr sırasında olmasına
baxmayaraq, ondan qorunmaq üçün genişhəcmli işlər görülür. Səhiyyə Nazirliyi
əhali arasında maarifləndirmə işini genişləndirmək üçün bütün imkanları
səfərbər edib.
Oxuculara yaxşı məlumdur ki, belə situasiyalar yarananda, hər yerdə olduğu
kimi, dəmir yolu ərazisində və xüsusilə də sərnişin qatarlarında
xəstəliklərin qarşısını almaq üçün müvafiq əksepidik və profilaktik
tədbirlər planı hazırlanıb həyata keçirilir.
A(H1N1) virusunun müxtəlif ölkələrdə yayılması indi bütün bəşəriyyəti
narahat edən məsələdir. Ona görə də istənilən halda bu virusdan əziyyət
çəkməyən ölkələrdə də güclü profilaktik tədbirlər aparılır.
Bilirsiniz ki, belə hallarda dəmir yolunun Həkim-Sanitar Xidməti, sanitar
orqanları həmişə qabaqlayıcı tədbirlər görürlər.Yenə də fəaliyyətsiz qalmamışıq. Çünki dəmir
yolunun xidmətlərindən minlərlə sərnişin istifadə edir. Ona görə də həmişə
olduğu kimi, yenə də insanlar arasında maarifləndirmə işlərinin aparılmasına
daha çox üstünlük vermişik. Çünki belə hallarda əhalinin maarifləndirilməsi
və şəxsi gigiyena qaydalarına riayət edilməsi ən mühüm amillərdən hesab
olunur. Yol rəisi Arif Əsgərovun müvafiq sərəncamı ilə aparılacaq kompleks
işlər haqqında tədbirlər planı hazırlanmış və Yolun baş mühəndisi Qurban
Nəzirovun rəhbərliyi ilə həyata keçirilməsi davam edir.
Tədbirlər proqramına əsasən sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və
tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı
yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə
ciddi əməl edilməsi yoxlanılır, dəmir yolu ərazisində yerləşən bütün
obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır, ADDY Taun Əleyhinə
stansiyada profilaktik preparatların, dezinfeksiya maddələrinin, fərdi
qoruyucu vasitələrinin ehtiyatı yaradılır ki, lazım olanda istifadə edilsin,
dəmir yolu sərhəd-keçid məntəqələrində fəaliyyət göstərmək üçün, lazım olan
anda sərnişin qatarlarının ölkə ərazisində müşayiət etmək üçün tibb
briqadaları yaradılıb, sərnişin qatarında çalışan briqadalar arasında yol
boyu A (H1N1) virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı
tədbirlərin aparılması barədə təlimatlar aparılır.
Azərbaycan Dövlət Dəmir Yolunun
Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov
ASRRGlobal, 2009-2026.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).