20 YANVAR 2011-ci İLDƏ ABŞERON ŞƏHƏRƏTRAFI ELEKTRİK QATARLARINDA GEDİŞ-GƏLİŞ PULSUZ OLACAQ 20 yanvar faciəsinin 21-ci ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb.
Tədbirlər Planına əsasən Abşeron şəhərətrafı zonada 20 yanvar 2011-ci ildə saat 6.00-dan 23.00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcəkdir.
20 yanvar tarixdə saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.
Bundan başqa Cəmiyyətin müəssisə və təşkilatlarında 20 yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.
20 января 2011 года проезд в электропоездах на пригородной территории Абшерона будет бесплатным. В связи с 21-ой годовщиной трагедии 20 января ЗАО "Азербайджанские Железные Дороги" подготовило план мероприятий.
В соответствии с этим планом 20 января с 6:00 по 23:00 часов проезд в электропоездах, двигающихся по пригородной территории Абшерона, будет бесплатным.
20 января в 12:00 все движение электропоездов будет остановлено на минуту Памяти, и локомотивы дадут почетный свист.
Кроме того, на предприятиях и организациях Общества 20 января будут проведены мероприятия почета памяти, семьям героев и раненных в трагедии железнодорожников будет передана финансовая поддержка, а коллектив ЗАО "Азербайджанские Железные Дороги" посетит Почетное Захоронение.