Ələt-Astara magistral avtomobil yolunun 9 kilometr hissəsinin tikintisi layihəsi çərçivəsində, Yeni Ələt – Xıdırlı mənzilinin 7 kilometrində dəmir yolu xətti üzərindən keçən yeni yol ötürücüsünün 2 saylı aşırım tirləri qoyulacaqdır.
Bununla əlaqədar olaraq 17 yanvar 2011-ci ildə saat 7.00-dan 17.00-a kimi, 18 yanvar 2011-ci ildə isə saat 10.00-dan 17.00-a kimi Yeni Ələt –Xıdırlı mənzilində hər iki yolda qatarların hərəkəti dayandırılmaqla «texniki pəncərə» veriləcəkdir.
17-18 yanvar 2011-ci il tarixlərində 6703-6704 saylı Keşlə-İmişli-Keşlə elektrik qatarı Keşlə-Hacıqabul-Şirvan-İmişli-Şirvan-Hacıqabul-Keşlə marşrutu ilə hərəkət edəcəkdir.