Menu / Меню

RFCFTS
RFCFTS Doc's  List
|



Powered by
Wikipedia and ASRRGlobal Team.
RFCFTS Manager is
ASRRGlobal Team.
Language support

SITESELF

English

Germany

Ukraine

Byelorussia

France

Lithuania

Latvia

Estonia

Czech

Spain

Poland

Italy

Norway

Hungary

powered by Google
Last incoming
Stats / Статистика
[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
Страница 1 из 11
Forum » Railroad of Azerbaijan » News and newsletters » Телепередачи о перспективах "Шелкового пути"
Телепередачи о перспективах "Шелкового пути"
RSWSTДата: Четверг, 06.01.2011, 00:15 | Сообщение # 1
Main Construction Engineer
Группа: Администраторы
Сообщений: 28
Награды: 10
Репутация: 14286
Статус: Offline
TÜRKİYƏNİN TRT AVAZ TELEVİZİYASI «AVRASİYA SEYR DƏFTƏRİ» LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ QƏDİM İPƏK YOLUNUN İNKİŞAF PERSPEKTİVLƏRİ İLƏ BAĞLI SERİYA VERİLİŞLƏR HAZIRLAYIR

BU SERİYADAN İLK ÇƏKİLİŞLƏR
AZƏRBAYCANDA REALLAŞDI


Türkiyənin TRT AVAZ televiziyası “Avrasiya seyr dəftəri” layihəsinin çəkilişlərinə start verib. Layihə çərçivəsində Türküstan ellərinin bir-birinə bağlılığını şətrləndirən amillər ön plana çəkiləcək.

“Avrasiya seyr dəftəri” proqramının yaradıcı heyəti bu seriyadan olan ilk verilişdə Qədim İpək Yolunun inkişaf perspektivləri, Türküstan elləri arasında dəmir yolu əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlərə ayna tutacaq.

Layihənin rəhbəri Türkiyə Cümhuriyyəti Bilkənd Universitetinin professoru Hasanəli Karasar, rejissoru Ağası Hun, redaktoru Məhəmməd Ömər, operatoru Möhtərəm Sarıdır.

“Avrasiya seyr dəftəri” proqramı ilk çəkilişləri Azərbaycanda apardı. Yaradıcı qrup Azərbaycanda dəmir yolunun yaranma zəruriyyəti, inkişaf mərhələləri, hazırkı durumu ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovdan müsahibə aldı. O, bildirdi ki, Azərbaycanda dəmir yolu 130 illlik şərəfli bir yol keçib. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı indii özünün sürətli inkişaf mərhələsindədir.

Azərbaycanda dəmir yolunun yaranma tarixi haqqında məlumat verən Q. Nəzirov bildirdi ki, bu, on doqquzuncu əsrin sonlarına təsadüf edir. Ölkəmizdə dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 1880-ci ilin yanvar ayında başa çatmışdır. Bu, uzunluğu 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük və sərnişin daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2929,4 km, istismar uzunluğu 2099,7 km-dir ki, onlardan da 804,7 km-i ikiyolludur. Yolun ümumi istismar uzunluğunun 1271,4 km-i və ya 60%-i elektrikləşdirilmiş, 1650 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir.130 illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli fəaliyyət yolu keçmişdir. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə daim inkişafda olmuş və ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatmışdır. Əgər yarandığı ilk on ildə dəmir yolunun inkişafı neftçıxarmanın inkişafı ilə sıx bağlı idisə, XX əsrin ikinci yarısından etibarən dəmir yolu nəinki dinamik inkişaf edən çoxsahəli respublika iqtisadiyyatına uğurla xidmət edir, həm də qonşu ölkələrə böyük həcmli tranzit daşınmaları da yerinə yetirir. Ulu öndər keçən əsrin 80-cı illərinin əvvəllərində istər Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə, ümumilikdə, Sovet respublikalarının nəqliyyat sistemini, o cümlədən dəmir yollarının fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir. Ulu öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. 1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. Ölkəmiz beynəlxalq və regional layihələrin reallaşması prosesində aktiv iştirak edir.

HAŞİYƏ: 1996-cı ildən etibarən Azərbaycan Dəmir Yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başlamışdır. Lakin əsas daşıma dəhlizi TRASEKA dəhlizi hesab edilir. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə) qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir.

Tarixi İpək Yolunun bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər əlverişli coğrafi mövqedə yerləşən respublikamızın geostrateji əhəmiyyətini daha da artırdı. Beynəlxalq əhəmiyyətli bu layihənin reallaşması ulu öndərimiz Heydər Əliyevin gərgin fəaliyyətinin və qətiyyətinin nəticəsidir.

Sonralar bu nəqliyyat dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol keçdi (əslinə qalsa, nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunması işi 1994-cü ildə "Əsrin kontraktı"nın imzalanması ilə başlanmışdır). Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Avropa və Asiya ölkələri ilə yeni iqtisadi ticarət münasibətlər yarandı ki, nəticədə yüklərin istiqaməti dəyişdi və TRASEKA proqramı meydana gəldi.

Bu böyük dəhliz boyu yük daşınmasının intensivləşməsi birdən-birə başa gəlmədi. Bunun üçün 1993-cü ilin may ayında Brüssel şəhərində Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirakı ilə keçirilən Avropa Beynəlxalq Cəmiyyətləri Konfransında TRASEKA proqramının əsasının qoyulması da mühüm rol oynadı. Belə ki, Avropa və Asiya ölkələri ilə yeni iqtisadi ticarət əlaqələrinin yaranması nəticəsində, yüklərin daşınma istiqamətinin dəyişməsi yönündə Avropa Birliyinin maliyyələşdirdiyi və qarşısına Qərb-Şərq istiqamətində Avropadan Qara dənizi keçərək daha sonra Qafqaz və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxan nəqliyyat dəhlizini inkişaf etdirmək məqsədi qoyan Texniki Yardım Proqramının tətbiqi haqqında razılıq qəbul edildi. TRASEKA proqramının tətbiqi üzrə işlər beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməyə başladı.

Avropa ilə Asiyanı birləşdirən, ən qısa nəqliyyat marşrutlarının kəsişməsində əlverişli geostrateji mövqedə yerləşən Azərbaycanın nəqliyyat sektorunun inkişafının ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb etdiyini dərindən dərk edən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7 – 8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq Konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir.

İndi Qədim İpək Yolu karvanlarla deyil, müasirləşmiş nəqliyyat vasitələri ilə fəaliyyətini bərpa edir. Azərbaycan bu gün də TRASEKA adını almış, əslində elə Qədim İpək Yolu olan möhtəşəm dəhlizin mərkəzində çox mühüm fuknsiya yerinə yetirir.

Getdikcə artan yük həcminin təmin olunması məqsədilə TRASEKA proqramı çərçivəsində aparılan texniki yeniləşmə və rekonstruksiya işləri Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində, bütövlükdə regionda mühüm rol oynayan Azərbaycan Dəmir Yolunun geniş perspektivə malik olduğunu göstərirdi.

Strateji baxımdan mühüm coğrafi şəraitdə, Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünəməxsus körpü rolunu oynamışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.

Q. Nəzirov Azərbaycanın daha çox önəm verdiyi beynəlxalq layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi haqqında da danışdı. O, bildirdi ki, layihənin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaqdır.

Ölkə iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan və Türkiyə hissələrində tikinti-bərpa işləri yüksək templə həyata keçirilir. Bağlantının Gürcüstan hissəsinin tikintisini «Azərinşaatservis» şirkəti həyata keçirir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti «Dəmiryolsçervis» MMC-nin kollektivi podratçı təşkilat kimi layihədə iştirak edir. «Dəmiryolsçervis» MMC-nin 46 vaqondan ibarət ilk işçi qatarı 5 may 2010-cu ildən, 63 vaqondan ibarət ikinci qatarı 21 iyun 2010-cu ildən, üçüncü işçi qatarı isə 10 avqust 2010-cu ildən burada fəaliyyət göstərir.

«Dəmiryolsçervis» MMC-nin kollektivinin gücü ilə indiyə kimi Çxardzma stansiyasında istehsalat bazası yaradılmış, 2 yoldəyişən qurğu dəyişdirilmişdir. Çxardzma-Tsinsikaro mənzilində 8,5 km, Çxardzma-Marabda mənzilində 6,5 km yeni yol qoyulmuş və 2 körpü əsaslı təmir olunmuş, 1 yeni körpü inşa edilmidir. Bundan başqa 5 suötürücü qurğu inşa edilmiş, kontakt şəbəkəsi xətlərinin dayaqları basdırılmış, böyük həcmdə torpaq işləri görülmüşdür. Rekonstruksiya işləri davam etdirilir.

XXI əsrin zərbəçi tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının reallaşacağı gündən onun iqtisadi və mədəni bəhrələrini də hiss edəcəyik. Azərbaycan bu yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atıb. Bu layihə Xəzər hövzəsi regionunun və Mərkəzi Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya çıxışına, nəticə etibarilə, Azərbaycanın Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə xidmət edəcək. Tranzit daşımaların artacağı ilə əldə olunacaq bütün iqtisadi dayaqlarla yanaşı, tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir.

Regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin, o cümlədən BTQ-nin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir. Çünki bu nəqliyyat arteriyasına qoşulmaqla, Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə bilər.

Q. Nəzirov daha sonra məlumat verərək bildirdi ki, ölkə başçısı İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu tarixi bir sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Dövlət Proqramına uyğun olaraq, vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı – Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin etməkdir.

Q. Nəzirov bərə ötürməsi vasitəsilə Orta Asiya ölkələri ilə vaqon mübadiləsinin vəziyüyəti, bu istiqamətdə işlərin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən danışdı. O, bildirdi ki, 3 noyabr 2010-cu ildə Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimi keçirilmişdir və mərasimdə Azərbaycan Respublikasının Prezidjenti İlham Əliyev iştirak etmişdir.

Yeni liman Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində inşa ediləcəkdir. Liman kompleksinin ərazisi 400 hektar nəzərdə tutulur. Tikinti işləri üç mərhələdə aparılacaqdır. Birinci mərhələ 3 il 6 ay ərzində reallaşdırılacaqdır. İlkin mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner işləniləcəkdir. İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə çatdırılacaqdır. Üçüncü mərhələdə isə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaqdır. Layihə çərçivəsində avtomobil və dəmiryolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və sair inşa olunacaqdır. Liman 2014-cü ilə qədər fəaliyyətə başlayacaqdır. Birinci mərhələdə bu limandan 10 milyon ton əlavə yükün daşınması proqnozlaşdırılır.

TRT AVAZ televiziyasının “Avrasiya seyr dəftəri” layihəsinin yaradıcı qrupu növbəti çəkilişləri aparmaq üçün Qazaxıstana yola düşüb. Sonra Türkmənistan, Özbəkistan, Qırğızıstan və Türkiyədə çəkilişlər aparılacaq. İlk verilişlərinin çəkilişi yanvar ayında başa çatacaq, fevral ayında tamaşaçılara təqdim ediləcək.

Vasif SÜLEYMAN
Ziya ZAKİROĞLU (foto)


В общем, долго переводить.. И слишком нудно. Поэтому вкратце. Некий турецкий телеканал ТРТ решил снять серию передач о перспективах Шелкового пути. И вот первые серии снимаются в Азербайджане. Вот об этом эта немаленькая заметка при полном отсутствии хоть какого-либо поздравления на Новый год... Обидно.

Прикрепления: 5398241.jpg(15Kb) · 5183051.jpg(13Kb) · 3627324.jpg(15Kb)


You're never really done for, as long as you've got a good story and someone to tell it to.
 
mekaДата: Суббота, 29.01.2011, 02:32 | Сообщение # 2
Группа: Пользователи
Сообщений: 12
Награды: 0
Репутация: 0
Статус: Offline
мы же ещё не росли до этого уровня.Это же Азербайджан!!!!!
 
Forum » Railroad of Azerbaijan » News and newsletters » Телепередачи о перспективах "Шелкового пути"
Страница 1 из 11
Поиск: