Menu / Меню

RFCFTS
RFCFTS Doc's  List
|



Powered by
Wikipedia and ASRRGlobal Team.
RFCFTS Manager is
ASRRGlobal Team.
Language support

SITESELF

English

Germany

Ukraine

Byelorussia

France

Lithuania

Latvia

Estonia

Czech

Spain

Poland

Italy

Norway

Hungary

powered by Google
Last incoming
Stats / Статистика
Главная » Архив материалов
Официальные новости ЗАО "АЖД" [24]
Официальные новости ЗАО "АЖД", официально объявленные работниками ЗАО "АЖД".
Особые новости [11]
Особые новости повышенной важности.
Новости RFCFTS [5]
Новости документов RFCFTS, включая информацию об изменениях и дополнениях.
Неофициальные новости ЗАО "АЖД" [3]
Неофициальные новости ЗАО "АЖД" от ASRRGlobal Team.
Официальные новости проекта ADDY: Animated Legends [10]
Официальные новости о ходе строительства маршрута ADDY: Animated Legends (ADDY_958); информация, скриншоты, планы, сообщения, объявления и прочее.

« 1 2 3 4 5 »
MƏLUMAT
          6 yanvar 2010-cu il tarixdə saat 10.40-da Şimali Qafqaz Dəmir Yolunun Tarki-Mahaçqala mənzilinin 2292-ci kilometrində 31-32 saylı Bakı-Kiyev sərnişin qatarının hərəkəti Dağıstanın hüquq-muhafizə orqanları tərəfindən dayandırılmışdır.
          Buna səbəb dəmir yoluna partlayıcı maddənin qoyulmasıdır. Hazırda minaaxtaranlar partlayıcı qurğunun zərərsizləşdirilməsi istiqamətində işlər aparırlar. Qatarın hərəkəti dayandırılsa da, sərnişinlərin həyatı təhlükəsi yoxdur. Yaxın saatlarında hərəkətin bərpası gözlənilir. Qatardakı sərnişinlər quru yeməklə təmin olunublar.
          Bu gun hərəkət cədvəli üzrə Bakıdan gedən və Bakıya gələn sərnişin qatarlarının hərəkətində heç bir dəyişiklik olmayacaq.

          Bakıya gələn qatarlar:
          313-314 saylı Bakı-Sankt-Peterburq saat 8-13 gəlib
          373-374 saylı Bakı-Tümen – hadisə yerini keçib, 2 saat gecikmə ilə – saat 20.37 Bakıya gəlməsi gözlənilir.

          Bakıdan gedən qatarlar vaxtında yola düşəcək:
          373-374 saylı Bakı-Tümen -17.00
          55-56 saylı Bakı-Moskva -19-50
          313-314 saylı Bakı-Sankt-Peterburq -23.20

          Bakı vaxtı ilə saat 15.45-də qatarların hərəkəti bərpa olunmuşdur.

          «Azərbaycan Dəmir Yolları»
          Qapalı Səhmdar Cəmiyyətinin
          Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 08.01.2010 | Автор: Nadir Əzməmmədov

Новый год тигра
          Уважаемые посетители нашего сайта! Команда ASRRGlobal от всего сердца поздравляет Вас с Рождеством и наступающим Новым Годом! Мы желаем Вам любви, счастья, безусловного здоровья, действительной и искренней радости, всего самого-самого наилучшего. В Новом 2010 году мы постараемся не разочаровывать Вас, продолжать развивать основные аспекты нашего направления, не смотря ни на какие трудности. Мы всегда рады Вам.
          В связи с участившимися случаями регистрации пользователей мы сделали вывод, что сообщения и правила регистрационной формы не прочитываются. Поэтому начиная с 2010 года регистрация на сайте будет закрыта, а новые пользователи в течении определенного времени будут регистрироваться администрацией сайта.
          Всего наилучшего.
ASRRGlobal Team
в постоянном составе Russian Stalker,
Anka, HotSpyros, Механик.
Категория: Особые новости | Дата: 27.12.2009 | Автор: Russian Stalker, WST

«AZƏRBAYCAN DƏMİR YORLLARI» QSC-nin VƏ DÜNYA BANKININ NÜMAYƏNDƏLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR
          14 dekabr 2009-cu ildə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində Dünya Bankının nümayəndələri ilə ikitərəfli görüş keçirilmişdir. Görüşdə «Dəmir Yolu Nəqliyyatı və Ticarətin Dəstəklənməsi Layihəsi» istiqamətində görülən işlər, layihənin hazırkı durumu və gələcək vəzifıələr müzakirə olunmuşdur.
         
Tədbiri giriş sözü ilə baş mühəndis Qurban Nəzirov açaraq bildirdi ki, dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub. «Dəmir Yolu Nəqliyyatı və Ticarətin Dəstəklənməsi Layihəsi» üzrə ölkəmizə gələn missiyaya layihənin rəhbəri Jerald Olivye rəhbərlik edir (Nümayəndə heyətinin tərkibinə nəqliyyat üzrə böyük mütəxəssis Marta Lorens, əməliyyatlar üzrə mütəxəssis Hacı Hüseynov, əməliyyatlar üzrə analitik Sofi Devsonadze, ətraf mühit üzrə mütəxəssis Gülana Hacıyeva, satınalmalar üzrə mütəxəssis Xesus Renzoli daxildirlər).
         
Q. Nəzirov bildirdi ki, hal-hazırda Dünya Bankı ilə 450 milyon dollar kreditin alınması istiqamətində danışıqlar aparılır. Alınacaq vəsaitə sabit cərəyandan dəyişən cərəyana keçid, işarəvermə və rabitə təsərrüfatının yenidənqurulması, yeni lokomotivlərin alınması, 240 km yolun əsaslı təmiri, beynəlxalq maliyyə-hesablama sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Dəmir yolunun Layihə İşçi Qrupu tərəfindən bütün texniki tapşırıqlar öz həllini tapıb.
         
Bu proseslər mərhələli xarakter daşıyır. İlkin mərhələdə layihə-icra təlimatının hazırlanmasıdır ki, bu, artıq başa çatiıb. İkinci mərhələdə kredit sazişinin imzalanmasıdır. İmzalanmanın yaxın günlərdə keçirilməsi nəzərdə tutulur. Bundan sonra isə layihə hesabının açılması proseduru həyata keçiriləcəkdir.
         
Missiyanın rəhbəri Jerald Olivye öz çıxışında bildirdi ki, görüşün əsas məqsədi kredit sənədləri imzalandıqdan sonra layihənin sürətli icrası məqsədi ilə onun bütün əsas komponentlərinin vəziyyətini nəzərdən keçirməkdən ibarətdir. Missiya həmdə layihənin qüvvəyə minməsi üçün atılacaq addımları nəzərdən keçirəcək. Dünya Bankının layihəsi tenderlər əsçasında həyata keçiriləcək.
         
16 dekabr 2009-cu ildə «Dəmir Yolu Nəqliyyatı və Ticarətin Dəstəklənməsi Layihəsi» üzrə ölkəmizə gələn Dünya Bankı missiyasını «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov qəbul etmişdir. O, qonaqları salamlayandan sonra bildirdi ki, «Dəmir Yolu Nəqliyyatı və Ticarətin Dəstəklənməsi Layihəsi»nin reallaşması istiqamətində Dünya Bankının fəaliyyəti çox önəmldidir. Bir həftə ərzində DB missiyasının dəmir yolunun müxtəlif sahələrində çalışan mütəxəssislərlə apardığı işgüzar müzakirələr prosesi daha da sürətləndirəcək.
         
Missiyanın rəhbəri Jerald Olivye çıxış edərək bildirdi ki, səfər çərçivəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin rəhbər işçiləri, müvafiq İstehsalat Birliklərinin nümayəndələri ilə apardığı müzakirələrdən danışdı. İkitərəfli görüş işgüzar şəraitdə başa çatdı.

          «Azərbaycan Dəmir Yolları»
         
Qapalı Səhmdar Cəmiyyətinin
         
Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 21.12.2009 | Автор: Nadir Əzməmmədov

«ŞİMAL-CƏNUB» BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZİNİN REALLAŞMASI İSTİQAMƏTİNDƏ NÖVBƏTİ TƏDBİR TEHRANDA KEÇİRİLƏCƏKDİR
          «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin, «Rusiya Dəmir Yolları» ASC-nin və İran Dəmir Yollarının işçi qruplarının növbəti üçtərəfli görüşünün 20-23 dekabr 2009-cu ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçiriləcəkdir.
          Tərəflər toplantıda «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) xəttinin tikintisi ilə bağlı iqtisadi və texniki məsələlərin izahının baxılması, ilkin qoyulacaq sərmayənin yoxlanılması və üzvlər tərəfindən ödənilməsi, təklif olunan müştərək şirkətin yerinin təyini, şirkətin əsasnaməsinin başa çatdırılması və təsdiqi və digər məsələlərin müzakirə olunması nəzərdə tutulur. Tədbirdə Yol rəisinin müavini İqbal Hüseynovun rəhbərlik etidiyi nümayəndə heyəti də iştirak edəcəkdir.

          «Azərbaycan Dəmir Yolları»
         
Qapalı Səhmdar Cəmiyyətinin
         
Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 21.12.2009 | Автор: Nadir Əzməmmədov

BEYNƏLXALQ SƏRNİŞİN QATARLARINDA GÖMRÜK VƏ SƏRHƏD YOXLAMALARI TƏKMİLLƏŞDİRİLİR
          9 dekabr 2009-cu ildə saat 12.00-da Yalama sərhəd-keçid məntəqəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcəkdir.
          «Beynəlxalq sərnişin qatarlarında sərhəd-keçid şərtlərinin sadələşdirilməsi haqqında Konvensiya» nın tələblərinin yerinə yetirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi, Yalama sərhəd-keçid məntəqəsinin işinin təkmilləşdirilməsi məqsədilə Yalama stansiyasında müasir tələblərə cavab verən sərhəd-nəzarət məntəqəsi inşa edilmişdir. Yalama və Xaçmaz stansiyalarında sərhəd və gömrük işçiləri üçün iş otaqları təmir edilərək yeni avadanlıqlarla təchiz edilmişdir.
          «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə birlikdə «Azərbaycan Respublikasının dövlət sərhəddindən Rusiya Federasiyasına və geriyə hərəkət edən sərnişin qatarlarının rəsmiləşdirilməsi və baxılması Texnologiyası» işlənib hazırlanmışdır.
          30 noyabr 2009-cu ildən etibarən «Azərbaycan Respublikasının dövlət sərhəddindən Rusiya Federasiyasına və geriyə hərəkət edən sərnişin qatarlarının rəsmiləşdirilməsi və baxılması Texnologiyası» tətbiq edilmişdir.
          Yeni texnologiyanın tətbiqi və bununla əlaqədar olaraq beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində edilən dəyişikliklərlə bağlı qatar heyətləri, əlaqədar təsərrüfatların işçiləri məlumatilandırılmışdır.
          Yeni texnologiyanın tətbiqi nəticəsində sərhəd-keçid şərtləri sadələşdirilmiş, sərnişinlərin rahatlığı təmin edilmişdir. Sərhəd-keçid məntəqələrində gömrük və sərhəd yoxlamalarının vaxtının azaldılması məqsədi ilə Bakıdan gedəndə sərnişin qatarlarında yoxlamalar Xaçmaz stansiyasında başlayacaq Yalama stansiyasında başa çatacaq, Bakıya gələndə isə yoxlamalar Yalama stansiyasında başlayacaq və Xaçmaz stansiyasında yekunlaşacaq.

          P. S. Məlum olduğu kimi, 7 yanvar 2009-cu ildə «Yalama stansiyasının sərnişin və yük qatarları üzərində sərhəd-keçid məntəqəsi» obyekti istismara verilmişdir. Məlumat üçün bildirək ki, obyektin tikintisinə 2008-ci ilin iyun ayında əvvəlində başlanmış və 01.12.2008-ci il tarixdə başa çatdırılmışdır. Sərhəd-keçid məntəqəsində bir sıra tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
          Görülmüş işlər aşağıdakılardan ibarətdir:
  • Stansiyasının vağzal binası əsaslı təmir olunmuş, 1463 metr uzunluğunda stansiya sahəsinin hasarlanmış və abadlıq işləri yerinə yetirimişdir.
  • Sərhəd işçiləri üçün tikilib istifadəyə verilmiş blok-postda rahat iş şəraiti yaradılmışdır. Sərhəd məntəqəsində quraşdırılan video-kameralar, sərhəd-keçid məntəqəsində və stansiyanın ərazisində işıqlandırma sisteminin yeniləşdirilməsi müşahidə proseslərinin aparılmasına hər cür imkan yaratmışdır.
  • Sərhəd xidmətinin əməkdaşları quraşdırılmış monitorlar vasitəsilə 1500 məsafədə Yalama stansiyasının parkını tam müşahidə edə biləcək, istənilən xoşagəlməz hadisənin qarşısını təxirəsalınmadan alacaqlar.
          Bütövlükdə, sərhəd-keçid məntəqəsinin əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə Xaçmaz stansiyasında 6, Yalama stansiyasında 10 otaq əsaslı təmir edilmiş, 5 otaqdan ibarət sərhədçi blok-postu tikimlib istifadəyə verilmişdir (bütövlükdə 21 otaq olmaqla).

          «Azərbaycan Dəmir Yolları»
          Qapalı Səhmdar Cəmiyyətinin
          Mətbuat Xidmətinin rəisi Nadir Əzməmmədov


Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 09.12.2009 | Автор: Nadir Əzməmmədov

Работы над маршрутом приостановлены
          Работы над маршрутом ADDY: Animated Legend приостановлены ввиду отсутствия времени в достаточном количестве, необходимом для продолжения работ. Это ни в коей мере не означает, что работы над маршрутом сворачиваются - они просто приостановлены.
          Недавно мы упоминали о создании модели электровоза e4s. Так как человек, взявшийся "натянуть" на модель текстуры, пропал без вести, команда ищет знающего человека, который бы смог наложить текстуры на модель и подготовить ее к работе в симуляторе. Сотрудничество двустороннее. Заинтересовавшимся обращаться через форму обратной связи.
ASRRGlobal Team.
Категория: Официальные новости проекта ADDY: Animated Legends | Дата: 12.11.2009 | Автор: Russian Stalker, WST

«AZƏRBAYCAN DƏMİR YOLLARI» QAPALI SƏHMDAR CƏMİYYƏTİ POLAD MAGİSTRALIN İNKİŞAF TARİXİNİN YENİ DÖNƏMİ
           13 OKTYABR – DƏMİR YOLU İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR

           Bir neçə gündən sonra ölkəmizdə dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunacaq. Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Əliyev 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən artıq beş ildir ki, oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün-Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

          Bu əziz bayram ərəfsində ölkə dəmiryolçularını ürəkdən təbrik edir, polad magistralın yaranma tarixi haqqında qısa məlumatı oxucuların nəzərinə çatdırırıq.
          Azərbaycan polad magistralının təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu SSRİ Nazirlər Sovetinin qərarı ilə 13 oktyabr 1955-ci ildə SSRİ Yollar Nazirliyinin tərkibindən ayrılaraq müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirmişdir.
          129 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçmişdir. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə bu sahə daima inkişafda olmuş və Ümummilli Lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatmışdır.
          O dövrlərdə respublikaya rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyevin ölkənin inkişafına verdiyi önəmli diqqətdən nəqliyyatın bir qolu olan dəmir yolu da qalmamışdır. Ulu öndər keçən əsrin 80-cı illərinin əvvəllərində istər Azərbaycan Respublikasına, istərsə də Sovetlər İttifaqında hökumətə rəhbərlik etdiyi dövrdə də, ümumilikdə, Sovet respublikalarının nəqliyyat sistemini, o cümlədən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir.
          Keçən əsrin həmin dövrlərində məhz Ümummilli liderimizin rəhbərliyi altında o zamanki Sovetlər İttifaqının ən böyük çeşidləyici stansiyalarından biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Dəmir yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyəti olan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılmışdır.          Məlumdur ki, XX əsrin 90-cı illərinin əvvələrində Sovetlər İttifaqı dağıldıqdan sonra, bütövlükdə Azərbaycanda olduğu kimi, bu sahə də tənəzzülə uğramış, qonşu ölkələrlə iqtisadi əlaqələr kəsilmiş, istər yük, istərsə də sərnişin daşınması minimum həddə enmiş, bəzi istiqamətlərdə daşımalar tamamilə dayandırılmış və bunun nəticəsində dəmir yolu infrastrukturu, demək olar ki, tamamilə dağıdılmış, ixtisaslı kadrlar dəmir yolundan uzaqlaşmış və ölkə polad magistralı tamamilə iflic vəziyyətinə düşmüşdü.
          15 iyun 1993-cü ildə ümummilli lider H.Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və öz qayıdışı ilə ölkədə baş verən tənəzzülü dayandırmağa müvəffəq ola bilmişdir. O vaxtdan başlayaraq dəmir yolunda dönüş nöqtəsinin əsası qoyulmuş və ölkə polad magistralı dirçəliş dövrünə başlamışdır. Belə ki, Ümummilli lider H.Əliyevin tövsiyyə və göstərişlərini əldə rəhbər tutan Nəqliyyat Naziri, o vaxtkı Yol rəisi Ziya Məmmədovun rəhbərliyi ilə bir sıra iqtisadi islahatlar aparıldı. Dəmir yolunun idarəetmə strukturları dəyişdirilərək xidmət və şöbələrin bazasında müstəqil idarə edilən İstehsalat Birlikləri, müəssisə və təşkilatlar yaradıldı.
          Bu dövrlərdə, istər ölkədaxili, istərsə də qonşu ölkələrdə sərnişin daşınmasının yüksək səviyyədə təşkil olunması üçün xüsusi tədbirlər görülmüş, dəmir yolu öz daxili imkanları hesabına sərnişin vaqonlarının təmirinə başlamış və qısa vaxt ərzində yüksək standartlara cavab verə bilən sərnişin vaqonları hazırlanaraq istismara vermişdir.
          Azərbaycan tarixində ilk dəfə olaraq MDB-yə daxil olan ölkələrin dəmir yollarında analoqu olmayan "Ekspress” tipli yumşaq oturacaqlı sərnişin vaqonlarının hazırlanması və əhalinin xidmətinə verilməsi ölkə ictimaiyyəti tərəfindən böyük razılıq, yüksək əhval-ruhiyyə ilə qarşılanmışdır.
          Həmin dövrlərdə dəmir yolunun rəhbərliyi tərəfindən qonşu ölkələrin dəmir yolları ilə iqtisadi əlaqələr bərpa edilmiş və bunun nəticəsində Rusiya Federasiyasınin Moskva, Sankt-Peterburq, Rostov, Mahaçqala, Ukraynanın Kiyev, Xarkov, qonşu Gürcüstan Respublikasının Tbilisi şəhərlərinə, İran İslam Respublikasnının Təbriz şəhərinə sərnişin qatarları və eləcə də yük və baqaj daşımaları bərpa edilmişdir. Hazırda ölkəmizdən Uzaq Sibirin yurddaşlarımızın sıx məskunlaşdığı Tümen şəhərinə sərnişin qatarının hərəkət etməsi də bunun bariz nümunəsidir.
          Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyini əldə rəhbər tutan dəmir yolu rəhbərliyi tranzit yüklərin daşınmasına da böyük əhəmiyyət vermişdir. Məhz görülən tədbirlər nəticəsində 1996-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində dəmir yolu vasitəsilə daşınan tranzit yük dövriyyəsi ilbəil artmaqda davam etmişdir.
          Bir faktı da xüsusi olaraq nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycan coğrafi mövqeyinə görə bütün tranzit daşımaların mərkəzində yerləşir. Buna görə də nəqliyyat sektorunun tərkib hissəsi olan dəmir yolu beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində də yaxından iştirak edir. Məlumdur ki, ki, Azərbaycan Respublikasının Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmasına ümummilli lider Heydər Əliyev tərəfindən razılıq verildikdən sonra, həmin istiqamətdə bir sıra vacib addımlar atılmışdır.
          Görülən işlərin məntiqi nəticəsi kimi Milli Məclis «Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulması barədə» qanun layihəsini təsdiq etmiş, ölkə başçısı İlham Əliyev 10 sentyabr 2005-ci ildə həmin qanunu imzalamışdır. Həmin dövrdən başlayan işlər indi də davam etdirilməkdədir.
          2008-ci il iyun ayının 17-19 Bakı şəhərində «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində növbəti görüş keçirilmişdir. Görüşdə üçtərəfli əməkdaşlağın daha da genişləndirilməsi, «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara-(İran)-Astara (Azərbaycan) xəttinin tikintisi layihəsi və digər məsələlər müzakirə edimişdir.
          Bizim üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin reallaşması üzərində müvafiq işlərin görülməsi də tarixi hadisədir. Belə ki, 7 fevral 2007-ci ildə Tbilisi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Regional əməkdaşlığa ümumi baxış haqqında Tbilisi Bəyannaməsi"ni imzalamışlar. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin zəruriliyindən danışaraq demişdir ki, bu, bizi daha sıx birləşdirəcək, regional əməkdaşlığı daha da genişləndirəcəkdir. Bu layihənin həyata keçirilməsi həm də regiona sabitlik, sülh gətirəcək və ümumiyyətlə ölkələrimizin, xalqlarımızın iqtisadi maraqlarına cavab verir.
          2007-ci il noyabrın 21-də Gürcüstanın Tetri-Skaro rayonunda – Marabda stansiyasında Bakı – Tbilisi – Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlinin qoyulmasına həsr olunmuş mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül və Gürcüstan Prezidenti Mixail Saakaşvili, habelə Avropa İttifaqından, Amerika Birləşmiş Ştatlarından və digər ölkələrdən qonaqlar iştirak edirdilər. Təməlqoyma münasibətilə keçirilən mərasimi Prezident Mixail Saakaşvili, Türkiyə Prezidenti Abdullah Gül və Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləmişlər.
           2008-ci il İyulun 24-də Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasına həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül və Gürcüstan Prezidenti Mixail Saakaşvili iştirak etmişlər.
          Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Bu amillər müasir ölkə iqtisadiyyatının vacib sahələrindən biri olan dəmir yolunun tərəqqisinə də öz müsbət təsirini göstərmişdir.
          Məlumdur ki, ümummilli lider Heydər Əliyev keçmiş sovetlər məkanında işləyərkən əsrin tikintisi olan Baykal-Amur Magistralının tikintisinə şəxsən rəhbərlik etmişdir. Rusiya hökuməti ulu öndərin xatirəsini əbədiləşdirmək qərarına gəlmişdir. 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralının (BAM) Anqoya stansiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan vağzalın təntənəli açılışı olmuşdur.
          Bu dövrdə görülmüş işlərin sayəsində dəmiryolçuların sosial rifah halının yaxşılaşdırılması istiqamətində əməli tədbirlər görülmüşdür. Dəmir yolunun rəhbərliyi və Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi birgə səyi ilə son illər ərzində dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində bir çox layihələr həyata keçirilib. 1 avqust 2008-ci ildə dəmiryolçular Xaçmaz rayonunun Nabran qəsəbəsində «Lokomotiv» İstirahət Mərkəzi tikilib istifadəyə verildi. Açılış mərasimində Hörmətli nəqliyyat naziri Ziya Məmmədov şəxsən iştirak etmişdir. Hər biri 20 nəfərlik olan 3 korpus istifadəyə veril mişdir.
          Sevindirici haldır ki, Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır.
          Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq stansdartlar səviyyəsinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu il tarixli «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yaradadılması haqqında sərəncam imzalamışdır. Bu sərəncam gələcəkdəAzərbaycan Dəmir Yolunun yeni təşkilati-hüquqi forması və fəaliyyətinin hüquqi əsasları, dəmir yolunda islahatların aparılması və restrukturizasiyası, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturu və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə imkan verəcəkdir.
            
            «Azərbaycan Dəmir Yolları»
            Qapalı Səhmdar Cəmiyyətinin
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov


Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 30.09.2009 | Автор: Nadir Əzməmmədov

TƏBİİ FƏLAKƏTİN NƏTİCƏLƏRİ TAM ARADAN QALDIRILIB
          20 sentyabr 2009-cu il tarixdə təxminən saat 15.00 radələrində yağan güclü yağış nəticəsində sel suları Pirsaat-Hacıqabul mənzilinin 524-523-cü kilometrində cüt yolun 0,8 km (800 metr) yol yatağını yuyub aparmışdır.
          Bundan başqa Şirvan-Qaragünə mənzilinin 37-ci kilometrində tək yolda 0,2 kilometr (200 metr) yol yatağını sel basmışdır. Hadisə nəticəsində Hacıqabul–Şirvan, Hacıbaqul-Pirsaat, Şirvan-Qaragünə-Xıdırlı mənzillərində yol təsərrüfatı və texniki qurğular, işarəvermə və rabitə sistemi sıradan çıxmış, Hacıqabul, Nəvahi, Ələt və Sığırlı yarımstansiyalarında xətlərə enerji verilməsi dayandırılmış, dəmir yolunun digər təsərrüfatlarına da güclü ziyan dəymiş, rabitə əlaqəsi tamam kəsilmişdir.
          Təbii fəlakətin ziyan vurduğu mənzillərdə hərəkət tam dayanmış, dəmiryolçuların gərgin səyi nəticəsində Hacıqabul – Pirsaat və Şirvan-Ələt sahəsində saat 22.00-da biryollu hərəkət manevr teplovozlarından istifadə etməklə bərpa olunmuş, 23.32-dən başlayaraq sərnişin qatarlarının göndərilməsi müəyyən olunmuş məhdudiyyətlərlə həyata keçirilmişdir.
          Təbii fəlakətin nəticələrini aradan tam qaldırmaq məqsədilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin bütün təsərrüfatlarının əməkdaşları üçün fövqəladə vəziyyət elan edilmişdir. Artıq qatarların hərəkəti tam bərpa olunub. Diqqətinizə çatdırırıq ki, 20 sentyabr 2009-cu ildə Şimal istiqamətində də yağan güclü leysan nəticəsində qatarların hərəkətində fasilələr yaranmış, bu istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkəti dayandırılmışdır. Belə ki, 374-373 saylı Tümen –Bakı və 32-31 saylı Kiyev –Bakı sərnişin qatarları Şimali Qafqaz Dəmir Yolunun Qızılyurd stansiyasında, 373-374 saylı Bakı-Tümen qatarı isə Şimali Qafqaz Dəmir Yolunun Mahaçqala stansiyasında dayanmışdır.
          Şimali Qafqaz Dəmir Yolu rəhbərliyinin təklifinə əsasən Bakıdan Tümenə gedən və Mahaçqala stansiyasında dayanan 373-374 saylı Bakı-Tümen sərnişin qatarının sərnişinləri avtobuslarla Qızılyurt stansiyasına, orada dayanan 374-373 saylı Tümen –Bakı və 32-31 saylı Kiyev –Bakı sərnişin qatarlarının sərnişinləri isə avtobusla Mahaçqala stansiyasına gətiriləcək və oradan sərnişin qatarları ilə təyinatı üzrə mənzil başına çatdırılmışdır.          
 
            «Azərbaycan Dəmir Yolları»
            Qapalı Səhmdar Cəmiyyətinin
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 24.09.2009 | Автор: Nadir Əzməmmədov

RAMAZAN BAYRAMINDA AĞSTAFA STANSİYASININ BİLET KASSASINDA AVTOMATLAŞDIRILMIŞ BİLET SATIŞI SİSTEMİ TƏTBİQ EDİLMİŞDİR
          «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşıma İstehsalat Birliyi tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar davam edir. Dəmir yolunun xidmətlərindən istifadə edənlərin, son illər ərzində sayının xüsusilə artması xidmət mədəniyyətinin daha da yüksəldilməsini tələb edir. Vətəndaşlarımızın dəmir yoluna olan inamını gücləndirmək üçün bu, çox önəmlidir.



          «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşıma İstehsalat Birliyi tərəfindən 20 sentyabr – Ramazan bayramı günü Ağstafa rayonunun sakinlərinə daha bir hədiyyə edilmişdir.
          Belə ki, vətəndaşların sərnişin qatarlarına bilet almaq imkanlarını yaxşılaşdırmaq, onlara göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək və dəmir yolunda avtomatlaşdırılmış bilet satışı sisteminin gücləndirilməsi məqsədilə 20 sentyabr 2009-cu ildən Ağstafa stansiyasının bilet kassasında sərnişin qatarlarına avtomatlaşdırılmış bilet satışı sistemi tətbiq edilmişdir.
          Bu məqsədlə keçirilən təntənəli mərasimdə SDİB-nin maliyyə-iqtisad şöbəsinin rəisi Cabbar Camalov çıxış etdi. O, ilk öncə mərasim iştirakçılarına «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin salamlarını və bayram təbriklərini çatdırdı. Natiq bildirdi ki, bu, Ramazan bayramında Ağstafa sakinlərinə dəmiryolçuların əsl hədiyyəsidir. Sərnişinlər Kompüterləşmiş sistemlə bilet kassasından Bakı sərnişin stansiyasından hərəkət edən digər qatarlara və geriyə bilet satışı həyata keçiriləcəkdir. Belə ki, bu regionda yaşayan vətəndaşlarımız Ağstafadan Bakıya və Bakıdan geriyə bilet almaqla yanaşı, ölkə daxilində hərəkət edən Bakı-Astara, Bakı-Bərdə-Balakən, Bakı-Tbilisi və digər sərnişin qatarlarına bilet ala biləcəklər.
          C. Camalov öz çıxışında onu da bildirdi ki, ilin sonuna kimi Qərb istiqamətində bilet satışı həyata keçirən bütün stansiyalarda kompüterləşmiş bilet satışı sistemi tətbiq ediləcəkdir. Bunun üçün proqram təminatı, demək olar ki, həll olunub, lazımi texniki avadanlıqların alınması başa çatmaq üzrədir. Tovuz və Qovlar stansiyalarında artıq işlər tamamlanmaq üzrədir və dəmiryolçuların peşə bayramı günü avtomatlaşdırılmış bilet satışı sistemi bu iki stansiyada reallaşacaq. Ondan sonra Qazax, Böyük Kəsik, Zəyəm, Dəllər və Şəmkir stansiyalarında bilet satışının kompüterləşməsi həyata keçiriləcək.
          Natiq çıxışının sonunda bildirdi ki, rəhbərlik sərnişin təsərrüfatının işini müasir beynəlxalq normalar səviyyəsinə çatdırılması üçün bütün labüd imkanlardan istifadə edir, bu sahənin inkişafını daim diqqətdə saxlayır. Ağstafa stansiyasında görülən işlər bunun bariz nümunəsidir.
          Sonra stansiyanın rəisi Lətif Nağıyev çıxış edərək bildirdi ki, Ağstafa stansiyasının bilet kassasında sərnişin qatarlarına avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilməsi əsl bayram hədiyyəsi oldu. Bizə göstərilən bu qayğıya görə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə Ağstafa ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk. Biz də çalışacağıq ki, göstərilən etimad və qayğıya öz əməli işimizlə cavab verək.
          Sonra ilk sərnişinlərə Ağstafadan Bakıya və əks istiqamətə, eləcə də müxtəlif istiqamətlərə biletlər satıldı.
         
 
           
«Azərbaycan Dəmir Yolları»

            Qapalı Səhmdar Cəmiyyətinin
            Mətbuat Xidmətinin rəisi   Nadir Əzməmmədov

Категория: Официальные новости ЗАО "АЖД" | Дата: 24.09.2009 | Автор: Nadir Əzməmmədov

Модель электровоза постоянного тока E4s
      Создана модель электровоза постоянного тока E4s (как и настоящий электровоз, модель сделана на базе ВЛ11м). В ближайшее время будут отсняты текстуры и модель будет доступна для скачивания.



Категория: Особые новости | Дата: 21.09.2009 | Автор: Russian Stalker, WST

Пятница, 29.03.2024, 17:05
Search / Поиск
Frequency used key
ВЛ11м-462 ВЛ11м-275 ВЛ11к ВЛ11к-101 ВЛ11 ВЛ11-268 ВЛ11-371 TЭM2-7286 Э2М62у Э2М62у-0158 E4s-345 ВЛ10у ЭР2-1288 ВЛ8-1677 ВЛ11м-365 ВЛ11м-274 ЭР2-940 ТЭМ2у ЭР2-3038 ВЛ11м4 ВЛ11м-350 ВЛ11м4-467 ВЛ8-1499 ВЛ11м-332 ТЭМ2-3223 ТЭМ2-6086 ВЛ8 ВЛ8-1320 ВЛ11м-262 ТЭМ2т ТЭМ2т-027 ВЛ8-1253 ЭР2-942 ВЛ11м-456 ВЛ8-1590 ВЛ23-151 ВЛ8-468 ЭР2-1298 ТЭМ2-8042 ВЛ8-1374 ЭР2-1296 ЭР2-1297 ВЛ8-237 ВЛ8-1125 ВЛ8-1312 E4s-277 ТЭМ2 ТЭМ2-8189 ВЛ11м ВЛ11м-286 ВЛ11м-367 ВЛ8-168 ТЭМ2-6400 ВЛ11м4-465 ТЭМ2-5501 ВЛ11м-463 ТЭМ2у-9016 ТГМ4 ТГМ4-2853 2ТЭ10м 2ТЭ10м-3407 ВЛ11м-461 ВЛ23-176 эр2 ВЛ8-1295 Л-2033 ВЛ10у-1031 ВЛ11м-334 ВЛ11м-362 ВЛ8-1114 ТЭМ2-6691 ВЛ11м-273 ВЛ11м-370 ВЛ11м-351 ТЭМ2-2133 ВЛ23 ТГМ4а ТГМ4а-2669 ВЛ8-548 ВЛ8-1239 ТГМ23 ТГМ23-2165 ТЭМ2-7561 ВЛ11м-353 ВЛ11м-369 E4s E4s-333 E4s-333B E4s-333A ТЭМ2-2519 ВЛ11м-331 ЭР2-3046 ЭР2-3052 ТЭМ2м ТЭМ2м-046 ВЛ11м-326 ВЛ11м-464 ТЭМ2-2900 ЭР2-1201 Природа Набрани с железной дороги
RSS News
Et cetera
Cogito ergo sum...

ASRR
RWC
Виртуальные Российские Железные дороги. Мультиплееры МСТС
Internet Map


Our button / Наша кнопка (88х31)


© information
ASRRGlobal, 2009-2024.
All Rights Reserved.
Copying or using material of this site is prohibited. If you want to get some permisions for using our materials, msts addons, etc, feel free to contact us (see Contacts page).